İsti havalarda bu xəstələr ağırlaşır – Həkim

İsti günlərdə tərlədiyimiz zaman bədən maye, duz və mineral itirir. Temperatur yüksəldikcə, ozon səviyyəsi də yüksəlir. Bu, xüsusilə həssas insanlarda və ya astma kimi ağciyər xəstəliyi olanlarda tənəffüs yollarının qıcıqlanmasına və tənəffüs çətinliyinə səbəb ola bilər.

Həkim Tatyana Zaxarovanın sözlərinə görə, astma xəstələri, yaşlılar və zəif insanlar xüsusilə isti günlərdə vaxtlarının çoxunu qapalı yerlərdə keçirməli, idman və digər gərgin fəaliyyətlərdən qaçmalıdırlar. İşinizi axşam saatlarına saxlayın.

Davamı →

İsti havaların dözülməz mənzərəsi

Yayda paltarları ütüsüz geyinək
Əslində, ilin heç bir fəslində “sevilməyən” bu iş yayda lap dözülməz olur. Yerdən qalxan isti bir yandan, ütü masasından qalxan isti də bir yandan… Bəlkə yayda ütüsüz və ya ütülənməyə ehtiyacı olmayan paltarlar geyinək?
Yağlı yeməklər
Yağlı və kalorili yeməklər nə qədər dadlı olsa da, yayda o qədər də “arzuolunan” deyil. Xüsusən küftə, badımcan-bibər dolması, bozbaş, piti...Bunları yeyəndə adam bilmir alnının tərini silsin, yoxsa yeməyi yesin. Yemək arası içilən su yağlı yeməklə birləşəndə yaranan ağırlığı isə heç yada salmaq istəməzdim.
Davamı →