Üç ay

"Üç ay" dedikdə qəməri aylardan olan Rəcəb, Şaban və Ramazan ayları nəzərdə tutulur. Bu gün üç aydan ikincisi olan Şaban ayına qədəm qoyuruq. Adətən bir-sıra islam ölkələrində bu aylara digərlərinə nəzərən daha çox üstünlük verilir. Dünyanın bir çox ölkəsində müsəlmanlar qeyd olunan aylarda daha çox oruc tutur, Allaha daha çox yaxınlaşmağa, Uca Yaradana daha çox ibadət etməyə səy göstərirlər. Hətta bəzi müsəlmanlar bu üç aydan ikisini — Rəcəb və Şaban aylarını «kəffarət» və savab niyyəti ilə tamamilə oruc tutaraq keçirməyə çalışırlar. Buna Ramazan ayı da əlavə edildikdə ard-arda düz üç ay oruc tutulmuş olur ki, bu da "üç ayı oruc tutmaq" adlanır.


Ardı →

Ölüyə Quran tapşırmaq

Ölən insanın ardınca oxunan Quranın ölüyə heç bir təsiri yoxdur. Bu məsələ ilə əlaqədar heç bir dini dəlil — ayə və ya hədis də yoxdur.


Lakin Allah Təala tövsiyə edir ki, bizdən əvvəlki müsəlman qardaşlarımız üçün xeyir-dua edək. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) də bununla bağlı olaraq həyata keçirdiyi işlərlə bizə nümunə olub.


Allah belə buyurur:


Ardı →

Gənclik və İslam

Xüsusilə son illərdə pozitiv anlayışlar insanı inanclardan və axirət bilgisindən uzaqlaşdırmışdır. Dunyəviləşən insanın əlindən tutub Rəbbiylə görüşdürülməsi və təkrar ona axirət bilgisinin verilməsi zəruridir.
Bütün çirkinliklərin təməlində inamsızlıq durur. Xüsusilə də axirət məlumatından uzaqlaşan insanlar, daha asan pislik edirlər və günah işləyirlər.
Ardı →

Şeytan və Nəfsə uymayaq

Ümumi mənada şeytan insan, cin və hevyanların ağzın və şərli olanlarına verilən bir addır. (1) İsfahani, əl-Müfrədat, s. 383) Şeytan və mələk sözü bir-birinin ziddi olaraq Quranda tək və cəmdə eyni sayda, 88 dəfə keçməkdədir.
İblis, yaxud da şeytan mələklərə yaxın bir qrupdan, cin tayfasındandır. Quran iblisin Adəmə səcdə emriylə sınandıqda lovğalıq və qısqanclıq duyğularıyla bu əmrdən boyun qaçırdığından və imtahanı keçə bilməməsindən danışır. Həmçinin Qurani-Kərimdə şeytani duyğuların və nəfsani təmayüllərin insan qəlbinə olan təsirindən söz açılır
Ardı →

İslam Dininin Xülasəsi

İnsan  ruh və bədəndən ibarətdir.Onu digər canlılardan ayıran məhz budur.


İnsanın xöşbəxtliyi həm ruhun,həmdə bədənin ehtiyaclarının kifayət qədər təmin olunması ilə mümkündür.


Bəzi anlayışlar insanların maddi ehtiyaclarına böyük əhəmiyyət verirlər.Ancaq ruhun ehtiyaclarını gözardı edirlər.


Buna müvafiq olaraq,bəzi inanc və ideologiyalar da həyatın mənəvi cəhətinə böyük üstünlük  verərək,onun maddi cəhətini nəzərə almamışdır.


Ardı →

İslam dini

Müsəlmanlar dünya əhalisnin təxminən dörddə bir hissəsini təşkil edir.İslamiyyət dövrümüzdə artıq beş qitəyə yayılmışdır.İslam dininin dünya mədəniyyətinə böyük xidmətləri olmuşdur.İslamı hərtərəfli öyrənmək üçün, bu dini müxtəlif cəhətlərdən tanıdan mötəbər əsərlərlə müraciət etmək lazımdır.Məqsəd İslam dininin etiqad,ibadət və əxlaq əsaslarıyla əlaqədar çox qısa məlumat verərək müəyyən bir fikir yaratmaq istəyirəm.


