Dietik ispanaq salatı
— 1/2 kq ispanaq yarpağı
— 3-4 dənə təzə soğan
— 1 dənə quru soğan
— Cəfəri
— Şüyüd
— 1 ədəd qaynadılmış və didilmiş toyuq filesi
— 2-3 şorba qaşığı zeytun yağı
— Duz, qırmızı istiot
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Tərkibi:
200 qram təzə ispanaq
1/3 stəkan ovulmuş duzlu ağ pendir
1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi
1 ədəd qabığı soyulmuş və kub şəklində doğranmış alma
1/3 stəkan ağ kişmiş
1 ədəd kub şəklində doğranmış orta boy pomidor (mən bəzən bu salata pomidor qoymuram)
2 xörək qaşığı zeytun yağı
yarım limonun suyu
1 xörək qaşığı balzamik sirkə (zövqə görə alma sirkəsi ilə əvəz oluna bilər)
zövqə görə duz (pendir çox duzludursa, əlavə duz vurmayın)
zovqə görə istiot
Hazırlanması:
İspanağı yaxşıca yuyun və qurulayın. Yarpaqlarını iri doğrayın. Yarpaqlar çox iri deyilsə, onları doğramamaq da olar. Bütün ərzaqları böyük salat qabına qoyub, qarışdırın. Nuş olsun!
P.S: 4 porsiya üçün nəzərdə tutulub.