Yuxa kababı

Tərkibi:
400 qr yağlı qıyma
1 ədəd yuxa
1 çay qaşığı bibər tomatı
5 diş sarımsaq
1 ədəd soğan
2 kasa qatıq (servis üçün)
1 çay qaşığı istiot
1 çay qaşığı duz
Davamı →

Dadlı kabab bişirməyin 9 qaydası

Dadlı kabab yemək bir həzzdir. Közdə bişmiş pambıq kimi yumşaq və şirəli ət tikələri… Təəssüf ki, kababı hər kəs düzgün bişirə bilmir. Bəzən isə bişirənlərin çoxu əti öncədən sirkə, ketçup və digər ərzaqlarla marinad edir ki, arzuladığı nəticəni əldə etsin.

Ləziz kabab yeməyin mövsümü olmur, amma qızmar yay günlərində bu təamın xüsusi yeri var. Günlər uzanır, gecələr qısalır, demək olar ki, çox zamanımızı təmiz havada keçirdirik. Çoxumuz məzuniyyət üçün şəhərətrafı istirahət güşələrini seçirik. Bağ evlərində cəm olub, ya kabab bişiririr, ya da plov dəmləyirik.
Davamı →

Kağız kababı

Tərkibi (4 pay):
300 qr qiymə
200 qr yaşıl noxud
1 kartof
1 yerkökü
1 soğan
1 x.q. zeytun yağı
duz
qara istiot
pul bibər
kəklikotu

Hazırlanması:
Kartof və yerkökünü kubik doğrayın. Qiymə, sürtgəcdən keçirilmiş soğan, düz və ədviyyatı qarışdırıb kiçik küftələr tutun. Kartof, yerkökü, noxud, duz, ədviyyat və yağı qarışdırın.
Yağlı kağızdan A4 formatlı 6 kağız kəsin. Kağızların ortasına kartofla olan qarışığı yerləşdirib üzərinə küftələri düzün. Kağızları boğça kimi qatlayıb tərs çevirin, siniyə düzün. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişirin. Süfrəyə isti-isti verin. Nuş olsun!
Davamı →

Meşə kababı

Tərkibi: 
400 qr dana qiyməsi
4 dilim çörək içi
1 yumurta
1 çay qaşığı sarıkök
1 çay qaşığı istiot
1 çay qaşığı duz
4 kartof
2 pomidor
2 ədəd bibər
1 tutam cəfəri
tomat
su

Hazırlanması:
Qiyməni yoğurun, sonra tavada qızardın. Kartofları da halqa-halqa doğrayıb azca qızardın. Kartof, kotlet, pomidor və bibərləri soba qabında sıra ilə düzüb 1 stəkan suya tomat, duz, istiotu qatıb üzərinə tökün. Sonda cəfəri gəzdirib sobada ətin üzəri qızarana kimi bişirin.

Nuş olsun!


Davamı →

Toyuq kababı

Tərkibi:
toyuq – 285q
xama – 10q
baş soğan – 30q
keşniş və cəfəri  — 25q
limon 1/2 ədəd
və ya narşərab – 25q
duz, istiot.

Hazırlanması:
Toyuq iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır.
Xama ilə isladılıb manqalda qızardılır.

Hazır kababın yanında halqavari doğranmış başsoğan verilir və üstünə limon dilimi qoyulur.


Davamı →

Tikə kabab

Tərkibi:
qoyun əti – 330q
baş soğan 0 60q
göysoğan – 40q
cəfəri və reyhan 
sumaq – 3q,
və ya nar şərab – 5q
duz,istiot

Hazırlanması:
Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kababın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kabab hazır olan kimi masaya verilməlidir. Tikə kababın yanında haqavari doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.


Davamı →

Lülə kabab

Tərkibi:
qoyun əti -330 q
quyruq yağı – 20 q
baş soğan – 20 q
göy soğan – 40 q
cəfəri və reyhan – 15q
buğda unu – 45 q
sumaq – 3 q
duz, istiot

Hazırlanması:
Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub yaxşı-yaxşı qarışdırılır. Qiymə soyumaq üçün 20 dəqiqə soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salınır. Lüləkəbab manqalda közərmiş kömür üzərində qızardılır. Lüləkəbab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkəbanın yanına halqavarı doğranılmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir. 
Nuş olsun! 


Davamı →

Basdırma kabab

Ərzaqlar:
Basdırma əsasən, mal ətindən hazırlanır.
ət – 1 kq 
doğranmış soğan – 1kq
limon – 1 ədəd
sirkə — 3 x.q
kəkotu – 1x.q
sarımsaq – 1 diş
duz
istiot
cəfəri – yarım dəstə

Hazırlanması:
Hamısı qarışdırılır 1 gün saxlanılır və şişlərə çəkilə bilər.
Nuş olsun!
Davamı →

Qaraçı kababı

Tərkibi:
0,5 kq badımcan
1 kq pomidor
2 ədəd soğan
4-5 ədəd yaşıl bibər
Yarım dəstə cəfəri
Duz, sarımsaq

Hazırlanması:
Badımcan və pomidorları közdə bişirin, qabıqlarını soyub doğrayın və bir qazana düzün. Soğanı halqa-halqa doğrayaraq duz və sumaqla ovun, sonra içinə cəfərini əlavə edib qarışdırın. Bu qarışığı qaynar yağda qovurub pomidor və badımcanın üstünə tökün. Qazanı kip örtüb manqalda yarım saat bişirin.
Davamı →