Cənnət xürfəsi

Dinimizdə ən mühüm və bir o qədər də savab sayılan əməllərdən biri də xəstə olan bir möminə baş çəkməkdir. Allah-Təala özünə aid olan haqlarla bərabər, insan haqlarına qarşı diqqətli davranmağımızı, onların qeydinə qalmağı, ehtiyaclarını qarşılamağı və bu qəbildən əməlləri də əbədi səadətimiz üçün şərt qoşmuşdur. Bu kimi haqlar insanın Rəbbinə qarşı fərz olan ibadətlərindən sonra ikinci dərəcəli haqlardandır.

Belə ki, insan maddi imkanı və zamanı olduğu halda bu haqlara riayət etməzsə, qiyamət günündə Allahın hüzurunda cavab verməli olacaq. Əbu Hüreyrədən (r.a.) Rəsuli-Əkrəmin (s.ə.s.) belə buyurduğu rəvayət olunur: “Üç xislət var ki, bunların hamısı bir müsəlmanın yerinə yetirməli olduğu vacib haqlardandır: Xəstəyə baş çəkmək, dəfndə iştirak etmək və asqırıb Allaha həmd edən adama “yərhamukəllah” demək.
Davamı →

Peyğəmbərin (s) gələcək haqda dedikləri

1. Bir zaman gələcək, insanlar yalnız pulu düşünüb, halal, haram düşünməyəcəklər. 
2. Rüşvət hədiyyə adı altında veriləcək, gözdağı üçün günahsız insanlar öldürüləcək. 
3. «Peyğəmbərəm» deyən insanlar meydana çıxacaq, halbuki məndən sonra peyğəmbər gəlməyəcək. 
4. «Məndən bir hədis söylənincə» «Rasulullah bu söyləməz, hədisi burax, Qurana bax!» dəyərək məni yalanlayanlar çıxacaq. 

Ardı →

Zəhra(s.ə)-nın kənizi Fizzənin elminə bir baxış

Əbulqasim Qureyşi öz kitabında bəzi səhabələrdən nəql edir ki, Zəhra(s.ə)-nın kənizi Fizzə səhrada həcc karvanından geriyə qalıb itmişdi. Karvandan arxada qalmış Abdulla Mübarək adlı biri deyir ki, səhrada bir nəfər yalqız qadın gördüm. Mən dəvə ilə onun yanına gedib hər nə soruşurdumsa, «Quran» ayəsi ilə cavab verirdi. Ondan soruşdum:

Ardı →

Hədislər

1. Qeybəti dinləyən şəxs qeybət edənlə şərikdir.


2. Böyüklərdən daha uzaq görən kiçiklər çoxdur.

3. Gəncliyindən qocalmamış, sağlamliğindan da xəstələnməmiş istifadə et.

4. Allah qorxusundan ağlamaqla günahlar yuyular.

5. İbadətlərin ən fəzilətlisi dini anlamaqdır.
Ardı →