Linkoln Mişel – Yazılarınızı məşhur jurnallara necə göndərməlisiniz?

Hamımız yaxşı bilirik ki, yazmaq təklikdə baş tutan işdir. Kompüter və ya notepadla bir otağa girir, qapını kilidləyir, sonra isə saçınızı yola-yola tənbəllik içində dörd saat keçirirsiniz. Çox keçmədən ayağa durur, içməyə nəsə götürüb təzədən oturursuz. Dalbadal beş fincan qəhvə içməyinizin, ya da klaviaturanın qabağında yazmağı düşündüyünüz hissələrin qaralamasını zibil qabına tolazlayaraq vaxt keçirməyinizin elə də önəmi yoxdur, əvvəl-axır yazılarınızı dünyaya təqdim etməli olacaqsınız. Bu, başlanğıc mərhələsindəki xeyli yazar üçün ədəbiyyat jurnallarına göndəriləcək hekayələr, esselər ya da şeirlər deməkdir. Bələdçi xarakterli bu yazı sizdə ədəbiyyat jurnallarının necə işləməsiylə bağlı ümumi bir mənzərə yaratmaq və yazılarınızın qəbul edilməsinə yardımçı olmaq məqsədi daşıyır.

Davamı →

Test, Braziliya, Jurnal | Kəlməbaz

Test

KəlməbazLatın dilində  “testum” adətən gildən hazırlanan odadavamlı qaba deyilirdi. Qədim zamanlarda qızıl və gümüş indiki kimi qiymətli daşlar hesab olunurdular və onların xalisliyini yoxlamaq insanlar üçün çox vacib idi. Ticarət zamanı sikkələrin xalis daşlardan düzəldildiyini yoxlamaq üçün onlardan bir nümunəni “testum” adlanan qablarda əridir və ayrılan məhlulları ölçürdülər. Sonradan bu kəlmə “test” şəklini aldı və bütün növ qiymətləndirmələrə şamil olundu.

Braziliya

Portuqaliyalı  səyyah Pedru Kabral XVI əsrdə Braziliyanı kəşf edərkən oranı Həqiqi Xaç Torpağı (portuqalca Terra da Vera Cruz) adlandırmışdı. Sonradan bu ərazilər Müqəddəs Xaç Torpağı (port. Terra da Santa Cruz) kimi tanındı.


Ardı →

Film Fiction #7 / Azərbaycanda ilk elektron film jurnalı



Azərbaycanda yeganə film jurnalı olan «Film Fiction»ın 7-ci sayı artıq hazırdı. Bu sayı digər saylar kimi pulsuz olaraq yükləyə bilərsiniz.
Bu sayda sizə təqdim etdiklərimiz:

Səhifə 4 / Rejissor: Steven Spielberg

Səhifə 9 / Aktyor: Bred Pitt

Səhifə 14 / Aktrisa: Cate Blanchett

Səhifə 16 / TOP 30

Səhifə 24 / Maraqlı faktlar

Səhifə 25 / Paramount Studios

Səhifə 27 / Wim Wenders`lə müsahibə

Səhifə 31 / Sitatlar

Səhifə 35 / Unudulmayanlar

Səhifə 37 / Şahmar Ələkbərov

Səhifə 40 / Rasim Cəfərovla müsahibə

Səhifə 43 / Charlie Kaufman

Səhifə 46 / Oscar

Səhifə 51 / Təqvim

Səhifə 53/ Ulubatlı Hasan:1453

Səhifə 56 / Film: Thank you for smoking

Səhifə 57 / Film: 2046

Səhifə 58 / Film: A Separation

Səhifə 59 / Film: Masculin Feminin

Səhifə 61 / Afişa

Jurnalı yüklə
Davamı →

Film Fiction #5 / Azərbaycanda ilk elektron film jurnalı

“Film Fiction”


5-ci – yanvar sayı


Yanvar sayı digər saylardan daha da geniş olması ilə seçiləcək. Yeniliklər olacaq. Jurnalın yanvar buraxılışı iki böyük aktyorumuza həsr olunur. Hər ikisi Azərbaycan filmində özünəməxsus iz qoyub. Yanvarda doğulublar və biz bu iki böyük aktyor arasında seçim edə bilməzdik. Ona görə qaydalardan bir az kənara çıxıb bu sayı hər iki aktyorumuzun — Eldəniz Zeynalov və Səməndər Rzayevin əziz xatirəsinə həsr edirik.

