Əyyaş şair yoxsa dahi alim

İslam mədəniyyətinin 1400 illik tarixi boyunca bəlkə də Ömər Xəyyam qədər mübahisələrə səbəb olan, haqqında ziddiyyətli fikirlər irəli sürülən ikinci şəxsiyyət tapmaq mümkün deyil. Bəziləri onu az qala ulu Loğman qədər hikmət sahibi, İbn Sina qədər qüdrətli filosof, Biruni qədər bacarıqlı astronom hesab etmişlər.
Bəziləri isə tam əksinə, onu rindanə həyat sürən və bu cür həyatı təbliğ edən, axirət aləminə inanmayan və ölümdən sonra həyat olmadığını söyləyən, dünyanın puçluğunu anlamaqdan doğan peşmançılığı şərabla unutmağa çalışan, gözəllərin qıvrım saçlarından, al yanaqlarından ilham alan eyş-işrət şairi kimi təqdim etmişlər. Elə bu üzdən Ömər Xəyyamın rübailərini kef məclislərində sağlıq əvəzinə söyləmiş və bu gün də söyləməkdədirlər. Bəs həqiqət nədən ibarətdir? Doğrudanmı Ömər Xəyyam kafir, dinsiz və allahsız imiş?

Davamı →

Əbu Reyhan Biruni

Onun tədqiqatları özündən 8 əsr sonra belə bu sahə üzrə məşğul olan alimləri heyrətə gətirib. Əslən türkdür. Adı Məhəmməd, soyadı ibn Əhməd əl-Biruni el Xarəzm, təxəllüsü Əbu Reyhandır. Eyni zamanda, o, Əl-ustad kimi anılıb və Biruni kimi də tanınıb. O, 973-cü ildə bugünkü İran sərhədləri daxilində qalan Kastada (Şah Abbasi-Vəli deyilən yerdə) anadan olub və 1049-cu ildə Qəznədə vəfat edib. Kiçik yaşlarında atasını itirərək yetim qalan Biruni istedadı, qabiliyyəti və tükənməz zəkası ilə diqqəti özünə cəlb edib.

Xarəzmşah xanədanından olan məşhur alim və riyaziyyatçı Əbu Mənsur ibn Əli ibn İraqın himayəsində böyüyərək ondan dərs alıb. Məhz onun sayəsində dövlət adamlarına və saray mühitinə uyğun bir şəkildə tərbiyə görüb. Saray mühitində böyüməsi və müxtəlif səbəblərlə əlaqədar bəzi məmləkətlərdə olması ilə bağlı| olaraq o, getdiyi yerlərin alimlərindən də elm öyrənib.


Ardı →

Qərbi Qərb edən islam alimləri

Uzun əsrlərdir Qərb dünyasının öyündüyü kəşflərin əslində kimə məxsus olduğu yavaş-yavaş işıq üzü görür. Məhz bu kəşflər sayəsində Qərb, Qərb olub. Məhz bu kəşflər sayəsində uzun illər Qərb elm sahəsində birinci olub. Və müsəlmanların heç bir elmi nailiyyətlərdə əli olmadığ iddia olunub. Alimlərin yaşadıqları dövrə və ondan sonrakı illərə diqqət yetirsək görərik ki, sən demə dünyanın düzənini dəyişdirən əhəmiyyətli kəşflərin sahibi müsəlmanlardır. Qərb alimləri isə sadəcə müsəlman ölkələrinin işğalı zamanı qarət edilmiş kitabxanalardan götürülmüş elmi əsərlərin tərcüməsi zamanı orada yatmış xəzinələri oğurlayaraq öz adlarına çıxmaqla məşhurlaşıblar. 
Ardı →

Müsəlmanların icad etdikləri

*Qəhvə:Xəlid adlı bir Müsəlman, Efiopiyanın Kaffa ərazisində keçilərin yerə dökülmüş tünd rəngli toxumları yediyini gördü. Qəhvə 1645-də Venesiyaya gəldi.
* Şahmat: Köhnə Hindistanda ortaya çıxan bu oyuna Farslar tərəfindən bugünki şəkli verildi.
* Paraşüt: Sənayeçi Abbas Kasım İbn Firnasın əsl məqsədi uçan bir cihaz icad etməkdi. İcadı sadəcə yerə dəyərgən əzilməməsinin qarşısını aldı.
* Sabun: Misir və Romalılar bəzi materialları təmizlik üçün istifadə eləsə də bitki yağları sodium hidroksit ilə birləşdirib ilk sabunu müsəlmanlar icad etdi.
Ardı →

