Həzrət Əlinin şəhadət günü

Bu gün həzrət Əlinin şəhadət günüdürBu gün ilk imam, İslam Xilafətinin 4-cü xəlifəsi Həzrət Əli əleyhissalmın şəhadət günüdür. O Kufə məscidində Hicri-Qəməri təqvimi ilə 40-cı il, Ramazan ayının 19-da, sübh namazını qıldığı zaman sui-qəsdə məruz qalaraq, başından zəhərli qılıncla vurulub.

İmam Əli (ə) Miladi təqvimlə 600-cü ildə Məkkə şəhərində yerləşən müqəddəs Kəbə evində dünyaya gəlib. İmam (ə) əziz İslam peyğəmbəri Həzrət Muhəmmədə (s) ən yaxın şəxslərdən və onun gətirdiyi dinə ilk iman gətirənlərdən olmuşdur.

İmam Əli (ə) Peyğəmbərin (s) qızı Xanım Fatimeyi-Zəhranın (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) atasıdır. Məşhur rəvayətə görə, Quranda Əhli-Beytə (ə) dair ayə nazil olduqda (bax: surə 33, ayə 33), Həzrət Peyğəmbər (s) Əlini, eləcə də qızı Fatimə və nəvələri Həsən ilə Hüseyni əbasının altına alaraq, “bunlardır mənim Əhli-Beytim” deyə buyurub.
Ardı →

Baxmaq yetməz, görmək gərək

Təsəvvür edin ki, bir dəstə uşaq məktəbdən qaçır. Və siz də yolda onlarla rastlaşıb məktəbin, elmin nə qədər gözəl, gərəkli olduğunu izah edirsiniz.

Onlar da hamısı bir səslə dediklərinizi təsdiq edirlər və söyləyirlər ki, elə sənsiz də bunları bilirik. Əgər siz “Bir halda ki, bilirsiniz, daha məktəbdən niyə qaçırsınız?” — soruşsanız, hərəsi bir bəhanə gətirəcək. İndi özünüz təsəvvür edin: elmin də, məktəbin də insan üçün çox böyük fayda gətirdiyini bilən şagird məktəbdən qaçırsa, onda elmin nə qədər gərəkli olduğuna inanmasından nə fayda?

İbadət də belədir. İnanmıram ki, bu gün yurdumuzun harasında olursa-olsun, bir soydaşımızı yolundan saxlayıb Allah-Təala haqqında bir neçə şey soruşmaq istəsən, heç tərəddüd etmədən “Allaha da qurban olum, Onun kitabına da” deyəcək. Amma Allahın buyurduqlarını yerinə yetirmək məsələsi ortaya gələndə dərsdən qaçan şagird kimi bir şey uydurmağa çalışacaq.

Qurani-Kərim bütün elmlərin açarıdır. İnsan ağlının məhsulu deyil, Allah kəlamıdır. Bütün dərdlərin dərmanıdır. Biz bunu bilirik, amma nə edəsən ki, bu müqəddəs kitab bizə görə ancaq ölü üstündə “Yasin” oxumaq üçündür. Təsəvvür edin ki, birisi xəstələnib və həkimin yanına gedir. Həkim də onun diaqnozunu müəyyənləşdirib resept yazır. Xəstə də həmin resepti cibinə qoyub evinə gedir və həmin reseptdən şəfa gözləyir.

Müqayisə edin: cibdə gəzdirilən reseptin o xəstə üçün nə qədər faydası varsa, oxunmayan, kəlmə-kəlmə, hərf-hərf öyrənilməyən, hər sirrin açarı, hər dərdin dərmanı kimi bilinməyib bir güncdə saxlanan Qurani-Kərimin də bizə o qədər xeyri var.

Uşaq elmin faydasını bildiyi halda dərsdən qaçırsa, xəstə yatağına uzanıb əlində tutduğu reseptdən çarə gözləyirsə, hər birimiz Allaha və Onun birliyinə inanıb, əmrlərini yerinə yetirmiriksə, demək, qarşıda çox işlər durur.
Davamı →

Uşağın doğulması ilə bağlı olan müsəlman adətləri

Müsəlmanlar ailəsində uşağın dünyaya gəlməsi bu ailənin həyatında ən böyük və mühüm hadisələrdən sayılır.

İslamda uşaq bu ailəyə Allah tərəfindən verilən əmanət kimi qəbul olunur və bu səbəbdən xüsusi qayğı ilə bəslənilir və qorunur.