Jurnalı
Yüklə


Davamı →

Film Fiction №3 (Online) / Azərbaycanda ilk elektron film jurnalı

Film Fiction jurnalının 3-cü Noyabr sayının online versiyasını sizə təqdim edirəm.
Jurnalın 3-cü sayında sizə təqdim etdiklərimiz:

Rejissor Pier Paolo Pasolini

Aktyor Al Pacino
Aktrisa Nicole Kidman
TOP 30 (Görüntüsü gözəl olan ən yaxşı 30 film.)
Maraqlı faktlar
Sitatlar
Aktyor Kemal Sunal
Ələkbər Əminin nağılı (aktyor)
Neoralism (cərəyan)
Errare Humanum est (Film kadrlarındakı səhvlər)
İkinciliyin iki ulduzu (köşə)
Andrey Tarkovskinin müsahibəsi.
Antalya Altın Portakal Film Festivalı
Bu ay doğulanlar
Film: Melancholia
Film: The Sea İnside
Film: Freedom Writers
Film: Eternal Sunshine of The Spottles Mind
Film: Təhminə
Film: Yaşamın Kıyısında
Afişa
«Expand»ə klikləyin və bütöv ekranda oxuyun.












Jurnalın 3-cü sayını yükləmək üçün daxil olun.
Facebook səhifəsinə üzv olmaq üçün daxil olun.
Davamı →

Film Fiction №1 (Online) / Azərbaycanda ilk elektron film jurnalı

Bundan əvvəl jurnalın 1-ci sayının özünün yüklənmə linkini təqdim etmişdim. Lakin bu dəfə jurnalı online şəkildə sizə təqdim edəcəyəm. Bununla da daha da effektli şəkildə jurnalı oxuya biləcəksiniz.

«Film Fiction» jurnalının ilk sayında təqdim etdiklərimiz:


Lars Fon Trier (rejissor)


Biutiful (film)


Samir Kərimoğlu ilə müsahibə


Oskar bəxtsizləri


Şərikli Çörək (film)


“Yusuf” trilogiyası (film)


Maraqlı faktlar


Naomi Watts (aktrisa)


Javier Bardem (aktyor)


Kino afişa
«Expand»ə klikləyin və bütöv ekranda oxuyun.













Film Fiction №1 -yüklə


Davamı →

Film Fiction #3 / Azərbaycanda ilk elektron film jurnalı



Hörmətli oxucular, bu da gözlədiyiniz jurnalın sayca 3-cü, Noyabr buraxılışı. Bu sayın ərsəyə gəlməsində çalışmalar bir aya yaxın idi sürürdü və nəhayət bu gün tam hazır etdik və yubandırmadan öhdənizə buraxırıq. Bu say digərlərinə nisbətən bir qədər də təkminləşmiş formatda hazırlanıb. Sizi yormamaq üçün bütün rubrikalarla çalışmışıq ki, zövqünüzü oxşaya bilək. Yeni “Bu ay doğulanlar”, “Montaj” adlı rubrikalar əlavə olundu. Elektron ünvanımıza gələn məktub müəlliflərinə, informasiya dəstəkçilərimizə və ümumiyyətlə dəstək olan, jurnalı oxuyan hər bir kəsə təşəkkür edirik. Bir daha qeyd etmək istəyirik ki, sizin yazılar da jurnalda yayımlana bilər. Sadəcə bizimlə əlaqə saxlamağınız kifayətdi. Artıq ikinci saydan bilirsiniz ki hər say bir kino adamına həsr olunur. Bu sayımızı böyük aktyor, türk kinomatoqrafiyasında öz dəstxəti ilə iz qoyan, milyonların sevimlisi Kamal Sunala həsr olunur.
Yükləmək üçün daxil olun!


Davamı →

Film Fiction #2 / Azərbaycanda ilk elektron film jurnalı




Ilk sayı sizə təqdim etmişdik. İndi ikinci- Oktyabr sayını da təqdim edirik.Ötən saydan fərqli olaraq bu dəfə jurnal daha həcmlidi. Daha çox və fərqli film məlumatları ilə zəngindi. Bu saydan başlayaraq “Müəllif filmləri” rubrikasına və kinoman, kinoşünasların köşə yazılarında da yer veriləcək. Və ən nahəyət bu saydan etibarən jurnalımız hər sayı bir kino fədaisinə həsr olunacaq. Bu say Azərbaycan kinosunun və çəkinmədən deyərdik ki, dünya kinosunun gözəl aktyorlarından biri, mərhum Fazil Salayevə həsr olunur!

İkinci sayı yükləmək üçün linkədaxil olun!


Davamı →