Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)

Niyyətini bildirmədən hərəkət et. Hətta başa düşülmək istədikdə belə ürəyiaçıqlıqdan və səmimilikdən qaç, heç kimin qəlbinə soxulmasına imkan vermə. Təmkinlik kamilliyin məbədidir. Niyyəti açıqlamaq onu məhv etmək deməkdir. Belə halda onun qüsurları qabaqcadan aşkar edilər və müvəffəqiyyətsizliyə uğramaq isə ikiqat fəlakət olar.


Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur.


Müdriklik və mərdlik əzəmətin təməlidir. Ağıl insanın gözü, qüdrət isə əlləridir. Mərdlik olmasa, müdriklik faydasızdır.



Ardı →