Gül kələmi küküsü

Tərkibi:
750 qram gül kələm
3 yarpaq yaşıl soğan
Yarım dəstə cəfəri
3 ədəd yumurta
4 xörək qaşığı un
1 çay qaşığı duz
Qara istiot
Duz

Sousu üçün:
4 xörək qaşığı qatıq və ya süzmə
1 diş sarımsaq
Təzə nanə.
Davamı →

Qoz küküsü

Ərzaqlar:
Yumurta – 5 ədəd
Baş soğan – 2 ədəd
Qoz ləpəsi – 100 qr.
Ərinmiş kərə yağı – 3 x.q.
Alça turşusu (palçıq alça) – 2 x.q.
Duz, istiot – zövqə görə.

Hazırlanması:
Qoz ətçəkəndən keçirilir. Soğan da ətçəkəndən keçirilir və süzülür ki, acı suyu çıxsın. Qoz, alça turşu, soğan, yumurtalar qarışdırılır, yarıyumşaq kütlə alınır. Zövqə görə duz, istiot qatılır.

Tavada yağ dağ olunur, kütlə ya bütünlükdə tavaya tökülüb bütöv bişirilir, ya da qaşıqla az az qoyulur. Hər iki üzü qızardılır. Süfrəyə verdikdə üzərinə qoz ləpəsi qoya bilərsiz.  Nuş olsun!
Davamı →

Kükü

İnqridientlər:
4 yumurta
200 gr göyərti: keşniş (2/3), şüyud (1/3)
Duz, istiot
Bitki yağı 

Hazırlanması:
Göyərtini yuyub, qurudmaq və xırda doğramaq. Üstünə yumurta vurmaq, duz və kütləniçalmaq.

Yağı tavada qızdırmaq və kütləni tavaya salmaq, odu azaldmaq. Kütlə özünü “tutmalıdır”.

4-8 yerə bölmək, 2-3 dəqıqədən sonraçevirmək və qızardmaq. Küküni plovla ya daçörəklə yemək olar. Kükü qatıqla da dadlı olur.


Davamı →