Hürməyən it cinsi - Basenci

Basenci it cinsi digər itlərdən fərqli olaraq hürməyi bacarmır. Lakin onlar tamamilə səssiz də deyillər. Bəzən narahat olduqları zaman özünəməxsus xüsusi səslər çıxarırlar.

Basenci itinin özünəməxsus bir sıra digər xüsusiyyətləri də var. Onun yuxarıya doğru qıvrılmış quyruğu, qırışlı alnı, iri və enli qulaqları, uzun əzəmətli boynu, əzələli bədən quruluşu və ağ zolaqlarla qarışıq qızılı dərisi var.

Cins iti olan Basenci bir neçə minillikdir ki, mövcuddur. Vətəni Cənubi Afrikadır. Basenci itlərinin ilk izləri altı min ildən çox olan Misir türbələrində, divar şəkillərində və digər əşyaların üzərində tapılıb.

Hətta Misir fironu Tutanxamonun məzarı qazıldığı zaman, incə parçaya bükülmüş, xaltası dəyərli daş-qaşlarla bəzədilmiş Basenci iti aşkar edilmişdir.
Davamı →

İtlər niyə sahibini yalayır?

Adətən itlər sizi, digər itləri, özlərini, əşyaları, ağlınıza gələn hər şeyi yalayırlar. Mütəxəssislərin fikrincə, bunun müəyyən səbəbləri var.

İtlər niyə üzünüzü yalayır?
İtlər nəyisə yaladıqda endorfin istehsal edirlər. Bu da onlara xoşbəxtlik və rahatlıq verir. İnsanların stresslərini azaltmaq üçün fiziki məşqlərə bənzəyir. Bu hərəkətin daha məntiqli səbəbi isə üzünüzdəki bir çörək qırıntısı və ya yemək qoxusu ola bilər.

İtlər niyə ayaqlarınızı yalayır?
Hamamdan çıxdıqda ayaqlarınızı yalayırsa, bunun səbəbi onların islaq olması ola bilər. Başqa bir səbəbi isə dərinizdəki duzdur. Xüsusən tərli olduğunuz zaman daha çox yalamaq istəyirlər. Ayağınızın qoxusunun itinizə cazibədar gəlməsi isə sizin qoxunuz olmasından qaynaqlanır.
Davamı →

İtlər haqda maraqlı faktlar

Siz ola bilsin düşünürsünüz ki, itinizlə bağlı hər şeyi bilirsiniz, lakin əmin ola bilərsiniz ki, hələ bilmədiyiniz çoxlu faktlar var. Aşağıdakı faktları çox güman ki, əvvəllər eşitməmisiniz.

1. Əslində itin quyruğunu bulaması heç də həmişə onun yaxşı əhvalda olması demək deyil. Faktiki olaraq bu tam tərsi də ola bilər. Bu onun kiməsə hücum edəcəyi mənasını da verə bilər.

2. Əgər siz İranda yaşayırsınızsa, qanun sizə iti ev heyvanı kimi saxlamağa icazə verməyəcək. Ov iti və ya gözətçi it saxlamaq isə sərbəstdir.
Ardı →