Şəriətin qanunlarına görə, yenidoğulmuş uşağın ilk eşitdiyi söz «Allah» sözü olmalıdır. Bunun üçün ata (bəzi hallarda baba, əmi) uşağın sağ qulağına azanın sözlərini, sol qulağına isə iqamənin sözlərini deməlidir. Bu adətin dərin mənası var. Məsələ burasındadır ki, insanın bu dünyada əsas düşməni olan şeytan yeni insanın dünyaya gəlməsini «səbirsizliklə» gözləyir ki, onu düz yoldan azdırmağa başlasın. Bu səbəbdən çox vacibdir ki, uşağın ilk eşidtiyi söz şeytanın vəsvəsəsi deyil, Allahın adı olsun. Bu insanın bütün gələcək həyatına təsir edəcək.
Ardı →

''Hicab'' kəlməsinin mənası

Müasir dövrdə qаdın örpəyi kimi işlədilən “hicаb” kəlməsinin əsl mənаsı nədir? Hicаb kəlməsi həm örtmək (məsdər), həm də örtük və hicаb mənаsınа işlədilir ki, əksər hаllаrdа pərdə mənаsını dа ifаdə еdir.

Bu kəlmə оnа görə örtük məfhumunu çаtdırır ki, pərdə örtük vаsitəsidir. Lüğət bахımındаn hər örtük hicаb dеyildir o, örtüklər hicаb аdlаndırıla bilər ki, pərdə аrхаsındа qаlmаq mənаsını çаtdırsın. Ürək ilə qаrın bоşluğu аrаsındа оlаn pərdə də ərəb dilində “hicаb” аdlаndırılır.

Əmirəl-möminin əli (ə)-ın Mаlik əştərə yаzdığı göstərişdə buyurulur: “Fəlа tutəvvilənnə еhticаbəkə ən rəiyyətikə” “Cаmааtın аrаsındа оl, оnlаrın gözlərindən uzаqdа оlmа; Hicаb səni cаmааtdаn аyırmаsın, əksinə özünü cаmааtın görüşləri və təmаsı üçün göstər ki, zəiflər və biçаrələr öz еhtiyаclаrını və şikаyətlərini sənə çаtdırа bilsinlər, sən də işlərin gеdişаtındаn хəbərdаr оlаsаn.”

İbni Хəldun öz müqəddiməsində “Fəslun fil-hicаbi kəyfə yəqəu fid-düvəli və ənnəhu yəzumu indəl-hərəmi” bаşlıqlı fəsildə bəyаn еdir ki, “hökumətlər təşkil оlunаn ilk zаmаnlаrdа hаkimlərlə cаmааt аrаsındа hеç bir fаsilə yох idi. Lаkin tədriclə оnlаrlа cаmааt аrаsındа pərdə əmələ gəlib qаlınlаşmаğа bаşlаdı, nəhаyət хоşаgəlməz nəticələr vеrdi.” İbni Хəldun hicаb kəlməsini örtük yох, yаlnız pərdə mənаsındа işlətmişdir.
Ardı →

İslamda ailə

Ailə cəmiyyətin ən kiçik və ən önəmli parçasıdır və sadəcə qarşı cinsə duyulan fiziki bir marağın nəticəsində meydana gələn bir qurum deyil. Maddi qazanclar və maddi ehtiyaclar üstündə də qurula bilməz. Ailə, insan nəslinin davam etməsini təmin etməklə yanaşı həm kişi, həm də qadın, eyni zamanda uşaqların da qarşılıqlı olaraq ruhən və bədəncə yardımlaşdıqları bir bərabərlikdir. Kişi, qadın və uşaqların dostcasına yaşadıqları müqəddəs bir qurumdur.

Bəzilərinə görə ailə ən ehtibarlı limandır. Məsələn Əli Rza Təməlin təbiri ilə desək:"İnsanın həyat dənizinin azğın dalğalarına və güclü fırtınalarına qarşı sığına biləcəyi ən sakit və ən əmin liman ailə yuvasıdır." Çünki bu yuva insanların bədənlə olduğu kimi ruhən də sükuna çatmalarını təmin edən bir məkandır.
Cəmiyyət ailələrdən və ailəni meydana gətirən fərdlərdən meydana gəlir. Buna görə də həm ailə cəmiyyətə təsir edir, həm də cəmiyyət ailəyə. Çünki cəmiyyətin sosial yaşayışı və dəyərləri mütləq mənada ailəyə təsir edir. 

Eyni zamanda ailə şəfqətin qaynağı olan yerdir. Belə ki, həyat yoldaşı olacaq qadın və kişiyə «halalım» deyilməsi, ona verilən dəyəri ifadə etdiyi kimi, bunun səbəbini birdirməsi baxımından da çox gözəldir. Çünki insanlar bir-birilərinə Allahın adı anılaraq halal olurlar.
Vida xütbəsində «qadının kişiyə bir əmanəti» olduğu bildirilmişdir. Ucalar ucası Rəbbimizin dəyərli bir əmanəti olmaq qadın üçün çox gözəl bir rütbədir. 
Ardı →

Şeytanın bütün səyləri - Allahı unutdurmaq üçündür

Şeytanın bütün səy və çalşması insanı qəflətə salmaq və Allahı unutdurmaqdır. Ona görə də şeytan davamlı olaraq insana vəsvəsə edər. İnsan Allahı xatırlayan zaman isə o məlun, gizlənər və geri çəkilər. Ancaq o zaman ki, insan Allahdan qafil olar, şeytan qayıdar və vəsvəslərinə davam edər.

