Ruzi istəyən tələbəyə Əmirəl-möminin (ə) inayəti

Seyyid Cəfər Məzarəyi nəql edir: “Nəcəf elmi hövzəsinin tələbələrindən biri ruzi cəhətdən çox çətinlik çəkirdi. Ruzi problemi o qədər ona ruhi təsir qoyur ki, İmam Əlinin (ə) müqəddəs hərəminə gələrək, zərihin kənarında ruzi çətinliyinin aradan qalxması üçün dua edir. Gecə yuxuda İmamı (ə) görür. Həzrət (ə) ona buyurur: “Əgər Nəcəfdə mənim yaxınlarımdan olmaq istəyirsənsə, burada elə həmin çörək və qatıqla yaşayacaqsan. Ancaq əgər diqqətə layiq maddi həyat istəyirsənsə, gərək Hindistanda Heydərabad şəhərindəki filankəsə müraciət edəsən. Ev sahibi qapını açan zaman ona de: “Səmaya gedin, günəşin işini görsün”.
Davamı →

Qəlblərimiz nə haldadır

 Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar”.(ər-Rad, 28)
Aləmlərin Rəbbi olan Allaha şükürlər, Onun Rəsulu Hz. Muhammədə salətu-salam olsun.
İnsan, haqqı olan qurtuluş istəklərinə biganə münasibəti ilə əbədi səadət sərmayəsini dünyanın  qəflət dəyirmanında üyüdərək heçə çıxartma təhlükəsi ilə qarşı-qarşıyadır. Bəs insan övladı onu gözləyən bu fəlakətin fərqindədirmi? İlahi muradın kainatı idarə edən rəhmət əsintilərinə qarşı etinasız olan, qəlbi əbədi həqiqətlərə qarşı buz bağlayan insan övladı, təbiidir ki, bu durumda çox acizdir.
Davamı →

Qibtənin, həsədin və həsrətin fərqi nədədir?

Qibtə, həsəd və həsrət insana aid olan sifətlərdir ki, onların bəzi günah hesab olunur? Bəs hansı?
Qibtənin lüğətdəki mənası sevinmək deməkdir. O zaman ki, insan özündən üstün sifətlərə malik olan birini görər, səy göstərər ki, onun kimi olsun. Bu amil onun kamala doğru hərəkət etməsinə təkan verər.

Ancaq həmin şəxsi məhv etmək heç bir zaman onun niyyətində olmaz. Qibtə fəzilət sifətlərindən hesab olunur və möminlərə xas sifətlərdəndir.

Möminlər bir-birinə qibtə apararlar, ancaq həsəd etməzlər.
Bəs həsəd nədir? Həsədin lüğətdəki mənası özünü xar görməkdir. Ona görə çalışar ki, nemətə sahib olan başqa biri həmin nemətdən məhrum olsun və o da özünü xar hesab etsin.
Davamı →

İslam dini haqqında

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.
Allah Təala buyurmuşdur: «Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır.» (Ali-İmran,19) «Bir din kimi sizin üçün İslamı bəyənib seçdim.» (Əl-Maidə,3)
«Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (Əz-Zümər,54)
Davamı →

Kəşv edilməyi gözləyən xəzinələr ( III hissə)

Uşaq təhsilində örnək davranışlar sözlərdən daha təsirli ola bilər. İbni Sina buyurur ki: «Uşaq təhsilində təşviq, təhdiddən daha yaxşı nəticə verər». Uşaqda yetkinlik əlamətləri görüldüyü zaman, onu gözəl şəkildə güdmək lazımdır. Yetkinlik əlamətlərinin başlanğıcı, həya başlanğıclarının meydana çıxmasıdır. Çünki uşaq, çəkindiyi və utandığı zaman, bir qism hərəkətləri tərk etdiyi an, ağılın nuru onun üzərində doğulmuşdur ki, bir qisim şeyləri çirkin görür və bir qisminə də müxalif çıxır. Uşaq elə bir hala gəlir ki, bir sıra şeylərdən utanmaqdadır. Bu isə, Allahu Təalanın uşağa vermiş olduğu bir hədiyyəsidir. Bu vəziyyət, uşağın əxlaqının normala döndüyünü, ürəyinin səfinə qovuşduğunu göstərər və bu vəziyyət uşağın həddi-büluğ çağında ağılının kamala çatacağını da müjdələr.
Ardı →