Dünya görüşünün insanın əməllərinə təsiri

Dünyagörüşü insan həyatına istiqamət verir. Dünyagörüşü səbəb olar ki, insan xüsusi, fərdi və ictimai rəftarlara yiyələnsin. Əgər dünyagörüşü düzgünsəmtdə formalaşarsa, insanın rəftarı düzgün şəkil alacaqdır. Ancaq əgər bu dünyagörüşü yanlış səmtdə olarsa və ya varlıq aləminə şübhə ilə baxarsa, istər-istəməz rəftarına da mənfi təsir qoyacaqdır. Onun ən zəif mənfi təsiri — vəzifələrinə və ya üzərində olan təkliflərinə qarşı biganə və tənbəl olmağı ilə nəticələnər. İnsan zehninə gələn suallara cavab verməsi üçün ən azı varlıq aləmini düzgün tanımalıdır. Əgər insan özü üçün bu məsələni həll edə bilməsə, onun düzgün əxlaqi dəyərlər axtarışı faydasız olacaqdır.
Ardı →

Qeybət ən böyük günahdır

Qeybət, adından göründüyü kimi, kiminsə eybini açmaq deməkdir, istər bu eyb fiziki olsun, istərsə də əxlaqı, istər onun əməli haqqında olsun, istərsə dəsözləri haqda. Və hətta o şeylər ki, həmin insana aiddir, libası, evi, həyat yoldaşı, övladları və başqa bunun kimi şeylər haqqında deyilən sözlər — qeybətdir.

Ona görə də kiminsə zahiri sifəti və hamıya məlum olan xasiyyəti haqda danışmaq Qeybət sayılmır, ancaq o şərtlə ki, bu söhbətlərdə eyb axtarmaq və məzəmmət xarakteri olmasın, əks halda haramdır. Məsələn məzəmmətlə deyəsən ki, filankəs, kordur, boyu alçaqdır, rəngi qaradır və ya dazdır.

O eyblər ki, gizli sayılır onları hər niyyətlə olursa olsun, açıqlamaq haramdır və Qeybət sayılır. İmam Sadiq (ə) buyurur: «Qeybət odur ki, müsəlman qardaşın haqda elə bir şey söyləyəsən ki, Allah onu gizli edib və ancaq o şeylər ki, aşkardır — tündxasiyyəti və tələsmək kimi xüsusiyyətlər qeybətə daxil deyildir. Amma böhtan odur ki, elə bir şey deyəsən ki, həmin adamda o şey olmasın»
Ardı →

Daxili eyblərin tanımağın yolları

İnsan özünü sevdiyindən eyblərinə az diqqət edər. Ona görə də onları aradan qaldırmaq istəmir. Elə buna görə də ola bilər ki, insanların yanında bueybləri aşkar olar. Bu eyblərinə görə insanların məzəmmətinə səbəb olar. İctimai mövqeyini əldən verər. Peyğəmbər (s) bu haqda buyurur: “O zaman ki, Allah bəndəsinə yaxşılıq istəyərsə, ona dində məhəbbət, dünyada zahidlik verər və eyblərinə agah edər”.

Bizim daxilimizdə olan eybləri məhv etməsək, dünya və axirətdə abır və izzətimizi aradan aparacaqdır. Məsum İmamlar (ə) bizlərə bu zəmində yol göstərmişdilər ki, bəzilərinə işarə edək:
Ardı →

Təvazökarlıq və sadəlik

İslami hədislərdə Peyğəmbər (s) və Əhli-beyt (s) vasitəsilə insanlarla münasibətdə sadə və təvazokar olmağı öyrənir və onun mühüm əhəmiyyət kəsbetdiyini başa düşürük. Peyğəmbərin (s) özünün həyatına nəzər salsaq görərik ki, o, çox sadə və təvazokar bir insan olub və həmişə təkəbbürlü görünməkdən ehtiyat edib. O, heç vaxt icazə verməzdi ki, o, ata minəndə, kimsə yanında piyada getsin. Ona görə buyurardı ki, siz filan məkana gedin, mən də gələcəyəm. Çünki ata minmiş insanın kənarında kiminsə piyada getməsi zamanı atda olan məğrur bir insan kimi görünər, piyada olan şəxs isə zəlil kimi.

Əziz Peyğəmbərimizin (s) haqqında gələn hədislərdə oxuyuruq ki, o, torpağın üstündə oturar, çox sadə yemək yeyər, qoyundan süd sağar, palansız uzunqulağa minərdi.

O, bunun kimi hərəkətləri hətta Məkkənin fəthindən sonra da edirdi ki, insanlar güman etməsinlər ki, o, məğrur və təkəbbürlüdür. O Həzrət (s) heç zaman insanlardan uzaqlaşmazdı, küçələrdə, bazarlarda, kasıbların evində olardı.

Ardı →

Pisliyin qarşısında yaxşılıq etmək məharəti

Həzrət Əli (ə) Əhli-Beyt (ə) davamçılarının xüsusiyyətlərindən birini belə bəyan etmişdir: “Əgər kimsə ona zülm etsə, onu bağışlayar. Əgər kimsə onubəxşişdən məhrum etsə, ancaq o, var-yoxunu ondan əsirgəməz. Əgər yaxınlarından kimsə onunla əlaqəsini kəsərsə, o, rabitəni kəsməz”.