Şeytanın vəsvəsəsi daimi və mütləqdir. O, insanın fikir və ruhunun ətrafıda fırlanar və ona nüfuz etmək üçün yollar axtarar.

Qurani-Kərim bu məsələni belə bəyan edir: «Beləliklə Şeytan ona vəsvəsə edərək dedi: «Ey Adəm! Sənə əbədilik ağacını (əbədi meyvə verən və ya meyvəsi əbədi həyat bəxş edən ağacı) və köhnəlməz (heç bir hadisə ilə zəifləməyən və dağılmayan) səltənət yolunu göstərim?»”. (»Taha” 120).
Ardı →

İman növbətçisi

Ən böyük dəyər imandır. Torpaq da, sərvət də, mal-mülk də əldən ələ keçə bilər. Bu gün sənin olan sabah başqa birinin olar. Bir gün qazanarsan, bir gün itirərsən. Davamlı bir oyun oynayarsan dünya ilə. Ya da əksinə o səninlə bir oyun oynayar. Verər aldadar, alar aldadar. Domino daşları kimi həyatını ağdan qaraya, qaradan ağa dəyişər.

İman elə deyil. İman ya var, ya yox. Varsa sənindir, yoxdursa heç bir zaman sənin olmayıb. Olmadığı üçün də varlığını özləməmisən, darıxmamısan və itirmək qorxusu ilə yaşamamısan. İmanı itirmək… Bu, mümkünmü?! Təbii ki, mümkündür...

Çünki imanın düşməni var, imanın oğrusu var, imanın qatili var. Elə ona görə də ən böyük növbətçi imanının keşiyində növbə çəkəndir. 
Şeytan Adəmin imanına düşmənlik bəslədi, onu aldadaraq imanını zədələdi...
Şeytan Adəmi dünya ilə aldatdı, imanı dünya qarşılığında satın almaq istədi: Əbədi yaşamaq vədi verərək aldatdı…
Ardı →

İbrahim peyğəmbər haqqında sual

      Müqəddəs Qurani-Kərimin 14-cü surəsində adı çəkilən İbrahim Peyğəmbər Kitabi-Müqəddəsə görə

  1. Kimin oğludur?
  2. Neçə yaşında sünnət olunmuşdur?
  3. Sünnət kim tərəfindən həyata keçirilmişdir?
  4. Neçə yaşında vəfat etmişdir?
  5. Harada dəfn olunmuşdur?
  6. Məhşər günü yeri haradadır?
  7. Məhşər günü vəzifəsi nə olacaq?

Davamı →

Allah`ı haqqı ilə təqdir etmək

  • Quran

Mömin Allah`a Quranda təsvir edilən xüsusiyyətləri ilə inanar. Allah`ın yer üzündə, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq və Allah`ın sənətini, gücünü görərək Rəbbimizi tanıyar, Onun qədrini haqqı ilə təqdir edər.

Quran ayələrində Allah`ın sifətlərinin bir qismi bu şəkildə xəbər verilir:

Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.(Bəqərə surəsi, 255)

 Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah`dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah`ın hər şeyə qadir olduğunu və Allah`ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.(Talaq surəsi, 12) 

Ancaq insanların çoxu Allah`ın bu sifətlərini bilmir, Rəbbimizi lazımi qədər tanımırlar. Cahiliyyə insanlarının Allah inancı öz başlarında çıxardıqları bəzi xurafatlara əsaslanır. Bu səbəbdən də Allah`ın sonsuz gücünü və əzəmətini qavraya bilmirlər. Quranda bu insanlar «Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!» (Həcc surəsi, 74) ayəsi ilə təsvir edilir. 


Ardı →

Namaz qılan insan sosial şəbəkələrə girə bilərmi?


Namaz qılan insanın sosial şəbəkələrə girməsi nə dərəcədə doğrudur?Sosial şəbəkələrə daxil olmaq, bu şəbəkələrdə fəaliyyət göstərmək öz-özlüyündə haram deyil. İstər müsəlmanların bir-biri ilə ünsiyyət qurması, istər informasiya ötürmək və bilik qazanmaq, istərsə də halal maddı gəlir əldə etmək üçün bunun xeyri var. Amma əgər bu fəaliyyət İslam qanunlarını pozmaqla nəticələnərsə, haramdır.


İslam baxımından virtual aləmin qanunları da real həyatdakı kimidir. Məsələn, əgər sosial şəbəkələrdə naməhrəm insanlar müsəlman əxlaqına zidd olan ünsiyyət qurarlarsa, haram şəbəkələr və oyunlar vasitəsilə qazanc əldə edərlərsə, qeybət, söyüş, təhqir kimi xoşagəlməz hərəkətlərə yol verərlərsə, bu cür fəaliyyət günah sayılır və haramdır.
Davamı →