Körpənin birinci yaşına qədər həyatındakı əsas hadisələrdən biri əlavə bərk qidaya başlamasıdır. Bu ərəfədə «körpəyə ana südü çatmır, ana südü azaldı, körpənin əlavə qidaya ehtiyacı var» kimi səhv fikirlər çox geniş yayılmışdır. Buna görə də körpənin çəkisini artırmaq məqsədilə əmizdirmək əvəzinə əlavə qidaya başlanır.
0-1 yaş müddətində ana südü körpənin vitamin, mineral, zülal, yağ, su və s. ehtiyacını qarşılayan tək mənbədir. 4-6 aylarında körpənin çəki artımının yavaşlamasının təbii olduğunu və əlavə qidalara başlamaq üçün səbəb olmadığını bilmək lazımdır.
Bu müddətdə əsas olan körpəyə əlavə qida verilməsi deyil, onun hər istədiyində ana südü ilə qidalandırılmasıdır. Vaxtından əvvəl əlavə qidaya başlamaq, xüsusilə də ana südü əvəzinə verildiyində, körpənin qidalanma keyfiyyətini azaldır. Körpənin yalnız ana südü ilə qidalandırıldığında 6-cı aya qədər su, çay, kompot və meyvə şirə və sularına ehtiyacı yoxdur. Ana südü körpənin maye ehtiyacını qarşılayır. Əlavə qidaya başlayanda körpəyə fincanla su içirtmək tövsiyyə edilir. Meyvə sularını körpəyə vermək lazım deyil, çünki, bunların qida yönündən faydası yoxdur. Körpənin çoxlu miqdarda maye qəbulu onun az çəki almasına səbəb ola bilər.
Ardı →