İcarə hökmləri

Məsələ 2181: İcarə verən və icarəyə götürən şəxslərin ağıllı və baliğ olmaları və öz ixtiyarı ilə icarə qurmaları gərəkdir. Həmçinin onlar öz mallarından istifadə haqqına sahib olmalıdırlar. O halda səfeh olan şəxs öz malından istifadə haqqına sahib olmadığından bir şeyi icarəyə götürə bilməz və ya icarəyə verə bilməz. Həmçinin iflas etmiş olan bir şəxs istifadə haqqı olmadığı mallardan bir şeyi icarəyə verə bilməz və ya onunla bir şeyi icarəyə götürə bilməz. Amma özünü başqasına əcir edə bilər.
Məsələ 2182: İnsan başqası tərəfindən vəkil olub, onun malını icarəyə verə bilər və ya onun üçün bir malı icarəyə götürə bilər.
Davamı →

Şəriklik hökmləri

Məsələ 2150: İkinci nəfər, ortaq olan malları ilə ticarət edib əldə etdikləri qazancları aralarında bölməyi qərara alarlarsa və ərəbcə və ya başqa bir dildə şəriklik əqdini oxuyar ya da bir-birləri ilə şərik olmaq istədiklərini müəyyən edən bir iş görərlərsə, onların şərikliyi səhihdir.
Məsələ 2151: Əgər bir neçə nəfər öz işlərindən aldıqları pullarda şərik olsalar, məsələn; bir neçə dəllək bir-birləri ilə razılaşarlar ki, hər nə qədər gəlir götürsələr, birlikdə bölsünlər, bu şəriklik səhih deyildir. Amma əgər məsələn; müəyyən bir müddətə qədər hər birinin zəhmət haqqının yarısının əvvəlkinin zəhmət haqqının yarısı əvəzində müəyyən müddətə qədər onun olması üzrə bir-birilə danışıq (anlaşma) edərlərsə, bu anlaşma səhihdir və hər biri əvvəlki ilə onun aldığı qazancda şərik olurlar.
Davamı →

Alqı-satqı əqdi

Məsələ 2105: Alqı-satqı işlərində əqdi ərəbcə oxumaq lazım deyil. Məsələn; satıcı öz dilində, «bu malı bu pula satdım» — deyir və alıcı da, «qəbul etdim» — deyirsə, müamilə səhihdir. Amma alıcı və satıcının bu iki cümləni söyləməkdə məqsədləri inşa qəsdi olmalıdır. Yəni bu iki cümləni dedikdə qəsdləri alqı-satqı olmalıdır.
Məsələ 2106: Əgər müamilə zamanı əqd oxunmazsa, amma satıcı alıcıdan aldığı mal əvəzində öz malını onun mülkü edərsə, müamilə səhihdir və hər ikisi aldığı şeyin sahib olur.
Davamı →

Satılan mal və əvəzinin şərtləri

Məsələ 2098: Satılan malın və əvəzində alınan şeylərin beş şərti vardır:
  1. Miqdarı: ölçü, çəki, say və bu kimi yollarla müəyyən edilməsi lazımdır.
  2. Təslim edilməsi mümkün olmalıdır; əks təqdirdə müamilə səhih deyildir. Amma əgər onu təslim etməsi mümkün olan başqa bir şeylə satarsa, müamilə səhihdir. Amma zahir budur ki, alıcının özünün satın aldığı şeyi ələ gətirməsi mümkünsə, hərçənd satıcının satdığı şeyi ona təslim etmə imkanı olmasa da, müamilə səhihdir. Məsələn; alıcının tapmaq imkanı olan qaçmış bir atı satarsa, müamilənin bir eybi yoxdur və səhihdir. Bu halda zəmiməyə (yəni bir malın o biri malın üstündə əlavə satışına), ehtiyac yoxdur.

Davamı →