Kökəlmək üçün nə edək?

İstər bədən inkişaf etdirmək üçün, istərsə də yalnız normal görünmək üçün kilo almaq istəyirsinizsə edilməsi lazım olanları doğru və sağlam bir şəkildə, təbii yollarla etmək lazımdır. Bu gün çox tez kilo almaq istəyənlər üçün uyğun olacaq bir pəhriz proqramını sizlərlə bölüşəcəyik.
Sürətli kilo almaq və ya sürətli kilo vermək bir çox dietoloqlar tərəfindən tövsiyyə edilməsə də çox ehtiyacınız olduğunu düşünürsünüzsə bu sürətli kilo almaq pəhrizini sınaqdan keçirə bilərsiniz.
Ümumiyyətlə idmançıların və bədən inkişaf etdirmə mütəxəssislərinin ağır məşqlərlə birlikdə istifadə etdiyi bir pəhriz olduğu üçün sizin də idmanla birlikdə bu pəhrizi tətbiqiniz yaxşı bir görünüşə də sahib olmanıza kömək edəcəkdir.
Davamı →

Kökəlmək istəyənlər üçün qidalanma tövsiyələri

Arıqlamaqdan fərqli olaraq, sağlam şəkildə çəki qazanmaq çətin işdir. İdeal çəkinizə çatmaq istəyirsinizsə, əvvəla dietoloq məsləhəti almalısınız.

İşdəki masanızda, çəkmənizdə, çantanızda, maşınınızda, evinizin fərqli yerlərində quru meyvələr olsun. Quru meyvələr yüksək kalorili olmaqla yanaşı lif, vitamin və mineral tərkibli olaraq da olduqca zəngindir. Quru meyvələri ara saatlarda yeyərək həm sağlam qidalanmış, həm də enerji əldə etmiş olarsınız.

Gün ərzində qəlyanaltı saatlarından birində südlü şirniyyat yeməyi unutmayın. Bu tip şirniyyatlar protein və kalsium yığmanıza kömək edir, eyni zamanda kökəlməniz üçün də yardımçı olacaq. Südlü şirniyyatın üzərinə qoz, fındıq, yerfındığı da əlavə edə bilərsiniz.
Davamı →

Kökəlmənin sağlam yolları

Əziz xanımlar, içimizdə artıq çəkidən qurtulmaq istəyənlər kimi çəkisini artırmaq istəyənlər də var. Sizə sağlam kökəlmənin yollarını təqdim edirik. Artıq çəki bir çoxlarında xroniki xəstəliklərə tutulma riskini artırdığı kimi arıq olmaq da sağlamlıq problemlərindən biridir. Saçların tökülməsi, dərinin quruluğu, halsızlıq, depressiya, qadınlarda menstruasiya problemləri ən çox rast gəlinən şikayətlərdəndir.

Əgər bədəndəki yağ dərəcəsi qadınlarda 9-10 %-dən, kişilərdə 7-8%-dən azdırsa, bu, zəif yağlılıq kimi dəyərləndirilir. Yağ dərəcəsi bu dəyərlərdən daha da aşağıdırsa, əvvəlcə bunun səbəbləri müəyyən edilməlidir. Səbəblər bunlar ola bilər:
Davamı →