4.2. Əzmlə çalışmaq

Sizə müvəffəqiyyətin ən böyük sirrini açıqlayıram: İsrar etmək! Hədəflərinizə doğru irəliləyərkən inamınızı artıracaq bundan daha güclü yol bilmirəm. Polşa milli qəhrəmanı Marşal Yozef Pilsudskinin tərif etdiyi kimi «Məğlub olmaq, ancaq əsla təslim olmamaq… Zəfər budur» ədası ilə fiasko ilə nəticələnən hər həmlənin sonunda yenidən inamla yolunu davam etdirmə, gündüzlərin eşqinə gecələrə sinə gərmə, şərtlər necə olursa, olsun, vəziyyət nə tələb edirsə-etsin, dayanma bilmədən israr etmə...
Konfutsinin bir sözü var: "Ən böyük müvəffəqiyyət yıxılmamaq deyil, yıxıldıqdan sonra yenidən dirçəlməkdir". Baxın insanlara, çoxunun ilk uğursuzluqda vaz keçdiyini görəcəksiniz. «Quru Məmulatlar üzrə Milli Pərakəndə Satış Assosiasiyası”nın (National Retail Dry Goods Association) apardığı bir araşdırmaya görə satıcıların 42%-i ilk, 25%-i ikinci, 15%-i isə üçüncü həmlələrindən sonra vaz keçirlər. Sadəcə geriyə qalan 12%-lik qisim israrla işlərini davam etdirir və bütün satışların 80%-ni həyata keçirirlər.
Ardı →