Kartof qabıqlarının inanılmaz faydası

Karbohidrat baxımından zəngin olan kartofun insan sağlamlığına bir çox faydası var. Lakin ən yaxşı enerji qaynaqlarından biri olan kartofun qabıqlarını, adətən, istifadə etmirik. Mütəxəssislər kartofun içinin olduğu qədər qabıqlarının da faydalı olduğunu açıqlayıb.

Davamı →

Kartofun sağlamlıq üçün faydaları

Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Əhalinin böyük əksəriyyətinin iştirakı ilə aparılan epidemioloji tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət şəkildə təsir edir.

Alimlər kartofun ən qidalı hissəsi kimi onun qabığını hesab edirlər.


Davamı →

Kartof vaflisi

Tərkibi:
  • 3-4 ədəd kartof
  • 2 ədəd yumurta
  • 2 xörək qaşığı qaymaq
  • 1 xörək qaşığı kərə yağı
  • 3 xörək qaşığı un
  • yarım çay qaşığı duzyarım çay qaşığı qırmızı şirin bibər tozu
  • qabartma tozu
  • istiot
  • duz

Davamı →

Bənövşəyi kartof

Bənövşəyi kartof — bu tərəvəz həmçinin «qaradərili qadın», "Çin trufflesi" və ya «mavi Fransız truffle kartof»u adlanır.

Adi kartofa bənzəsə də, tərkibi çox fərqli olan bənövşəyi kartofun vətəni Cənubi Amerikadır. Adi kartofdan on dəfə artıq antioksidan və antosiyana malik olan bənövşəyi kartof hazırda dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyədə, Rusiyada da becərilir.
Davamı →

Kartofu qabığı ilə birgə qızardın

Həkimlər kartofu ən faydalı ərzaqlardan biri hesab edirlər. Tərkibində çox böyük miqdarda vitaminlərin, makro və mikroelementlərin zənginliyi səbəbindən onu universal adlandırırlar. Əhalinin böyük əksəriyyətinin iştirakı ilə aparılan epidemioloji tədqiqatlar göstərir ki, kartof ürək-damar sisteminin sağlamlığına ən müsbət şəkildə təsir edir. Alimlər kartofun ən qidalı hissəsi kimi onun qabığını hesab edirlər.

Qabığı ilə bərabər yeyildikdə faydalıdır. Böyük Britaniyanın Kral Tibb Cəmiyyəti nəzdindəki sağlam qida forumunun sabiq prezidenti doktor Merilin Qlenvillin sözlərinə görə, kartofu qabıqsız yemək böyük səhv və sağlamlıq üçün nöqsandır.
Davamı →

Kartofu necə bişirməli?

Elə ailə yoxdur ki, hər gün kartofdan nəsə hazırlamasın. Amma çox qidalarda olduğu kimi kartofu da yanlış hazırlayırıq.


Dietoloqlar və həkimlər kartofu qabıqlı halda suda və ya sobada bişirib yeməyi tövsiyyə edir. Ən faydalı kartof manqalda və ya közdə qabıqlı bişmişidir. Yalnız bu zaman kartofda olan maddə və vitaminlər insan orqanizminə keçir.
Davamı →

Kartof suyu

Kartof təkcə ölkəmizdə deyil, dünyada da sevilən və olduqca faydalı tərəvəzlərdən biridir. Kartofdan müxtəlif cür yeməklər hazırlanır. Bu yazıda isə biz oxucuları çiy kartof suyunun çoxlarına məlum olmayan faydaları ilə tanış etmişik.

Kartof suyunun çox yaxşı iltihab önləyici xüsusiyyətləri var. Bel, kürək və oynaq ağrılarının aradan qaldırılmasında təsirlidir. Podaqra xəstəliyində faydalıdır. Kartof suyu bütün bədəndə qan dövranının yaxşılaşmasına yardım edir. Xüsusilə səhərlər ac qarına içmək təklif olunur. Bu, reflyuks xəstələrinə çox yaxşı təsir edir.

Kartof suyu həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Qəbizlik, ishal, şişkinlik, mədə yanması və mədə pozğunluğu kimi problemlərə müalicəvi təsir göstərir. Kartof suyu orqanizmdən zərərli maddələri xaric edir. Odur ki, bu su qaraciyərin və yağının təmizlənməsi baxımdan da faydalıdır. Kartof suyu sidik yollarında daş əmələ gəlməsinim də qarşısını alır.
Davamı →

Evdə kartof çipsləri

İnqridientlər:
2 dənə nazik qabıqlı kartof
Sirkə (yumaq üçün)
Duz
İstiot
Zeytun yağı

Hazırlanma qaydası:
Kartofları yaxşıca yuyun və nazik-nazik dilimləyin. Dərin bir kasanın içinə su doldurun. Suya duz və sirkə tökün, kartofları həmin suyun içində qarışdıraraq yaxalayın. Sonra həmin suyu süzün, kartofları adi suyla durulayın, kağız salfetlə qurudun. Kartof dilimlərinin üstünə duz, istiot və zeytun yağı töküb qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə kartofları yan-yana düzün.
Davamı →

Dadlı kartof qızartması üçün 5 məsləhət

Kartof qızartması çox asan hazırlanan yemək növüdür. Amma nədənsə hər kəsdə dadlı alınmır, istədiyimiz kimi qızarmır və xırt-xırt olmur. Bəs katrofun dadlı olmasını üçün nə etmək laızmdır?

Kartof seçimi
İlk növbədə seçdiyiniz kartofların keyfiyyətli olmasına diqqət edin. Yaşıl olmayan, yumşalmamış və qızıl rəngində olan kartofları seçməyə çalışın.

Soyuq və sirkəli su
Kartofları suda saxlayanda içərisindəki nişasta yavaş-yavaş tökülür və tərəvəz yumşalır. Bu, kartofların yaxşı qızarmasına mane olan başlıca amildir. Odur ki, kartofları buz kimi suyun içinə atın və bir-iki damcı sirkə əlavə edin.

Soda əlavəsi
Sodanın kartof qızartmasını daha dadlı etdiyini bilirdiniz? Bunun üçün soda və duzu suya töküb qarışdırın. İçinə kartofları da atıb 30 dəqiqə gözləyin. 30 dəqiqədən sonra sonra süzüb qızartmağa başlayın.
Davamı →