Zəyərək toxumu və xurma qarışımı

Orqanizmin təməl qida maddələri ehtiyacını qarşılamaqdan əlavə insan fiziologiyası və metabolik funksiyaları üzərində də əlavə faydalar təmin edən, xəstəliklərdən qorunmağa və daha sağlam  həyat yaşamağa  kömək olan qidalara, yəni funksional qidalara ehtiyacı vardır. Sizə təqdim edəcəyim bu qarışım da saymaqla bitməyən faydaya malik  funksional bir qidadır.  Deməli, 2 stəkan su götürürük və bura yarım stəkan zəyərək əlavə edirik. Yaxşı olar ki, öncədən zəyərək toxumlarını yaxşı yuyasınız. Yayda toxumları suda 1 gün yarım, qışda isə 2 gün saxlayırıq.
Davamı →

Bağırsaqları təmizləməyin ən sadə yolu

Məlumdur ki, bir çox xəstəliklərdən xilas olmaq üçün bağırsaqları qalıqlardan, nəcis daşlarından və parazitlərdən kifayət qədər təmizləmək lazımdır. Bunun nəticəsində bağırsaqda həyat fəaliyyətinin zəhərli qalıqları olan 15 kq-dan çox nəcis daşları yığılır və bunlar da tədricən qanımızın zəhərlənməsinə səbəb olmaqla vücudumuza bərpa olunmayan zərər yetirir. Bununla çirklənmiş bağırsaqlar tez-tez qəbizliyə səbəb olur, maddələr mübadiləsinin pozulmasına, şəkərli diabet, allergiya, artıq və ya çatışmayan çəkiyə, orqanizmdə filtr rolu oynayan böyrək və qara ciyərin xəstəliklərinə, eşitmə və görmə xəstəliklərinə, dəri, dırnaq, saç çatışmazlığına, sistem xəstəliklərinə, artritdən tutmuş xərçəng xəstəliklərinə qədər şərait yaradır.

İmalə etməklə yalnız yoğun bağırsağın kiçik bir hissəsini(40-50 sm) təmizləmək mümkündür. Bağırsaqların xüsusi cihazların köməyi ilə yuyulması isə kifayət qədər bahadır, vaxt aparır və bağırsaqların mikroflorasına zərər verir.
Davamı →

Sağlam qalmaq üçün tükətməli olduğunuz 5 ən xeyirli qida məhsulu

qozQoz. Qoz zülalın ən yaxşı bitki mənbələrindəndir. O lif, B vitamini, maqnezium, və E vitamini kimi  antioksidantlarla zəngindir. Ümumiyyətlə qoz- fındıqda yüksək miqdarda  bitki sterolları və omeqa 3 turşuları var. 2004-cü ildə Amerikanın Qida və Dərman İdarəsi (FDA-Food and Drug Administration) qozun ürəyə faydasını dəstəkləyərək, sağlamlıq üçün əhəmiyyətini təsdiqləmişdir. 

Kətan toxumu. Bitki mənşəli olduğundan kətan toxumu vegetarianlar üçün omeqa 3-ün bitki alternativini təqdim edir. Bir sıra tədqiqatlar kətan toxumunun ürəyə faydalarını göstərir. Bundan əlavə kətan toxumu lif və antioksitant fitoestrogen növü olan lignan kimi faydalı tərkibə malikdir. Tədqiqatlar kətan toxumalarında olan lignanın xərçəng kimi mübarizə tələb edən xəstəliklərdə ümidverici nəticələr göstərdiyini aşkar edib. Belə ki, lignan xərçəng əlehinə xüsusiyyətlərə malikdir. Nəticələr süd vəzisi xərçənginin profilaktikasında daha çox ümidvericidir. 
kətan toxumu

Nar. Son iki ildə nar haqqında daha çox danışılan ən üstün məhsullardan biri oldu. Nar dənələri polifenol, tannin, və antosianin kimi faydalı antioksidantlara malikdir. Digər tərəfdən nar şirəsi yüksək miqdarda antioksidant tərkibinə malikdir ki, bu digər meyvələrdən, qırmızı şərabdan və çayda olduğundan daha çoxdur. İlkin faktlar göstərir ki, konstentrə olunmuş nar şirəsini içmək xolesterinin miqdarını aşağı sala bilər. Habelə, gündə bir stəkan olmaqla bir il ərzində nar şirəsi içmək qan təzyiqini (xüsusən də sistolik təzyiqi) aşağı salır və LDL (aşağı sıxlıqlı lipoprotein) xolesterin (bəd xolesterin) oksidləşməsini zəiflədir. Ümumiyyətlə nar şirəsi içmək üçün zərərsizdir. Tədqiqatların çoxu  günlük 45 millilitr nar şirəsi içməyin əhəmiyyətli olduğunu və əks-təsir olmadan kömək etdiyini göstərir.


Ardı →