Heyvanlara münasibət

Dərin düşünən, mənəviyyatı zəngin insan Allahın yaratdığı hər canlıya sevgi və şəfqət hissi ilə yaxınlaşmalıdır. Gördüyü hər canlını Allahın yaratdığı və onun qarşısına çıxardığı bir möcüzə kimi qəbul etməlidir. Düşünməlidir ki, gördüyü varlıqlar ana təbiətin deyil, müqəddəs Yaradıcının əsərləridir və bu əsərləri təbiətin qanunları ilə deyil, müqəddəs Yaradıcının qanunları ilə qiymətləndirməlidir.

Ötən aylarda müxtəlif Tv kanallarda və sosial internet şəbəkələrində heyvana edilən vəhşilik nümunəsi ilə bağlı yayımlanan xəbərlər göstərdi ki, həqiqətən də cəmiyyətimiz mənəvi baxımdan tam inkişaf etməyib. Hər kəsə aid olmasa da, əksəriyyətin düşüncə sistemində natarazlıq vardır.


Davamı →

Heyvanlara münasibət

Dərin düşünən, mənəviyyatı zəngin insan Allahın yaratdığı hər canlıya sevgi və şəfqət hissi ilə yaxınlaşmalıdır. Gördüyü hər canlını Allahın yaratdığı və onun qarşısına çıxardığı bir möcüzə kimi qəbul etməlidir. Düşünməlidir ki, gördüyü varlıqlar ana təbiətin deyil, müqəddəs Yaradıcının əsərləridir və bu əsərləri təbiətin qanunları ilə deyil, müqəddəs Yaradıcının qanunları ilə qiymətləndirməlidir.

Davamı →

İtlər niyə sahibini yalayır?

Adətən itlər sizi, digər itləri, özlərini, əşyaları, ağlınıza gələn hər şeyi yalayırlar. Mütəxəssislərin fikrincə, bunun müəyyən səbəbləri var.

İtlər niyə üzünüzü yalayır?
İtlər nəyisə yaladıqda endorfin istehsal edirlər. Bu da onlara xoşbəxtlik və rahatlıq verir. İnsanların stresslərini azaltmaq üçün fiziki məşqlərə bənzəyir. Bu hərəkətin daha məntiqli səbəbi isə üzünüzdəki bir çörək qırıntısı və ya yemək qoxusu ola bilər.

İtlər niyə ayaqlarınızı yalayır?
Hamamdan çıxdıqda ayaqlarınızı yalayırsa, bunun səbəbi onların islaq olması ola bilər. Başqa bir səbəbi isə dərinizdəki duzdur. Xüsusən tərli olduğunuz zaman daha çox yalamaq istəyirlər. Ayağınızın qoxusunun itinizə cazibədar gəlməsi isə sizin qoxunuz olmasından qaynaqlanır.
Davamı →

Evdə it saxlamaq faydalıdır

Aparılan elmi araşdırmalar zamanı it sahibi olmağın insan psixologiyası və sağlamlığına müsbət cəhətdən təsir göstərdiyi təsbit edilib.

Xərçəngi təsbit edir
İtlərin qoxu alma duyğuları olduqca yaxşı inkişaf edib. Buna görə əgər bədəninizin hansısa qismində şiş əmələ gəlibsə, it bunu daha tez və yaxşı duyacaq. Şişi təsbit edən it tez-tez sizi qoxulayar və hətta həmin hissəni dişləyə də bilər.

Davamı →

İt, yoxsa pişik?

Pişik saxlamaq istəyənlərlə it həvəskarları arasında hər zaman gizli mübarizə gedir sanki. Hərə öz seçimində haqlı olmağa çalışır. Lakin elm adamları heyvansevərlərə müjdə olan araşdırmanın nəticəsini təqdim edib. 600 universitet şagirdinin iştirak etdiyi araşdırmada it və pişik sevərlərin fərqli və ortaq xüsusiyyətləri ortaya qoyulub. 

Davamı →

İti insandan üstün edən 13 fərq

Heyvanlar arasında it insana ən sadiq canlıdır. Üstəlik, insanlardan fərqli və üstün xüsusiyyətlərə malikdir.

1. İnsan ona edilən pisliyi unutmur və intiqam alır. İt də unutmur, amma nə intiqam planları cızır, nə də intiqam alır.

