Ana südünün xərçəngə qarşı mübarizəsi

  • Qadın
Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, yenidoğulmuş körpələr optimal boy, çəki, inkişaf səviyyəsi və səhhəti üçün ilk altı ay ərzində ana südü ilə qidalanmalıdır. Daha sonra körpələr adekvat qidalandırıcı və təhlükəsiz qidalar qəbul etməli, habelə döşdən qidalanma da iki il və daha uzun müddətə davam etməlidir.

Beləcə, ana südü uşaq üçün ilk qida mənbəyidir və erkən yaşlarında onun inkişafı prosesinə əhəmiyyətli dərəcə təsir göstərir. Döşlə qidalanma və uşaq leykozu arasında mümkün əlaqələrlə bağlı tədqiqat aparılıb.


Davamı →

Uşaqlarda antibiotik istifadəsində bilməli olduqlarınız

Antibiotik hansı hallarda istifadə olunmalıdır?
İnfeksion xəstəliklər ümumiyyətlə ya bakteriya ya da viruslar səbəbindən yaranır. Qrip, soyuqdəymə, suçiçəyi, qulaq dibi kimi xəstəliklər virusların səbəb olduğu xəstəliklərdir. Bu cür xəstəliklərdə antibiotik istifadəsi lazımsızdır. Çünki bu zaman immun sistemi viruslarla mübarizə aparır və sizin yalnız müalicəyə dəstək olaraq bol su içmək, istirahət etmək, lazım olarsa, istilik salıcı və ağrıkəsici dərmanlar qəbul etmək kimi üsullardan istifadə etməyiniz kifayətdir. Uşaqlarda 6 ay- 2 yaş arasında ildə təxminən 5-8 dəfə rast gəlinən yuxarı tənəffüs yolu infeksiyası 80-90% virus mənşəlidir və buna görə də antibiotik istifadəsinə ehtiyac yoxdur. Ancaq bakterial xəstəliklər zamanı antibiotik istifadəsi lazım olur. Orta qulaq infeksiyası, boğazda bakteriyaların səbəb olduğu infeksiyalar, ağciyər iltihabı və idrar yolu infeksiyası kimi hallarda antibiotik istifadə olunmalıdır. Uşaqlarda olan xəstəliyin səbəbinin bakteriyalar olduğu müəyyənləşdikdən sonra mütləq həkim məsləhəti ilə antibiotik qəbuluna başlanılmalıdır.

Davamı →

Uşaqlarda günlük içirilməli su

Altı ayadək uşaqlara su verilməsi tövsiyyə olunmur. 4 aydan böyüklərə yeməkdən sonra su təklif edə bilərsiniz amma əksərən ehtiyacları olmadığı üçün imtina edirlər və bu normal haldır.

Əlavə qidaya başlamış uşaqlara hər 3 saatda bir yeməkdən sonra 20-30 ml (uşağa görə bu rəqəm dəyişə bilər) su verilməlidir. 1-5 yaşlı uşaqlara 2-3 saatda bir 80-100 ml su vermək lazımdır.

Suyu uşaqlara yeməkdən sonra və ya yeməyin sonuna doğru vermək məsləhətdir. Yemək zamanı və ya yeməkdən əvvəl su içmək mədəni doldurduğu üçün yemək miqdarının azalmasına səbəb ola bilər.
Davamı →

Körpənin yatağı necə olmalıdır?

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil.

Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.

Dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır. Əksər valideynlər yeni doğulmuş uşaq üçün ortopedik yatağın vacib olduğunu bilmirlər.
Davamı →

Necə edək ki, uşaq yuxudan özü oyansın?

Körpənizi müstəqilliyinə nə qədər tez öyrətməyə başlasanız, nəticəni bir o qədər tez əldə edəcəksiniz. Yeri gəlmişkən, ailə üzvləri səhər tezdən bir-birilərini oyandırmağa çalışdıqda, uşaq çətin qalxır, valideynlər əsəbiləşir və buna görə mübahisə edirlər. Nəticədə hamının səhər-səhər əhval ruhiyyəsi pozulur.

Əlbəttə ki, səhərlər uşağın otağına 10 dəfə girib, ənənəvi olan “Oyan, artıq bağça/məktəbə getmək vaxtıdır. Nə qədər səni oyatmaq olar?! Oyan artıq!” deməklə oyatmaq olar. Bu yolla 5 yaşlı, 10 yaşlı yeniyetməni, hətta 17 yaşlı gənci də oyatmaq olar. Lakin, düşünün ki, uşaq özü də müstəqil olaraq, səhər yuxudan oyana bilər. Və niyə də bunu ona öyrətməyək?!
Davamı →

Yeni doğulmuş uşaq (çağa)

Ailə üzvləri, ana özünün ilkini səbirsizliklə gözləyir; bu intizarda həm ümid, həm də təşviş vardır.
Uşaq dünyaya gəlir, o sağlamdır. Ailənin sevinci aşıb-daşır! Lakin ana körpəsini görən kimi, çox vaxt məyus olur. O, uşağının belə olacağını təsəvvür etmirdi, o, elə bilirdi ki, uşağı daha qəşəng və iri olacaqdır. O bilmirdi ki, uşağın dərisi qıpqırmızı və qırış-qırış, başı şişmiş və formasız olacaqdır. Həmçinin indi onu təşvişə salan bir çox başqa şeyləri də ağlına gətirmirdi.
Yeni doğulmuş uşaq necə olur?
Yeni doğulmuş uşağın müayinəsi nə göstərir, bu, nəyə dəlalət edir və nə etmək lazımdır? Dünyaya gəldiyi ilk günlərdə yeni doğulmuş uşağın necə olduğunu daha ətraflı nəzərdən keçirək


Davamı →

Südəmər uşağın inkişafı

Yeni doğulmuş uşaqlar anadan olan kimi çəkidə artmırlar. Birinci 3-4 gün onların çəkisi bir qədər azalır. Sonra bir neçə gün çəki gah artır, gah azalır və adətən iki həftəliyində uşaqlar anadan olandakı çəkiyə çatırlar, sonralar isə onların çəkisi müntəzəm artmağa başlayır.

Südəmər uşağın çəkisi müntəzəm artmalıdır.
Südəmər uşağın çəkisi nə qədər artmalıdır? Ayda orta hesabla 0,5 kq. Lakin bu hələ təxmini rəqəmdir. Adətən 2 aylığından 6 aylığa qədər onların çəkisi daha çox artır, 6 aylığından başlayaraq uşaqların çəkisi bir qədər az artır. Məsələn, 5-6 aylığında uşaqların çəkisi anadan olandakı çəkidən təxminən iki dəfə çox olub 6 kq-a qədər olur; 12 aylığında doğulandakı çəki təxminən 3 dəfə artır və 9-10 kq-a qədər olur.
Sonralar uşağın çəkisi ildə orta hesabla 2 kq-a qədər artır. Beləliklə, uşaq bir yaşa qədər daha sürətlə böyüyür. Bir çox analar elə bilirlər ki, uşaq iki yaşına girdikdə çəkidə birinci ildəki kimi sürətlə artacaqdır.


Davamı →