İslam
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Azərbaycanda İslamın yayılması — VII əsrdə Azərbaycan (Qafqaz Albaniyası və Atropatena ərazisi) ərəblər tərəfindən fəth edildikdən sonra burada tədricən İslam dini yayılmağa başlamışdır.
Ərəb orduları 642-ci ildə Sasani ordularını darmadağın etdikdən sonra Sasani şahlarının əfsanəvi sərvətlərindən başqa, Sasanilərin bütün ərazisi də onların əlinə keçdi. Zahirən qüdrətli görünən bir dövlətin məhv olub getməsi ərəblər üçün bir qədər təəccüblü və gözlənilməz oldu, çünki Təbərinindediyinə görə, ərəblər öz istilalarını daha da davam etdirmək fikrində deyildilər və əsas məqsədləri, məlum olduğu kimi, hələ o zaman ərəblərin yaşadığı və onların həyatı üçün zəruri olan Mesopotamiyanı (Beyn ən- Nəhreyni) tutmaq idi. Xəlifə Ömər ibn Xəttab (634-644) öz qoşunlarını təhlükəyə salmaq istəmirdi və görünür, ərəblərə məlum olmayan digər ölkələrdə Xilafət ordularının başına nələr gələ biləcəyindən ehtiyat etdiyinə görə qoşun komandanı Sədə belə bir əmr verdi: "Öz yerində dayan və onları (düşmənləri) təqib etmə".
İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın YII əsrində meydana gəlmişdir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər. Bundan başqa Hindistan əhalisinin 11%, Çinin 2%, Albaniyanın 70%, Yuqoslaviyanın 15%, bu dinə sitayiş edir. İslam dini başlıca olaraq Qafqazda, Orta Asiyada, Qazaxıstanda, Dağıstanda, Tatarıstanda, Başqırdıstanda yayılmışdır. Bu dinə etiqad edənlərin sayı 1 milyarda yaxındır.
İslam sözü ərəbcə allahın iradəsinə itaət etmək deməkdir. İslamın tərəfdarlarını müsəlman adlandırırlar. Ərəbcə müslim sözü muti-itaət etmək deməkdir. İslamın mənşəyi və xarakterik cəhətləri ərəblərin və Ərəçbistan Yarımadasının xalqlarının tarixi inkişafının xüsusiyyətləri ilə bağlıdır.
İslam peyğəmbərinin (s) təvəllüdündən İmam Mehdinin (əc.) qeybinə qədər İslam tarixinin xronologiyası (571-874-CÜ illər)
571− Həzrət Məhəmmədin (s) təvəllüdü (20 аprel).
595− Həzrət Məhəmmədin (s) Xədicə ilə evlənməsi.
608− Kəbənin yenidən tikilməsi.
610− Sаsаni pаdşаhı Іİ Xosrov tərəfindən ərəblərin məğlub edilməsi, İslаm Peyğəmbərinin Məkkə əhаlisini İslаmа dəvət etməyə bаşlаmаsı.
619− Xədicənin vəfаtı.
614− Həzrət Fаtimeyi-Zəhrаnın vilаdəti.
620− Həzrət Məhəmmədin (s) Mədinə əhаlisi ilə müttəfiqlik bаrədə ilk müzаkirələri (Əqəbə əhdi).
İslam və ya müsəlmançılıq, 3 dünya dinlərindən biri olmaqla 7-ci əsrdə Ərəbistanda yaranmışdır. İslamın əsasını Məkkə qəbiləsi, Küreyştlərə mənsub haşimilər tayfasından olan Məhəmməd tərəfindən qoyulmuşdur.Müsəlman dini təliminin əsas mənbəyi «Quran» əzəli, yaradılmamış vəhy kimi başa düşülür. Dinin digər mənbəyi «Sünnə»dir (peyğəmbərin həyatından və fəaliyyətindən, nitqindən bəhs edən kitab). Sünnə mətnlər-hədislər toplusundan ibarətdir. İslamın ən mühüm prinsiplərindən biri qəti təkallahlıqdan ibarətdir və bu prinsipin islamda tam və şərtsiz xarakter daşıyır. Müsəlman dininin ən mühüm anlayışları bunlardır: «İslam», «Din», «İman».
Müaviyənin hakimiyyəti
Müaviyə Nuxeylədə bir xütbə oxuyaraq qəlbində gizlətdiyi sözlərin hamısını aşkar edib dedi: Mən sizinlə namaz, oruc, zəkat, həcc və bu kimi işlərə görə vuruşmadım, siz onsuz da bu işləri yerinə yetirirsiniz. Mən hakimiyyət uğrunda və sizə hakim olmaq üçün vuruşdum.
İmam Həsən (ə) Mədinəyə dönmək qərarına gələn zaman Müaviyə onun yanına adam göndərib Hosərə (xarici) ilə döyüşməyini istəyir. Bu şəxs Əli (ə)-ın şəhadətindən sonra Nuxeyləni özü üçün mərkəz seçib xəvaricləri başına toplamışdı.
Peyğəmbərdən sonra ilk müsəlmanlığı qəbul edən şəxsin kişiliyi barədə müxtəlif mülahizələr vardır. Bə’zi mənbələrdə ilk müsəlmanlığı qəbul edən şəxsin Xədicə, bə’zilərində isə Əli(ə) olduğu göstərilir. Lakin həzrət Mühəmməd (s)-in aşağıdakı kəlamını xatırlatsaq, həmin şəxsin kim olduğu sadə bir məntiqlə aydınlaşar: “Bu, yə’ni Əli(ə) mənə iman gətirən, məni təsdiqləyən və mənimlə namaz qılan ilk şəxsdir.” Həmçinin Əli(ə)-ın özü belə söyləmişdir: “Mən haqqa yetişən, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın rəsulundan başqa heç kəs məndən əvvəl namaz qılmamışdır.” Buradan belə mə’lum olur ki, ilk iman gətirən Əli (ə), sonra Xədicə olmuşdur. Onlardan sonra isə Zeyd ibn Harisə müsəlmanlığı qəbul etmişdir. Əfif Kəndi Peyğəmbər (s) zamanında belə bir hadisənin şahidi olmuşdu: O, parça və ətir almaq üçün Məkkəyə gəlir.