Oruc tutmaq yaşlanmağı gecikdirir
Fiziki və zehni sağlamlığımıza böyük faydaları olan oruc tutmaq, Ramazan ayı müddətində bədənimizin istirahət etməsini və intizama girməsini təmin edir.
Hüceyrə yenilənməsini artırır, xərçəngə tutulma riskini azaldır, yaşlanmağı gecikdirir, hiss və öyrənmə səviyyəmizi maksimuma çıxarır. Türkiyənin «Reem Nevropsixiatriya Mərkəzi»ndən mütəxəssis Dr. Mehmet Yavuz ramazan ayında oruc tutmanın faydalarını və təhlükəli olduğu vəziyyətlərini izah edib.
Ramazan ayında oruc tutmaq fiziki və zehni sağlamlığımıza faydalıdır. Bədənimizi və iradəmizi intizama salan orucluq ayı, aclıq sərhədində olan insanları anlamağı və gün içində xoş hərəkət etməyi öyrədərkən, zehinimizin də daha praktik işləməsinə fürsət verir. Həzmə vaxt aparmayan bədənimiz, öyrənmə, qəbul etmə və yaddaş qabiliyyətinə yönəlir.
Mütəxəssislər xüsusilə reklam dünyasının insanları şüursuzca istehlaka istiqamətləndirdiyini və buna görə tədbir alınmadığı təqdirdə 2050-ci ildə böyük əksəriyyətin piylənmə ilə qarşı-qarşıya qalacağını bildiriblər. Oruc tutmağın həm fərdi həm də ictimai sağlamlıq üçün tapılmaz bir fürsət olduğunu söyləyiblər. Oruc tutmağın sağlam insanlar üçün etibarlı olduğunu ifadə edən
Ardı →