Qaliley Qalileo

Qalileo QalileyBinoklu götürüb Aya baxaq. Orada nə görürük? Ay sanki yaxınlaşıb. Özü də əvvəlki kimi hamar görünmür. Onun səthində sanki pərgarla çəkilmiş çevrələri görürsənmi? Bunlar Aydakı dağlardır.

Bilirsən, Ayı ilk dəfə bu cür kim müşahidə edib? Böyük italyan alimi, fizik və astronom Qalileo Qaliley. O, çox qeyri-adi insan idi. İlk baxışda əhəmiyyətsiz görünən hadisələrdən mühüm nəticələr çıxarırdı. 

O vaxtlar insanlar hələ də Yer kürəsinin Kainatın mərkəzi olması, Günəşin, planet və ulduzların onun ətrafında fırlanması barədə kilsə təliminə inanırdılar. Kilsə başqa cür düşünənlərə amansız divan tuturdu. Cordano Bruno buna görə 1600-cü ildə tonqalda yandırıldı.

Qalileo Qaliley 1564-cü il fevralın 15-də Piza şəhərində yoxsul zadəgan ailəsində anadan olub. O, uşaqlıqdan ağıllı, fərasətli və diqqətli idi. Qaliley atasının məsləhəti ilə Piza Universitetinin tibb fakültəsinə daxil olur. Lakin təbabətə maraq göstərmədiyindən universiteti buraxır, riyaziyyat və mexanikanı öyrənməyə başlayır.
Davamı →