Müqəddəs əmanətlərimiz və toxunulmaz dəyərlərimiz

Son, kamil və cahanşümul bir din, mədəniyyət və həyat sistemi olan İslam dini uca yaradıcımız Allah-Təalaya,onun nazil etdiyi müqəddəs kitabımız Qurani-Kərimə və bu ilahi vəhyin insanlara çatdırılması üçün Allah tərəfindən vəzifələndirilən son peyğəmbər Həzrət Məhəmmədin sünnəsinə əsaslanır. Bu iki qaynaq həyatın bütün sahələrində bəşəriyyət üçün yol göstərici və hidayət rəhbəri, güc mənbəyi olmuşdur. Qurani-Kərim və Rəsulullahın sünnəsi bir-birini tamamlayan bütündür və bir bütün olaraq ələ alınmalıdır.
Davamı →

Ər və arvadın irsi

Məsələ 2778: Əgər qadın ölsə və övladı olmasa, onun bütün malının yarısı ərinə, qalanı isə o biri vərəsələrə çatacaq. Əgər həmin ərdən ya başqa ərdən övladı olsa, bütün malının dörddə biri ərinə, qalanı isə o biri vərəsələrə çatacaq.
Məsələ 2779: Əgər bir kişi ölsə və övladı olmasa, malının 4/1-i arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Əgər o qadından ya başqa qadından övladı olsa, malının 8/1 arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Qadın evin yerindən, bağdan, əkindən və başqa yerlərdən irs aparmaz, nə yerin özündən, nə də onun qiymətindən, həmçinin bina və ocaq kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmaz, amma onun qiymətindən irs aparar.
Davamı →

Vəsiyyət

Məsələ 2703: Vəsiyyət, insanın ölümündən sonra özü üçün bəzi işlərin yerinə yetirilməsini sifariş etməsinə və ya ölümündən sonra malından bir şeyin başqasının malı olmasını ya da onun malından bir şeyi başqa bir şəxsin mülkiyyətinə keçirmələrini və ya xeyir işlərdə xərcləmələrini söyləməsinə və yaxud öz övladı və ixtiyarında olan şəxslər üçün müəyyən bir şəxsi qəyyum (başçı) təyin etməsinə deyilir. Vəsiyyət edilən şəxsə isə vəsi deyilir.
Məsələ 2704: Danışa bilməyən şəxs, əgər işarə ilə öz məqsədini başa salsa, vəsiyyət edə bilər. Hətta danışa bilən şəxs də, əgər işarə öz məqsədini başa salıb vəsiyyət etsə, səhihdir.
Davamı →

İslamda yemək qəbulu

Məsələ 2645: Yemək yeyərkən bir neçə şey müstəhəbbdir:
  1. Yeməkdən qabaq hər iki əli yumaq.
  2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq.
  3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar.

Davamı →

Yemək və içməyin hökmləri

Məsələ 2633: Şahin və qartal kimi yırtıcı və caynağı olan hər quşun əti haramdır. Həmçinin göydə qanad çalması süzməsindən az olan hər caynaqlı quşun əti haramdır. Buna əsasən quşların əti halal olanlarını haram olanlardan onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma əgər bir quşun uçma tərzi məlum olmasa, əgər onun çinədanı, mədə və ayağının arxasında buynuzu varsa, halaldır. Əgər bunlardan heç biri onda olmazsa, haramdır. Lazım ehtiyat odur ki, qarğanın hər növündən, hətta qara qarğadan da ictinab olunmalıdır. Amma deyilənlərdən başqa — toyuq, göyərçin, sərçə, hətta dəvə quşu və tovuz quşu kimi digər quşların hamısı halaldır. Amma hudhud və göyərçin kimi bəzi quşlan öldürmək məkruhdur. Yarasa kimi, uçduqları halda qanadları olmayan heyvanların əti isə haramdır. Həmçinin lazım ehtiyata əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır.
Davamı →

Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri

Müsəlmanlar ailəsində uşağın dünyaya gəlməsi bu ailənin həyatında ən böyük və mühüm hadisələrdən sayılır.

İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu səbəbdən xüsusi qayğı ilə bəslənilir və qorunur.

Şəriətin qanunlarına görə, yenidoğulmuş uşağın ilk eşitdiyi söz «Allah» sözü olmalıdır. Bunun üçün ata (bəzi hallarda baba, əmi) uşağın sağ qulağına azanın sözlərini, sol qulağına isə iqamənin sözlərini deməlidir. Bu adətin dərin mənası var. Məsələ burasındadır ki, insanın bu dünyada əsas düşməni olan şeytan yeni insanın dünyaya gəlməsini «səbirsizliklə» gözləyir ki, onu düz yoldan azdırmağa başlasın. Bu səbəbdən çox vacibdir ki, uşağın ilk eşidtiyi söz şeytanın vəsvəsəsi deyil, Allahın adı olsun. Bu insanın bütün gələcək həyatına təsir edəcək.
Ardı →