Körpələrin inkişaf mərhələləri

Körpələrdə yuxu rejimiAnalar körpələrinin doğumundan dərhal sonra onların inkişaflarını böyük bir həyəcanla izləməyə başlayırlar, öz körpələrinin inkişafını  ətraflarındakı digər körpələrinkilə müqayisə edirlər.  Körpənin inkişafının sağlam olduğundan əmin olmaq istəyirlər.  Ancaq bilmək lazımdır ki,  hər körpənin bəzi ümumi normalar  istisna olmaqla öz təbiətinə uyğun bir inkişaf sürəti olur. Həmçinin qeyd edək ki,  inkişaf sürətləri qız və oğlanlar üçün fərqlidir. Ümumiyyətlə körpələrin inkişaf dövrlərini aşağıdakı kimi qruplaşdırmaq olar:


Doğumdan sonrakı ilk aylar:

Yeni doğan bir körpənin inkişafı çox sürətli gedir. Az qala ilk iki həftədən sonra körpənizin üzünüzə maraq ilə baxdığını görərsiniz. 6-cı həftəsində  körpəniz artıq sizi tanımağa və sizə gülümsəməyə başlayacaq. Eyni zamanda artıq körpənizin ağlama səbəblərini başa düşə biləcəksiniz. Məsələn, acmaq ağlaması ilə yuxusunun gəldiyini xəbər verən ağlamanı bir-birindən fərqləndircəksiniz.


Ardı →

Körpələrdə yuxu rejimi sağlamlığın açarıdır

Körpə böyüdən ailələrin yaşadığı ən əhəmiyyətli problemlərdən biri, körpələrinin uzun müddət qaydaya düşməyən gecə yuxularıdır. Dilimizə yerləşən «Körpələr kimi yatmaq» deyiminə qarşı, körpələrin dərin və kəsilməz bir gecə yuxusuna getmələri ana atalar üçün çox vaxt xəyaldan o tərəfə keçmir.
 
 
Uşaq saat 22.00 'də ən dərin yuxusunda olmalıdır! Uşaqların yuxuya olan ehtiyacları və yuxu müddətləri böyümə dövrlərinə görə dəyişər. Yeni doğulan dövr, ən çox yuxuya ehtiyacı olan dövrdür. Yeni doğulan körpənin yuxusu 18-20 saata qədər çata bilər. Böyüdükcə qavrama hissi inkişaf edən uşağın, yuxu müddəti də qısalacaqtır. Böyümə hormonu saat 22.00 ətrafında ən yüksək səviyyələrə çatacaq. Bu səbəblə uşaq hansı yaşda olursa olsun, bu saatlarda dərin yuxuda olmalıdır.Körpələrdə yuxu rejimi sağlam inkişafın açarıdır 
 
Ardı →

Uşaqlar niyə ağlayır?

İlk günlərdən analar uşağın niyə ağladığını başa düşməyə çalışırlar. Bu o qədər də çətin deyil, çünki ana körpəsinin verdiyi siqnalları başa düşmək məharətinə malikdir. Uşaqdan gələn bütün siqnallara reaksiya vermək lazımdır.

Əvvəllər bizi əmin edirdilər ki, uşağın hər dəfə ağlamasına, özünü «pis aparmasına» fikir vermək vacib deyil. Ancaq yeni doğulmuş özünü «pis apara» bilməz və ağlamaq onun üçün xarici mühitlə yeganə təmas vasitəsidir.

Ağlamasına məhəl qoyulmayan uşaq «yaxşı» uşağa çevrilmir, o sadəcə onu başa düşməyəcəkləri və tələbatını ödəməyəcəkləri ilə barışaraq sakitləşir. Lakin problem həll olunmamış qalır. Ağlama körpənin yaşaması və inkişafı üçün əhəmiyyətli əlaqə vasitəsidir. Valideynlər! Körpənizin ağlamasına biganə qalmayın. Ağlamaya verilən reaksiya ana və uşaq arasında yaranan sıx ünsiyyətin ilk pilləsidir.

Beləliklə, uşaq niyə ağlayır?
— əgər o acdırsa — şiddətli ağlamağa keçən qəfləti qışqırıq. Onu əmzik və ya bir neçə qurtum su sakitləşdirmirsə, körpəni yedizdirmək lazımdır. Körpənin sakitliyi onun rejim prinsiplərindən qat-qat üstündür;
Ardı →

Uşaq oyunları

Övladınızla hansı oyunları oynamaq mövzusunda çətinlik çəkirsiniz?   Birlikdə doyunca əylənib, onunla yaxşı vaxt keçirmək, şənləndirmək, güldürmək və özünüzü xoşbəxt etmək üçün çoxlu oyunlar kəşf etməlisiniz. 

