Günahkar qadınların cəhənnəm əzabları haqda
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Niyə kədərlisən?
Hz. Adəm (a.s.) kimi 200 il tövbəmi etdin?
Niyə kədərlisən?
Hz. İbrahim kimi atəşəmi atıldın?
Niyə kədərlisən?
Hz. Zəkəriyyə (a.s) kimi mişarlamı kəsildin?
«Nə ucadır o ALLAH ki, torpağın bitirdiklərindən, özlərindən (insanlardan) və hələ bilmədikləri neçə şeylərdən olan bütün cütləri O yaratmışdır.» (Yasin,36)
Bu ayədə bütün varlıqların cüt-cüt yaradıldıqlarını ortaya qoymaqdadır. Bunların bir qismi indiyə qədər bilinmiş, təsbit olunmuşdur; fəqət bilinməyən bir çoxunun da mövcudluğunu xəbər verməkdədir… Necə ki, günümüzdə, istər canlı, istər cansız aləmlərdə bir yandan son dərəcə böyük (makro), o bir yandan son dərərəcə kiçik (mikro) sistemlərdə, ikili sistemlərin və ya ikili funksiyaların fərqinə varılmışdır..Xülasə, Qur'anın bildirdiyi gerçəklərlə günümüzün elmi gerçəkləri arasında heç bir uyuşmazlıq müşahidə edilməmişdir… Xülasə, Canabi-Haqq təkliyi yalnız Özünə layiq qıldığı üçün cəmadat (cansızlar), nəbatat, heyvanat, cin və insan, nə varsa hamısını cüt-cüt xəlq etmişdir… Məsəslən, müsbət elektirk mənfi elektrikə axar və işıq yanar… Müsbət bulud mənfi buluda axar və nəticə yağış yağar… Bu sünnətullah ilahi qanun bütün yaradılmışlara şamildir.
Ayə bitkilərin də cüt-cüt yaradıldıqlarını da bildirir: «ALLAH hər meyvədən yenə özlərinin içində ikişər cüt yaratmışdı.r» (əl-Ra'd,3) Bütün bitkilərin çiçəklərində erkək və dişi cütü bilinməkdədir. Erkəyin dişini mayalamasıyla meyvələr meydana gəlməkdədir… Yalnız bu döllənmə və mayalaşma külək vasitəsi ilə yerinə yetirlir. Hələ günümüzdə təzə çatdığımız bu həqiqi Qur'ani-Kərim 14 əsr öncə xəbər vermişdir:«Bir rüzgarları aşılayıcı (mayalandırıcı) olaraq göndərdik.» (əl-Hicr,22)
Qiyamət qopmuşdu.Qeyri-adi bir izdiham var idi.Hər yer insanlarla dolu idi.Kimisi çaşqın-çaşqın ətrafına baxır,kimisi sağa-sola qaçır,kimiləri yerdə diz çökərək başını əllərinin arasında gizləyirdilər.
Sanki,ürəyi yerindən çıxacaqdı.Soyuq tər basmışdı.Dünyada ikən qiyamət,sorgu-sual və tərəzi haqqında çox şey eşitmişdi.Ancaq məhşər meydanındakı ürpərti,qorxunun bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi.Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı.Növbə ona gəlib çatmışdı.Onun adını çəkmişdilər.Təşviş içində sağa-sola baxır.Dodaqları titrəyə-titrəyə:
-Məni çağırdınız? — deyir.