Analar üçün faydalı və enerji dolu qida məhsulları

“Ana” və “yorğunluq” əl-ələ gedən anlayışlardır. Ailənin qayğısını çəkən və məişət işləri ilə məşğul olan analar çox zaman özlərinə diqqət yetirməyi və qulluq etməyi unudurlar.

Lakin unutmaq lazım deyil ki, “yıxılan evlərin dayağı” olan anaların əhval və səhhətindən bütün ev-əhlinin durumu asılıdır. Vəziyyəti düzəltmək üçün dəyərli analarımızı faydalı və enerji dolu qida məhsulları ilə tanış edirik.

Dəmirlə zəngin ərzaqlara əksər anaların böyük ehtiyacı olur. Qanda dəmir çatışmamazlığı yorğunluq hissi yaradır. Bütün analara xüsusən doğuşdan yenicə çıxanlara heyvan və bitki mənşəli dəmir qəbul etməyi tövsiyyə olunur: dana əti və ciyəri, göyərtilər, paxlalılar. Bu ərzaqları turş meyvə və tərəvəzlərlə-bolqar bibəri, limon, laym, portağal, mandarin, qreypfrut, kivi, və s. ilə birlikdə yeməyi unutmayın, çünki vitamin C dəmirin bədən tərəfindən qəbul edilməsinə yardım edir.

Bundan əlavə vitamin C ilə zəngin şirə və smuzilər qəbulunu artırın. Mürəkkəb karbohidratlar digər zəngin enerji mənbəyidirlər. Çalışın az miqdarda qəbul etməklə sağlam alternativlər-ağ çörək əvəzinə kəpəkli, düyü əvəzinə isə qəhvəyi düyü seçəsiniz. Əlavə olaraq, buğda, yulaf, qəhvəyi düyü, kinoa, lobyalar, noxudlar, mərci və kartof, kök, çuğundur kimi nişastalı tərəvəzlər gün ərzində yorulmamağa əsas verəcəkdir.


Ardı →

Soyuq havada idman

Əgər qış aylarında da açıq havada idman etməyə üstünlük verirsinizsə, bu tövsiyələrə əməl etməlisiniz.  Soyuq havada idman edərkən diqqət etməli olduğunuz məqamları təqdim edirik:

 İsinmə hərəkətləri: İdmandan əvvəl isinmək vacib qaydadır. Soyuq havada idman edərkən uzun müddət etdiyiniz isinmə və əsnəmə hərəkətləri ilə əzilmələrdən xilas ola bilərsiniz. Soyuq havada edilən idmanın 45 dəqiqədən çox davam etməməyi lazımdı.

 Termal geyimlər geyinin: Yunlu və pambıq geyimlər geyinməyin. Çünki bunlar tərlə birgə isinir və bədəninizi nəmli saxlayır. Təri bayıra atan və bədən istiliyini qoruyan termal geyimlər geyinin.

 İncə və qat-qat: Qalın geyimlər bədəndə yüksək miqdarda bədən istiliyinin itkisinə səbəb olur. Buna görə qalın yox nazik qat-qat geyinmək daha uyğundur. Papaq və əlcək də taxmaq lazımdır.

 
Bol su için: Sadəcə çox tərlədiyiniz isti havalarda deyil, soyuq havalarda da bol su için.  15-20  dəqiqədən bir su için. Soyuq havada nəfəs yoluyla maye itkisi daha çox yaşandığından ağız və burnu qoruyacaq maska taxın.

 İlıq duş qəbul edin : Buz kimi havada idman etdikdən sonra isinmək üçün özünüzü isti suyun altına atmayın. Bədəninizi ani şəkildə deyil, yavaş-yavaş isitməlisiniz. İdmandan gəldiyiniz nəmli geyimlərlə uzun müddət qalmayın. Dərhal duş alıb dəyişin. Uzunmüddətli idmandan sonra qəbul edilən duşun ardından bədən isinib bir az tərlədiyindən geyiminizi geyinmədən əvvəl 5 dəqiqə  isti bir yerdə oturub dincəlin.


Ardı →