2. İnsan həmişə daha çoxunu istəyir. İt bir parça sümük, yatacaq yer və bir az şəfqətlə kifayətlənir.

3. İt durduğu yerdə heç kimi öldürməz, yalnız özünü qorumaq və aclıqdan ölməmək, yəni həyatda qalmaq üçün bir cana qıya bilər. İnsan isə səbəbsiz belə, insan öldürə bilər.
Davamı →

İnsanlara şəfa verən beş heyvan

Bioloqlar müəyyən ediblər ki, bəzi heyvanlar həqiqətən də insanları müalicə etməyə qadirdir. Şəfa verən beş heyvan sırasına at, pişik, it, ilan və arı daxildir. Tədqiqatçılar heyvanat aləminin bu nümayəndələrinin hansı sahədə daha bacarıqlı olduğunu aydınlaşdıra biliblər.

Məsələn, atlar dayaq-hərəkət aparatı xəstəliklərini müalicə edir, travma və yaralanmadan sonra bərpa prosesinə yardımçı olur. Atlar alkoqol və narkotik asılılığına qarşı mübarizə aparanlar üçün də ideal seçimdir.
Davamı →

Evdə hazırlanan it və pişik yeməkləri

Soyuq havada sadəcə özümüzü deyil, küçədə qalan heyvanları da düşünməmiz lazımdır. Yayda qablara su doldurub küçələrə qoyurduzsa, indi də qablara yemək doldurb küçələrə qoyun.

Havalar soyumağa başlayanda “nə geyinək?, necə isinək?”, — deyə düşünməyə başlayırıq. Ancaq bayırda bizim köməyimizi gözləyən kiçik dostlarımız da var.

Əgər dükanlarda satılan it, pişik yeməklərinə verəcək pulunuz yoxdursa, evdə hazırlaya biləcəyiniz bu yeməklərlə onların qarnını doydura bilərsiz.

Makaron və ət suyu qarışımı
Duzsuz və yağsız hazırlayacağınız, ət suyunda bişirəcəyiniz makaron. Yarım kiloluq makaron 5-6 pişiyi, 2-3 iti doyuzdura bilər.


Ardı →

İnsanların sadiq dostları

                          Köpək

Xüsusiyyətləri

Başı az çox uzun, üst çənədə üç, alt çənədə dörd kəsici dişi olur. Ön ayaqları beş, arxa ayaqları dörd barmaqlıdır. Dırnaqları pişik kimi çəkilə bilmə xüsusiyyətindən məhrumdur.

Həyatları

Gündüz və gecə fəaldır. Qoxu hiss etmə və eşitmə duyğuları itidir. Görmə mexanizmi, sarı və mavi rəngləri daha yaxşı qəbul edə bilən quruluşdadır. Ağıllı olduğundan asanca tərbiyə edilə bilər. Sahibinə bağlılığı ilə tanınır. Barmaqları üstündə qaçır və yaxşı üzür. Saatda 50 km sürətlə yol qət edə bilir.
Erkək itlər arxa ayaqlarından birini qaldıraraq sidik buraxarlar. Ağac kökü, qaya kimi yerlərə qoxulu olan sidiklərini edərək, bölgələrinin sərhədlərini cizirlər. Daha sonra, arxa ayaqlarıyla öküz kimi təpinərək, sidik və nəcis buraxdığı yerə ayaqlarındakı bezdə olan hormonları buraxar. Bu hormonlar itin cinsiyyəti, yaşı, statusu və artıma vəziyyəti kimi mövzularda, digər itləri məlumatlandırmaq üçündür. Hər it qonşu itlərin qoxulu işarələrini tanıyar və bölgələrinə girməkdən çəkinər. İtlərin qoxu yaddaşı son dərəcə inkişaf etmişdir və yeni bir qoxunu aldıqdan dərhal sonra, burnunu yalayaraq bu qoxunu yaddaşına həkk edir.


Ardı →

Arxalı köpəklər,dəcəl küçüklər

İt ili itləri millət tanıdı,
bu itlər bir ucdan artar, küçüklər.
Daha günümüzün qəhrəmanıdı
arxalı köpəklər, dəcəl küçüklər.

Dolub dəbdəbəli imarətlərə,
gəzişir parklarda, gur meydanlarda.
Keçir hər qapıdan, girir yüz yerə,
əcəb bəxt var imiş bu heyvanlarda.
Ardı →