Harun Yəhya "Qlobal Masonluq" - Tampliyerlərdən masonlara doğru

Tampliyerlərdən bəhs edərkən bu qəribə səlibçi təşkilatın Qüdsdə tapdığı gizli təlimdən yararlandığını bildirmişdik. Onların məhz bunun nəticəsində xristianlığı tərk edərək, magiya ayinləri həyata keçirdiklərini də demişdik. Okultizm (gizli elmlər) tarixinin məşhur ekspertlərindən sаyılan fransız yazarı Elias Lui (Elias Lui) «Histoire de la Magie» (Magiya Tarixi) adlı kitabında tampliyerlərin Kabbala doktrinası əsаsındа gizli təlim yаrаtdıqlаrını tutarlı arqumentlərlə əsaslandırır.


Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Qədim Misirdən Kabbalaya, Tövrata salınan bütpərəst fikirlər, Kabbalanın yaradılış təlimi

Qədim Misirdən Kabbalaya


Hələ Hz. Musa həyatda ikən Qədim Misirdə gördükləri bütləri düzəldib, onlara ibadət etməyə bаşlаyаn Israil oğulları peyğəmbərin vəfatından sonra haqq yolundan tamamilə аzdılar. Şübhəsiz ki, eyni fikri bütün yəhudilərin haqqında söyləmək doğru olmaz, amma onların bəziləri Qədim Misirin bütpərəst sivilizasiyasını yaşadaraq, bu fəlsəfənin təməli olan Misir kahinlərinin (Fironun sehrbazları) təlimini davam etdiriblər, üstəlik, onu öz xalqları arasında da yayıblar. Qədim Misirdən yəhudilərə miras qalan bu təlim isə Kabbaladır. Kabbala da eyni ilə Misir kahinlərinin sistemi kimi ezoterik təlim şəklində yayılıb və magiya ilə bağlı olub. Kabbalanın diqqət çəkən bir cəhəti də yaradılışı Tövratda olduğundan tamamilə fərqli şəkildə izah etməsi, Qədim Misir inancının maddənin əzəli və əbədi olmasına dair materialist dünyа görüşünü əsas tutmаsıdır. Türk masonlarından olan Murad Özgən Ayfər bununla bağlı yazır:
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Kabbalanın iç üzü

Tövratın 2 kitabının başlığı olan «Exodus» kəlməsi tərcümədə "çıxış" anlamına gəlir. Bu kitabda İsrail oğullarının Hz.Musanın öndərliyi ilə Misirdən çıxaraq, fironun zülmündən qurtulmalarından söhbət gedir. Firon qul kimi işlətdiyi İsrail oğullarını azad etmək istəməsə də, Allahın Hz.Musaya verdiyi möcüzələr və Fironun qövmünə göndərdiyi fəlakətlər qarşısında aciz qalmışdı. Bunun sayəsində İsrail oğulları bir gecədə Misirdən gizlincə köçə bilmişdilər. Firon onların ardınca düşsə də, Allahın Hz.Musaya verdiyi möcüzələr İsrail oğullarını bəladan qurtarmışdı.Ancaq bu vaqiəni bizə daha düzgün çatdıran qaynaq Qurani-Kərimdir, çünki Hz.Musaya vəhy olunan Tövrat bu günə qədər xeyli təhrif edilib.
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Qədim Misirin sehrbazları

Fironlar ölkəsi olan Qədim Misir dünya tarixinin ən qədim sivilizasiya ocaqlanndan biridir. Quldarlıq dövləti olan Qədim Misir eyni zamanda dünya tarixinə ən qəddar sivilizasiyalardan biri kimi düşüb. Qədim Misirin günümüzə qədər gəlib çatan abidələri — piramidalar, sfinkslər, ehramlar və s.-yüz minlərlə kölənin illər uzunu zorla işlədilməsi nəticəsində inşa edilmişdi. Misirin mütləq hakimləri olan fironlar özlərini Allah kimi təqdim etmiş və təbəələrini onlara tapınmasını istəmişdi.
Qədim Misir haqqında əsas bilgi qaynaqlarını biri və birincisi, əlbəttə ki, Qədim Misir yazılarıdır. XIX əsrdə tapılan bu yazılar uzun çalışmalardan sonra Misir əlifbasının sirrinin açılması nəticəsində oxunmuş və Qədim Misir haqqında xeyli bilgi vermişdi. Amma bu yazılar Misirin rəsmi mirzələri tərəfindən yazıldığı üçün əsasən fironların şəninə təriflə doludur. Qədim M-sir haqqında ən dolğun bilgi qaynağı isə əlbəttə ki, Qurani-Kərimdir.
Ardı →

Harun Yəhya "Qlobal Masonluq" - Tampliyerlər və Kabbala

Hər ikisi də mason olan ingilis yazıçıları Kristofer Nayt (Christorher Knight) və Robert Lomas (Robert Lomas) «The Hiram Key» (Hiram Açarı) adlı kitablarında masonluğun mənşəyi haqqında çox önəmli gerçəkləri açıqlayıblar. Onlara görə, masonluğun tampliyerlərin davamı olduğu açıq bir gerçəkdir, amma əsas məsələ məhz tampliyerlərin mənşəyinin nə olmasıdır.
Ardı →