Samit səslər

Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür:
1. Kar samitlər
2. Cingiltili samitlər
Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
Cingiltili  samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.
Dilimizdəki cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir: 

Cingiltili samitlər:

b

q

v

ğ

d

j

z

y

g

c

l

m

n

r

 

Kar samitlər:

p

k’

f

x

t

ş

s

x’

k

ç

-

-

-

-

h



[l],[m],[n],[r]  cingiltili samitlərinin kar qarşılığı,[h] kar samitinin isə cingiltili qarşılığı yoxdur.
[n]və[m] səslərinin əmələ gəlməsində hava əsasən burun boşluğundan çıxır. buna görə həmin samitlərə burun samitləri deyilir
Ardı →