Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

Payız mövsümünün gəlişi ilə təzə çəkilmiş şirələrin dövrü başlayır. Alma, yerkökü və çuğundurdan hazırlanmış şirə həm cismə, həm də əqlə faydalı olan saysız-hesabsız keyfiyyətləri sayəsində əsl sehrli içki sayılır. Orqanizmə şəfaverici təsiri və çox asan hazırlanması bu şirəni bütün dünyada populyar edib. Bunun üçün sadəcə bazardan alma, yerkökü və çuğundur alıb, onları şirəçəkən maşından keçirmək lazımdır. Vəssalam.
Davamı →

Balqabaq, kök, zəncəfil qarışımı

Sağlamlıq üçün müxtəlif qarışımlar, çaylar, məcunlar və sairələr həmişə insanlar tərəfinədən hazırlanılıb istifadə olunmaqdadır. Qarışımları hazırlayanda nələrə diqqət olunmalıdır:

1. Ən başlıcası güclü təsirinin olması.
2. Hazırlandıqdan sonra rahat istifadə olunması.
3. Dadının xoşagələn olması.

Bütün bu saydığım xüsusiyyətlər bu qarışımın tərkibində vardır.
Davamı →

Qara kök

  • Flora
Antioksidant olduğu bilinən tərəvəzin, iltihab əleyhinə, quruducu və temperatur salıcı xüsusiyyəti də ortaya çıxdı. Elm adamları, qara kökün, sağlam olmayan qidalanma modelləri nəticəsində ortaya çıxan sağlamlıq problemlərinə qarşı təsirli olduğunu bildirir.

Avstraliyada Kvinslend Universitetində həyata keçirilən araşdırmada, içində olan antosiyanin adlı bənövşəyi piqmentlər sayəsində olduqca təsirli bir antioksidant funksiyası olan qara kökün, bundan əlavə, əhəmiyyətli bir iltihab əleyhinə, temperatur salıcı (anti inflamatuar) xüsusiyyəti olduğunu da müşahidə etdi.

Araşdırmalar, siçanlar üzərində həyata keçirildi, heyvanlara yağ və karbohidratlar baxımından zəngin bir diyeta tətbiq edildi.
Davamı →

Qırmızı kök

  • Flora
Qırmızı kök yüksək təzyiqə qarşı çox faydalıdır.

BBC-də yayımlanan xəbərə görə, Amerika hipertoniya jurnalında dərc olunan araşdlrmada, qımızı kök suyunu içən ya da nitrat tabletlərini qəbul edən insanlarda qan təzyiqinin 24 saat ərzində düşdüyü müşahidə olunub.

Qırmızı kök suyunun qan təzyiqini salmaq üçün təbii üsul olduğunu və nitratın bir çox tərəvəzdə də olduğunu deyən mütəxəssislər, qırmızı kök suyunun və nitrat kapsulalarının qan təzyiqini salmaqda eyni təsirə malik olduğunu bildirib.

Araşdırmada, qırmızı kök yeyildikdə tərkibindəki nitratın nitrit oksid qazına çevrildiyini və bu qazın qan damarlarını açdığını, qan təzyiqini də aşağı saldığı müşahidə edilib.
Dünyadakı insanların 25%-dən çoxunun hipertoniya xəstəsi olduğunu deyən mütəxəssislər, 2025-ci ilə qədər bu rəqəmin 30% artacağını bildirib.
Davamı →

Piy əritməklə arıqlamağın riskləri

Son illərdə plastik əməliyyatlar vasitəsilə bədəndəki artıq piyi azaltmaq Azərbaycanda xeyli dəbə minib. Özü də bu yol əl atanlar arasında təkcə müğənnilər, aktrisalar deyil, imkanı olan sıravi vətəndaşların da sayı çoxalmaqddır. Ona görə də cərrah bıçağının iştirakı olmadan həyata keçirilən piy azaltma metodu barədə bu yazı belələri üçün çox maraqlı olar.


Lipodizolv adlı bu metod zahiri gözəlliyin az qala qanuna çevrildiyi Kaliforniya ştatında xüsusilə geniş işlədilməyə başlayıb. Lipodizolv zamanı iynə ilə bədənin piyli yerlərinə xüsusi maddə vurulur və həmin maddə sadəcə piyi əridir. Lakin BBC müxbiri Devid Uillis deyir ki, prosedurun tənqidçiləri də az deyil.


Ardı →

Bitki kökləri

Bitki orqanizminin hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir. Kök, gövdə, yarpaq, çiçək, toxum və meyvə cicəkli bitkilərin  örqanlarıdır.
Əsas tumurcuq  və yarpaqdan məhrum olan bitki orqanına kök deyilir. Kök ali bitkilərin  vegetativ orqnlarından biridir. Kökün vəzifəsi bitkini torpağa bərkitmək, onu şaquli vəziyyətdə saxlamaq, torpaqdan suyu və suda həll olmuş mineral duzları almaq, həmin maddələri bitkinin digər orqanlarına ötürmək və qidalı maddələri özündə toplamaqdan  ibarətdir.
Ardı →