2-4 aylıq
2-4 aylıq uşaqla hansı oyunu oynamaq olar ki? Körpələrin altını dəyişdirəndə çox zaman ağlayırlar. Amma siz vəziyyəti öz xeyrinizə dəyişdirib onu güldürə bilərsiniz. İşarə barmağınızla göbək dəliyinin ətrafını dairə şəklində cızın, sonra ona şən bir mahnı oxuyun. Astaca uşağın göbəyinə toxunun və barmağınızı havada fırladıb “yaramazı tutdum” deyin.

5-8 aylıq
Bu oyunu məktəbəqədər uşaqlar çox sevir. Oyunun bəzi qaydalarını dəyişdirib 5-8 aylıq körpə ilə oynaya bilərsiniz. Çox hündür olmayan stola, ya da kresloya oturun. Uşağı dizlərinizin üstünə qoyub kreslonun kənarlarından tutun. Uşaqlara aid olan hər hansı bir mahnı oxuyun, ya da o şəraitə uyğun mahnı sözlərini özünüzdən uydurun. Mahnının nəqarətində ayaqlarınızla körpəni astaca yuxarı qaldırın.
Ardı →

Körpələrin yatızdırılması

Göz kontaktı 
Yatmazdan əvvəl ən son gördüyünüz iş körpəni azdırmaqdır. Gözlərinə uzun müddət baxmaq uşağın oyanmasına səbəb olur. Buna görə də uşağı yatırarkən göz kontaktından uzaqd durmağa çalışın. 

İlıq duş 
İlıq su və yumşaq süngər kimi rahatlatmaz ki? Yuxu saatlarından əvvəl çimizdirilən uşaq daha yaxşı yatır. 

Birlikdə yatmaq 
Aparılan araşdırmalara görə valideyləri ilə birlikdə yatan uşaqlarda özgüvən daha yüksək və daha az narahatlığa rast gəlinib. Birlikdə yatmasanız da, beşiyi yatağa yaxın qoyun. Eyni yataqda kiçik uşaqla birlikdə yatmaq təhlükəli ola bilər. 

Gecə qidalanma 
Əgər körpə gecə acdığı üçün oyanırsa, onu yedirmək yatırmağa kömək edə bilər. Acdığı üçün oyandığını gözləmək yerinə, yatmazdan əvvəl onu yaxşıca yedirin. Bəzi araşdırmalar göstərib ki, gecə yaxşı yeyən uşağın qarnı tox olduğu üçün daha yaxşı yaxşı yatır. 

Rahat yataq 
Yatağın içindəki əlavə hər şeyi çıxarın. Ədyal, oyuncaqlar, hətta yatağın kənarındakı qoruyucu da uşağın boğulmasına səbəb ola bilər. Yataq sərt olmamalıdır. 
Ardı →

Uşaqlar niyə torpaq yeyir?

Anaların çoxu körpənin 6-24 aylığında topaq yeməsi halları ilə rastlaşır. Torpaq yemək uşaqlarda instiktiv haldır. Torpaq rahat əldə ediliyi üçün dəmir əskikliyi olan uşaqlar şüursuz şəkildə torpağa əl atırlar. Bundan başqa uşaqlar çirkli daşları, sementi, yaxud ayaqqabılarının altına yalayırlar. Bu zaman uşaqlar öz əli ilə özünü bir neçə təhlükəli xəstəliyə mübtələ edə bilər. Bu hal adətən parazitlərin yaranmasına gətirib çıxarır.

ABŞ-ın kaliforniya Universitetinin tədqiqatlarına görə uşaqların torpaq yeməsinin əsas səbəbi uşaqlarda qan azlığının olmasıdır. Mütəxəssislər uşaqlarda qan azlığına əsas səbəb kimi dəmir çatışmamazlığını göstərirlər. Dəmir çatışmamazlığına səbəb isə normal qidalanmanın olmamasıdır. Uşaqlarda inkişaf zamanı dəmirə olan təlabat artır və bu təlabatı tərkibində dəmir olan qidalarla ödəmək mümkündür. Qanazlığının digər əlamətləri isə aşağıdakılardır:

  • halsızlıq
  • iştahsızlıq
  • rəngin solması
  • yorğunluq
  • iməkləmə və yeriməkdə gecikmə

Qanazlığının qarşısını almağın əsas yollarından biri körpənin ilk 6 ay ana südü ilə qidalanmasıdır. Müəyyən yaşdan sonra isə uşağa tərkibində dəmir olan ət, süd, yumurta, balıq, əncir və ərik qurusu, fındıq və qoz kimi qida məhsulları vermək lazımdır. Körpənizin torpaq yediyiniz müşahidə etsəniz, həkimə müraciət edin.


Davamı →

Uşağı ana südündən ayırma qaydası

Ümumdünya Səhiyyə təşkilatı uşaqları 2 yaşına qədər əmizdirməyi tövsiyə edir. Bəzi uşaqlar müəyyən yaşda ana südündən imtina edirlər, bəziləri isə hətta 3 yaşında buna hazır olmurlar.

