İtlər haqqında maraqlı 15 məlumat

Heyvanlar haqqında maraqlı məlumatlar silsiləsində budəfəki mövzumuz ən vəfalı heyvan dostlarımız olan itlərdir. Gəlin 4 ayaqlı dostlarımız — itlər haqqında maraqlı məlumatlarla tanış olaq.

  1. İtlər yalnız pəncələrindən tərləyirlər.

  2. İtlərin iybilmə qabiliyyəti biz insanlardan100.000 dəfə güclüdür.

  3. Əslində itlərin 3 göz qapağı vardır.  Bir çoxları bunun fərqinə varmasa da, diqqətlə gözlərinə baxsaz, 3 göz qapağının olduğunu görə bilərsiniz.

  4. İtlərin burunları insan barmaq izləri kimi unikaldır. Yəni ki, hər itin burun izi fərqlidir və bənzərsizdir.

  5. İtinizlə danışmaq və onu sığallamaq qan təzyiqinizi aşağı salacaq.

  6. İtlər 2 yaşlı bir uşağın zəkasına sahibdirlər. Belə ki, onlar  150-dən çox sözü başa düşə və  5-ə qədər saya bilirlər.


Davamı →

İtlər niyə sahibini yalayır?

Adətən itlər sizi, digər itləri, özlərini, əşyaları, ağlınıza gələn hər şeyi yalayırlar. Mütəxəssislərin fikrincə, bunun müəyyən səbəbləri var.

İtlər niyə üzünüzü yalayır?
İtlər nəyisə yaladıqda endorfin istehsal edirlər. Bu da onlara xoşbəxtlik və rahatlıq verir. İnsanların stresslərini azaltmaq üçün fiziki məşqlərə bənzəyir. Bu hərəkətin daha məntiqli səbəbi isə üzünüzdəki bir çörək qırıntısı və ya yemək qoxusu ola bilər.

İtlər niyə ayaqlarınızı yalayır?
Hamamdan çıxdıqda ayaqlarınızı yalayırsa, bunun səbəbi onların islaq olması ola bilər. Başqa bir səbəbi isə dərinizdəki duzdur. Xüsusən tərli olduğunuz zaman daha çox yalamaq istəyirlər. Ayağınızın qoxusunun itinizə cazibədar gəlməsi isə sizin qoxunuz olmasından qaynaqlanır.
Davamı →