Körpələrdə gec yerimə

Daim ac qaldığını düşünərək nizamsız qidalandırdığınız körpənizin gec yeriməsinin səbəbi həddindən artıq kök olduğuna görə pozulan orqanizm sistemi olduğunu bilirsinizmi?
Sağlam uşaqlarda yerimə yaşı 12 -18 aylar arasında olur, bəzi körpələr 12-ci aydan da əvvəl yeriyə bilər. Uşağın yerimə yaşı onun zəkası ilə bağlı deyil. Orqanizmə görə uşaqlarda inkişaf fərqli ola bilər. Yaşıdlarından daha əvvəl köməksiz oturan,iməkləyən və ya yapışaraq ayağa qalxan uşaqlar adətən daha tez yeriyirlər. Yerimə gecikmiş isə digər inkişaf mərhələlərinə da baxılmalıdır.


Davamı →

Körpələr niyə ağlayır?

Kiçik yaşlı, hələ danışıb, fikrini çatdıra bilməyən uşaqlar ətrafdakılara fikrini, problemini çatdırmaq üçün təbii olaraq ağlamaqdan istifadə edəcək. 1-2 yaşlı uşaqlar kədərli olanda, darıxanda, tək qalanda, diqqət istəyəndə, acanda, susuyanda, narahat olanda, istidə, soyuqda ağlayırlar. Uşağın qarnı, başı, dişi, qulağı ağrıyanda da şiddətli ağlayır.

1. Uşaq ananın diqqətini istəyir
Uşaqlar özlərini anası ilə taktil kontakt, bədən toxunuşu zamanı təhlükəsizlikdə hiss edir. Südəmər körpə tək qalmaqda qorxur, bu ərəfədə uşağa təhlükəsizlik hissi hava-su kimi lazımdır.
Həm də ananın övladı mimikalar vasitəsilə ünsiyyəti, baxışı, danışması uşağın görmə, eşitmə və nitqinin formalaşması üçün vacibdir. Nə qədər çətin olsa da, uşağı təklikdə ağlamaqla baş-başa qoymayın, 3 yaşından sonra o bu qədər sizə bağlanmayacaq.
Davamı →