Əgər qadın uşağını ana südündən ayırmağa qərar veribsə (çalışın bu, uşağın 1,5-2 yaşından tez olmasın), çox səbirli olmalıdır (proses müəyyən vaxt tələb edəcək). Lakin uşaq buna görə çox əsəbləşirsə, tərslik edirsə, bu o deməkdir ki, uşaq buna hazır deyil və ana bir qədər gözləməlidir.
Süd azdırsa (adətən, laktasiyanı qurtarana yaxın süd də az miqdarda ifraz olunur), laktasiyanı dayandırmaq üçün sadəcə, əmizdirməni kəsin və gözləyin. Süd çoxalarsa və süd vəzilərində narahatlıq hiss edərsinizsə, bir qədər süd sağın (süd vəzilərində gərginlik azalana qədər). Əgər siz süd vəzinizi tam boşaldarsınızsa, laktasiya daha artacaq.  
Süd vəzilərində narahatlıq hissi yenidən əmələ gələrsə, bu proseduru təkrar edin. Bu yolla süd də tədricən azalacaqdır. 
Əvvəllər laktasiyanı azaltmaq üçün qadınlara süd vəzilərini sıx bağlamaq və mayeni az qəbul etmək məsləhət edirdilər. Lakin indi həkimlər bunların əleyhinədirlər. 
Laktasiyanın azalmasına bəzi xalq təbabəti üsulları kömək edə bilər. Belə ki, sürvə (adaçayı) və nanə dəmləmələri çox yaxşı effekt verir.    
Laktasiyanın dayandırılmasından sonra laktostaz və mastitin təhlükəsi artır. Bu səbəbdən qadın çox diqqətli olmalıdır. Əgər süd vəzilərinizdə bərkimiş ağrılı sahələr, güclü ağrı hiss olunarsa, hərarət qalxarsa, dərhal həkimə müraciət edin. 


Ardı →

Körpə uşağa qulluğun sirləri

Hər bir övladını yaxından tanıyan, problemlərinə bələd olan valideyn qayğı və diqqəti də hərtərəfli verə bilər. Odur ki, gəlin o məqamlarla tanış olaq.

Göbək

uşaq anadan olanda onun göbəyini qısqancla sıxırlar, bir neçə gündən sonra göbək düşür. Bu vaxt göbəyin üzəri quru, qanlı göz bağlamış olur. Yeni doğulmuş uşağın göbəyinə çox fikir vermək lazımdır, göbək quru və təmiz olmalıdır!
Ardı →

Körpələrə masajın faydaları və növləri

Masaj uşağınızla sizin aranızda ən duygusal andır. Körpənizə sevgi və şəfqətlə toxunmağınız onun inkişafına böyük təsir edir. Körpənizi hər gün çimizdirəndən sonra masaj etsəniz o, rahatlayar və yaxşı inkişaf edər.Masajla eyni zamanda hər ikinizin arasında biryaxınlaşma, sevgi hissi yaranar. Çünki toxunaraq və ya danışaraq qurulan əlaqədə uşagınız sevildiyini, istənildiyini, dəyərli olduğunu anlayacaq.  Mütəxəssislərin bioloji araşdırmalarına görə uşağa mehribancasına toxunma və xoş təmas onun yaşama gücünü artırır. Valideynlərindən mərhum olan ,sevgi, nəvaziş görməyən və ya daim incidilən, təhqir edilən uşaqlar isə həyata küskün olurlar.  
Ardı →

İştahsız uşağı yedirməyin 6 asan yolu

Əgər uşağınız iştahsızdırsa, nə yedirəcəyinizi bilmirsinizsə, sizə iştahsız uşağınıza yemək yedirəcək 6 əhəmiyyətli yolu təqdim edirik.
Bir çox valideynlər uşaqlarının iştahsızlığından şikayətlənirlər. Bəs uşağınızın iştahını açmaq, daha çox yeməsini təmin etmək üçün nə etməliyik?

1. Axşam yeməyini erkən saatda yedirin: Bir çox uşaq günortadan sonra məktəbdən evə gəldikdə, təxminən saat 3-ə kimi acır. Bu vaxt uşaqlarınız üçün ən yaxşı yemək saatı ola bilər. Axşam da yüngül yemək yeyə bilər. Əgər uşağınız məktəbdə günorta yeməyində çox yeyibsə bu doğrudur. Ancaq günorta yeməyində qarınını doyurubsa, məktəbdən gələnə kimi heç nə yedirməyin. Axşam yeməyində daha çox acmasını gözləyin.

2. Az-az yedirin: Uşağınıza bir az yediyiniz yeməkdən və bir az da sevdiyi yeməkdən az-az yedirin. Məsələn, toyuq sevirsə bir az toyuq, bir az da tərəvəz yeməyi verin. Tərəvəz yeməyini bitirsə toyuğunu da yeyə biləcəyini söyləyin.
Ardı →