Mətbəx bıçağı |13 qayda

Mətbəxdə istifadə olunan bıçaqların istifadəçiyə zərərini minimuma endirmək üçün nə etmək lazımdır? Hazırladığınız müxtəlif qidaların necə və hansı bıçaqla kəsiləcəyini bilsəniz, onda əllərinizdə daha az kəsik olar.

Məşhur “Riders Daycest” jurnalında çap olunan məqaləyə görə, məqsədinə uyğun olaraq istifadə edilən bıçaqlar yaralanmaları azaldır. Məsələn, ət kəsmək üçün istifadə edilən bıçaqla meyvə-tərəvəz doğramamaq lazımdır. Mətbəx bıçaqları haqqında bu və bunun kimi bir çox nüansları bilməlisiniz.

1. Doğrama taxtası
Hər şeydən öncə üzərində iş görəcəyiniz doğrama taxtası çox vacibdir. Onun hazırlandığı material önəmlidir. Uyğun doğrama taxtası istifadə etmək və bıçaqları yumaq əsasdır. Əsasən taxta, bambu və plastik doğrama taxtaları məsləhət görülür. Şüşə, metal, keramika və daşdan hazırlanmış doğrama taxtaları isə bıçaqlarınıza zərər verir. 

2. İti bıçaqlar
İnsanlar çox vaxt elə bilirlər ki, bıçaqla iş görərkən yaralanmaların əsas səbəbkarı iti bıçaqlardır. Bu, yanlış düşüncədir. İti bıçaqlardan qorxmayın. Çünki iti bıçaqla hər hansı bir şeyi kəsərkən istifadə olunan güc, xərclədiyiniz enerji minimum olur. Ancaq iti olmayan küt bıçaqlarla işləyəndə daha çox enerji sərfinə daha çox yaralanmağınıza səbəb olur. Kəsəcəyiniz parçaya uyğun bıçaqdan istifadə edin.


Ardı →

Göz qələmindən istifadə qaydaları

Gözə dərin məna qatan göz qələmləri haqqında bilmək istədiyiniz sualların cavablarını yazıdan öyrənə bilərsiniz.

1. Qaşların daha qalın görünməsi üçün göz qələmini qaş qələmi kimi istifadə edin.
2. Tünd rəngli göz kölgələriniz bitibsə, qara, qəhvəyi və ya boz qələmləriniz ilə göz qapağını pambığın köməyi ilə dağıdın.
3. Keçici döymə etdirmək üçün göz qələmindən istifadə edə bilərsiniz. Etməli olduğunuz tək iş qələmlə istədiyiniz formanı çəkməkdir.
4. Pişik gözlərə sahib olmaq üçün, göz qələmini gözün bitiş hissindən uzatmaq lazımdır.
5. Yaponlar kimi qıyıq gözlərə sahib olmaq üçün göz qələmini alt və üst kirpiklərin ortasından başlayıb gözün bitən hissəsinə qədər çəkin.
Ardı →

Təkərlərin istifadə müddəti

təkərQış mövsumu ilə əlaqədar avtomobil istifadəçiləri təkərlərin vəziyyətini nəzarətdə saxlamalıdırlar.
Yeni təkərlərin bahalılığı və Almaniya istehsalı olan ikinci əl təkərlərin münasib qiymətə satılması avtomobil sahiblərinin bunlardan istifadə etməsinə şərait formalaşdırır. Ancaq istənilən halda təkərlərin istismar müddətinin keçməməsinə diqqət etmək lazımdır. Bəs bunu necə bilmək olar ?

Mütəxəssislər avtomobil təkərlərini istehsal tarixindən 5 il sonra istifadə olunmamasını tövsiyə edirlər. Elastikliyini itirmiş təkərlərdə, xüsusilə isti havalarda çatlama olur. Bu da təkərin partlama riskini artırır.Təkərin istehsal tarixini müəyyənləşdirməyin sadə bir yolu var. Onun üzərində 4 rəqəmli damğa olur. Bu damğada ilk iki rəqəm təkərin istehsal olunduğu həftəni, son iki rəqəm isə istehsal ilini göstərir. Tutaq ki, təkərin üzərində 4002 damğası var. Deməli, təkər 2002-ci ilin 40-cı həftəsində istehsal olunub.

 


Davamı →