Islam


"İslam" ərəbcə bir sözdür.«Sülh» mənasını bildirən «silm(səlm)» kəlməsindən əmələ gəlmişdir.Lüğətdə itaət etmə,boyun əymə mənalarını verir.Heç bir məcburiyyət olmadan səmimi-qəlbdən Allaha itaət etmək,Ona təslim olmaq,əmr və qadağalarına qeyd-şərtsiz baş əymək deməkdir.


İslam uca Allahın son Peyğəmbər olan Hz.Məhəmməd (s.a.v.) vəhy yoluyla bildirdiyi,onun da insanlara çatdırdığı şeylərin hamısını qəbul edərək onları yaşamaq,sözləri və işləriylə onları qəbul etdiyini göstərmək,Allaha (c.c) və Rəsuluna (s.a.v.) itaət etmək deməkdir.


Müsəlman İslam dininin qaydalarına əməl edən,İslamın qaydalarını həyata keçırən bir insandır.


Davamı →

Tövbə - Allaha sığınmaqdır

Allah-Təala (c.c.) Peyğəmbəri Musaya (ə.s.) belə buyurur:

“Ey Musa, filan məhəllədə bizim dostlarımızdan biri vəfat etdi. Get, onunla bağlı nə lazımdırsa, et. Sən getməsən, biz onun işini öz mərhəmətimizlə həll edərik”.

Həzrəti Musa əmr olunduğu məhəlləyə getdi və oradakılardan soruşdu:

— Bu gecə burada Allah-Təalanın dostlarından biri vəfat etdimi?

Adamlar belə dedilər:

— Ey Allahın Peyğəmbəri, bu gecə Allahın dostlarından heç kəs vəfat etmədi, amma filan evdə zamanını pis işlərlə keçirən əxlaqsız bir gənc öldü. Günahlarının çoxluğuna görə heç kəs onu dəfn etməyə getmir.

Musa belə dedi:

— Mən onu axtarıram.

Evi göstərdilər.
Ardı →

İslam dünyasında qadın

İslam dünyası, fərqli coğrafi bölgələrə və iqlimlərə dağılmış vəziyyətdə olub, bir çox qövm və irqləri öz içində saxlayar. Orta şərqi, Afrika qitəsini, uzaq şərqi, Osmanlı İmperatorluğu dövründə İslam ilə tanış olmuş olan cənub şərq Avropanın bir neçə bölgələrini və bunlardan başqa Amerikada və şimal Avropanın içində olan Müsəlmanlar, İslam dünyasını təşkil etməkdədir. Olduqca geniş bir sahəyə yayılmış olan İslam Dünyası, zəngin ölkələrə sahibsə də bir çox ölkələr də kasıblıq və geri qalmışlığın ağrısını çəkməkdədir.
Ardı →

Dini 20 qəpiyə satmayanlar...

Londondakı məscidin yeni axundu şəhərə getmək üçün həmişə eyni avtobusa minir və çox vaxt eyni şoferə rast gəlirmiş.
Bir gün, bilet götürərkən şofer səhvən 20 qəpik çox verir. Axund isə 20 qəpik artıq qaytarıldlğını dərhal hiss edir. Öz-özünə düşünür ki, «20 qəpiyi geri versəmmi şoferə?» Amma içindən bir səs deyir ki "Çox kiçik bir puldur və şofer onsuzda hiss etməyib.Avtobus şirkətinə 20 qəpik nə fərq edər? Bu pulu Allahdan gələn bir hədiyyə kimi düşün."

Enəcəyi dayanacağa gəlincə, axund qalxır və fikirini dəyişir, enmədən əvvəl şoferin yanına gedir, 20 qəpiyi geri qaytarır və deyir ki: «Mənə çox pul verdiniz, 20 qəpik artıq qaytarmısınız.»

Şofer gülümsəyir və deyir ki: «Siz məscidin yeni axundusunuz deyilmi? Əslində uzun zamandır sizi məscidinizi ziyarət etmək istəyirdim, İslamı öyrənmək, namaz qılmağı öyrənmək istəyirdim sizdən. Buna görə də bilərək sizə çox pul verdim ki, görüm necə reaksiya verəcəksiniz, halal, yoxsa haram insan olduğunuzu bilmək, görmək istədim.»

Axund enərkən sanki qıçlarını hiss etmirdi, yerə yıxılacaqmışcasına bir dirəyə yapışdı və özünə gəlməyə çalışırdı. Axundun gözlərindən yaşlar tökülürdü. O səmaya baxaraq deyirdi: «ALLAHIM az qala İslamı 20 qəpiyə satırdım!»

Davamı →