Başqalarının qarşısında vəzifəmiz



Bizim öhdəmizə qoyulan vəzifələri iki yerə bölmək olar:

Bir silsilə vəzifələr vardır ki, özümüzə aiddir. Yəni özümüz necə rəftar etməliyik? Və bir silsilə vəzifələr də başqalarına aiddir. İkinci qism də iki yerə bölünür. Bu vəzifələrin bir qismi o insanlara aiddir ki, pis rəftara malikdirlər. Biz onlarla necə rəftar etməliyik? Bu pis rəftarı da bir neçə qrupa bölmək olar. Bir qrup pis rəftarlar vardır ki, birbaşa bizə aid deyildir. Ancaq yanlış bir işdir ki, edirlər. Bu cür əməllərin əmr-be-məruf və nəhy-əz-munkərə aidiyyəti vardır.
Ardı →

Namazın insan səhhəti üçün möcüzələri

Misirin paytaxtı Qahirədəki “Milli Lazer Texnoloqiyaları Mərkəzi”ndə keçirilən araşdırma nəticəsində məlum olub ki, səcdə etmək insanı xərçəngdən qoruyur. Bundan başqa səcdənin hamilə qadınlar üçün faydalı olduğu, döldə meydana gələcək fizioloji anormallıqların qarşısını aldığı, habelə bir çox fiziki və psixoloji xəstəliklər üçün xeyirli olduğu bildirilir.
Mərkəzin rəhbəri professor Məhəmməd Ziyaəddin Həmid bu dövrdə insanların elektrmaqnetik dalğalara məruz qaldığını, bu səbəblə də daha çox şüalandığını, bu yükün hökmən bayıra atılmalı olduğunu deyib. Araşdırma nəticəsində bədəndə toplanan elektromaqnetik yükün Allaha səcdə (namaz) ilə boşaldığının müəyyənləşdiyini deyən misirli alim elmi araşdırmaların insanın boyu kiçildikcə dalğalara məruz qalma nisbətinin azaldığını göstrdiyini bildirib.
Ardı →

Allahla söhbət

Dedim: İlahi çox naümidəm!

Buyurdu: «Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Zümər surəsi 53)



Dedim: İlahi! Heç kəs bilmir ki, mənim qəlbimdən nələr keçir?

Buyurdu: “Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal surəsi 24)



Dedim: İlahi! Səndən başqa heç kimim yoxdur!

Buyurdu: “And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf surəsi, 16)
Ardı →

Məntiqsiz məsxərələrə cavab

Adəm övladı yaranandan bu günə qədər haqla batil daima bir-biri ilə savaşıb. Biz tarix boyu bunun şahidi olmuşuq. Allah və onun dininə uzanan əllərinbu gün də şahidi oluruq. Bu addımları Məkkə müşriklərindən başlayaraq, bu günün qaniçən və insani dəyərlərin ziddinə olan sionistlərdə müşahidə etmək olar. Biz dediyimiz kimi, haqq və batil həmişə ədavətdə olub. İslam dini isə haqq toplumu olduğundan, batil tərəfin onunla mübarizəsinin şahidi olmaq heç də təəccüblü deyil. Hərçənd ki, ürək ağrıdandır. Çox təəssüflər olsun ki, biz bu antiislam addımları Azərbaycanda da müşahidə edirik. Biz bu islamafobları ayrı-ayrı qrup, təriqət, başqa formalarda məqalə və digər yollarla islama zidd olan addımlarının şahidi oluruq.
Ardı →

Ölüm və ölümdən sonrakı həyat-2

RUHUN AYRILMASI KEYFİYYƏTİ

Ruhun çıxarılmasının necəliyi “Me”rac“ hədislərinə əsasalanır ki, xülasəsi belədir: Həzrət Əzrailin qarşısında bütün bəşəriyyətin adı qeyd olunmuş bir lövhə mövcuddur. Ömrü sona yetmiş, əcəli çatmış insanın adı bu lövhədən silinir və Əzrail dərhal onun ruhunu çıxarır. Mümkündür (eyni bir anda) minlərlə adamın adı silinsin və Əzrail də eyni bir anda onların ruhunu çıxarsın. Təəccüblü bir şey yoxdur, axı bir külək də minlərlə çırağı bir dəfəyə söndürə bilir. Hamı öz Rəbbinə tərəf qayıdır. Ruhları Əzrail ayırır, amma həqiqətdə Allah öldürür. Çünki bu iş Allah-Tərəfindəndir.
Ardı →

Ölüm və ölümdən sonrakı həyat-1

Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən (Allah buyruqlarından) başqa yol yoxdur, çünkiinsanın dərki onun yaşadığı aləmin, tutduğu məqamın hüdudlarını aşa bilmir


 


VƏHYDƏN BAŞQA YOL YOXDUR

“Məad” «əvd» kökündən olub “qayıtmaq” mənasını verir. Çünki ruh ikinci dəfə bədənə qaytarılır. Məad müqəddəs İslam dininin əsaslarındandır. Buna inanmaq vacibdir ki, hər bir insan ölümdən sonra yenidən dirilir və əqidəsinin, əməllərinin əvəzini alır.
Başlanğıcı ölüm və qəbir, sonrası Bərzəx, daha sonrası böyük Qiyamət, sonu Behişt və ya Cəhənnəm olan məad məsələsi əql yolu ilə sübuta yetsə də, zahiri hisslərlə dərk olunmaz. Ölümdən sonra nə olacağını insanın təkbaşına dərk etməsi qeyri-mümkündür. Bu məsələdə vəhydən (Allah buyruqlarından) başqa yol yoxdur, çünki insanın dərki onun yaşadığı aləmin, tutduğu məqamın hüdudlarını aşa bilmir. Məsələn, ana bətnində olan uşağın bətndən bayırdakı aləmin böyüklüyünü, necəliyini anlaması qeyri-mümkündür
Ardı →