Bayılma irsi xəstəlikdir

Müasir tədqiqatlar sübut etmişdir ki,bayılma və ya ürəkkeçməsi geetik olaraq əlaqəli olan xəstəliklər qrupuna aiddir.Belə ki,genetik bağlı insanlar (qohumlar) digərlərinə nisbət eitbarilə daha çox bayılma halları ilə üzləşə bilər.İdentik olan və olmayan əkizlər üzərində tədqiqat aparan amerikalı mütəxəssislər bayılmanı düşündüyümüzdən daha yüksək bir şəkildə genetik əlaqəli olduğunu iddia edirlər.Bayılma insanın öz huşunu hər hansı bir emosional stressə cavab olaraq ani şəkildə itirməsi ilə baş verir.İnsanların bəziləri daha tez,digərləri ara-sıra bu halı yaşasa belə başqa bir qrup insana bayılma ümumiyyətlə yad bir termindir.


Ardı →

İrsi xəstəliklər

Bir və ya hər iki valideyndən irsi olaraq qazandığımız xəstəliklər məhz belə adlanır.Hal-hazırda 5 minə yaxın irsi xəstəlik qeydə alınmışdır.Onun təyini və müalicəsi üçün isə mütəxəssisə müraciət etmək ən doğru addımdır.

Xromosomların,genetikanın,immunitetin,maddələr mübadiləsinin pozulması ilə müşahidə olunur.Kliniki-laborator diaqnostikanın köməkliyi ilə tədqiqat aparıla bilər: Kliniki,Ultrasəs,Amniosentez,Skrininq.

Hal-hazırda heç də bütün irsi xəstəliklər müalicəyə tabe olmur.Lakin,dövrümüzdə və yaxn gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan gen-mühəndisliyi metodları ilə bəşəriyyəti birdəfəlik xilas etmək mümkün olacaq.
Davamı →