İslam mədəniyyəti

İslam mədəniyyəti Xilafətə daxil olan bütün xalqlar tərəfindən yaradılmışıdı. İslam mədəniyyətinə aiddir:
*   Onluq kəsrdən istifadə;
*   Hind rəqəmlərindən istifadə;
*   Cəbr (əlcəbr) elminin yaranması;
*   Xarəzminin hesaba dair əsəri;
*   Bağdadda və Dəməşqdə rəsədxanalarının açılması;
*   Yerin təxmini böyüklüyünün hesablanması;
*   Ulduzların vəziyyətinin müəyyən edilməsi
*   Əli-Birunninin yerin günəş ətrafında fırlanması sübut etməsi və ilk qlobusu düzəltməsi;
*   Naşatır spirti, spirt və potaşın kəşf edilməsi;
*   İbn Sinanın tibb sahəsindəki uğurları (İbn Sina “elmin şeyxi” və yaxud “alimlərin başçısı” adını almışdı);
*   “Min bir gecə” əsəri;
*   “Əntərin sərgüzəştləri” əsəri;
*   “Sindibadın səhayətləri” əsəri;
*   Qüdsdə Ömər məscidi (VIII əsr);
*   Kordova məscidi (VIII –IX əsrlər);
*   Arabesklərdən istifadə (kəsişən xətlərdən yaranmış mürəkkəb naxı-şlar);
*   Miniatürlərdən istifadə (kiçikliyi və incəliyi ilə seçilən sənət əsərləri);
*   Qahirədə Cümə məscidinin inşası;
*   Samirədə Ulu məscid minarəsinin inşa edilməsi.

Qərbi Avropa ölkələri islam mədəniyyətindən  aşağıdakıları öyrənmişlər:
*   Ərəb rəqəmlərindən istifadə;
*   Xəritə çəkmək;Kimyəvi biliklər;
*   Qlobusdan istifadə etmək;
*   Kompasdan istifadə;
*   Ulduzların adları;
*   Yunan müəlliflərinin əsərləri;
*   Sıfır rəqəmi və onluq kəsrlər.
Davamı →

Müsəlmanlarda mədəniyyət

“Keçmişindən xəbərsiz bir toplumun uşaqlardan heç bir fərqi yoxdur.” Çünki ikisinin də keçmişi mövcud deyildir. Keçmişini pisləyən də gələcəyindən əmin ola bilməz. Bu həqiqəti sevimli xalq şairimiz Bəxtiyar Vahabzadə nə gözəl söyləmişdir: “Keçmişini söyən gələcəyinə güllə atır.” İnsan həyatında onun bildiklərinin və həyat təcrübəsinin böyük əhəmiyyət kəsb etdiyi inkar edilə bilməz. Bu baxımdan keçmişə aid məlumatları yaxşı bilib, tarixdən dərs alanlar, çox zəngin bir təcrübə xəzinəsinə malik olurlar. Kahkaşandi (öl.821/1418) tarixi, sahili olmayan bir dəryaya oxşadıb onunla tanış olan insanları həmin dəryanın müxtəlif ne’mətlərindən istifadə edən kimsələr kimi qəbul etmişdir.


Ardı →

İslam mədəniyyətinə baxış

Çiçəklənmə dövrü olan X əsrdə İslam mədəniyyəti, Himalayalardan Pirənələrə, Qaradənizdən Aden körfəzinə kimi uzanan bütün İslam dünyasına nüfuz etmişdi. Qədim şərq, Bağdad, Suriya və Iraq torpaqları üzərində, dünya dövlətlərinin ənənələrini təcəssüm etdirirdi. Kiçik Asiyada bütün ticarət yollarının düyün nöqtəsi olan bu şəhərlər, millətlər arasındakı hərəkətlərin bir toplanma mərkəzinə çevrilmişdi. İslam dinini kultrologiya kontekstində öyrəndikdə ilk öncə onun yarandığı ərazidə mədəniyyətin və digər elmlərin inkişafının şəhrini vermək lazımdır.
Ardı →

İslam dinin kulturolji mahiyyəti

Tarixdən bu günə  qədər insanın yaşadığı hər yerdə az və ya çox mədəniləşmə hərəkatının mövcudluğu hamıya məlum olan bir həqiqətdir. Çünki cəmiyyət halında yaşamaqdan meydana gələn mədəni tərəqqilər, insanın  yarandığı gündən bəri davam etməkdədir. Düzdür, bu günədək dünyaya bir-birindən fərqli neçə mədəniyyətin gəldiyi dəqiq məlum deyil, ancaq, indi iki mədəniyyət cəbhəsi mövcuddur. Bunlardan biri Xristianlıq, Yəhudilik və digər sistemlərin tə'sirində qalan Qərb Mədəniyyəti, digəri isə İslam dininin yayıldığı bölgələrdə olan İslam Mədəniyyətidir.
Ardı →

İslam və alimlər

*Atomun daxilində böyük bir enerji gizləndiyini, atomun parçalanmasının mümkünlüyünü və bu zaman Bağdadı alt-üst edə biləcək bir gücə sahib olduğunu ilk dəfə «kimyanın atası» ləqəbli Cabir bin Həyyan (721-805) söyləmişdir.

*Barıt və topdan ilk dəfə müsəlmanlar istifadə etmişlər.

*Havan topu Fateh Sultan Mehmetin (1432-1481) kəşfidir

*Bəttaninin hazırladığı «Sabi cədvəlləri» adlı astronomik cədvəllər Kopernik dövrünə qədər Avropada əsas mənbə hesab edilirdi. Eyni zamanda, Bəttani Günəş ilini bugünkü nəticələrə tam uyğun şəkildə (cəmi 24 saniyə xəta ilə) hesabladı.

*Bəşir adlı müsəlman alim avropalı Brantdan xeyli əvvəl fosforu tapmışdır.
Ardı →