Kapqras sindromu

Kapqras sindromu ilk dəfə 1923-cü ildə fransız psixiatr Kapqras tərəfindən kəşf olunmuşdur. Bu sindrom əlamətlərinə görə sayıqlama pozuntusuna bənzəyir və paranoid şəxsiyyət pozuntusunda daha çox müşahidə olunur. Sindrom nadir hallarda rastlandığı üçün tədqiqat sahəsi məhduddur. Lakin problemin əsas səbəbi kimi neurobioloji və neuropsixoloji səbəblərin olduğu aşkarlanmışdır.

Əlamətləri
Kapqras sindromu olan pasiyentlər duyğusal bağlılığı olan insanlar, əşyalar və ya heyvanlara qarşı yadlaşma hissi keçirirlər. İnsanları tanımaqda çətinlik çəkirlər, başqalarının keçirdiyi emosional vəziyyəti doğru anlaya bilmirlər. Xatırlaya bilmədikləri insanlardan uzaqlaşmağa, onlarla ünsiyyəti kəsməyə çalışırlar. Həmin insanların zərər verə biləcəyini, öz mənfəəti üçün münasibət qurduqlarını düşünürlər. Daha ağır situasiyalarda onları saxtakar kimi düşünürlər və aqressiv olurlar, hətta bu vəziyyətdən uzaqlaşmaq üçün intihara cəhd edirlər. Kapqras sindromunun əsas xüsusiyyəti “duyğu” ilə “görüntü” arasındakı uyğunsuzluqdur.
Davamı →