Karyera yolunuzu seçməkdə çətinlik çəkirsinizsə

İnsanın keçəcəyi karyera yolu nadir hallarda proqnozlaşdırıla və ya düz yöndə olur. Əslində mütəxəssislərin 40%-i karyera həyatında dönüş etməyi düşünürlər.
Siz seçdiyiniz karyera yolunuzun düz və ya səhv olduğunu başa düşməlisiniz. İstəklərinizin dəyişib-dəyişmədiyini və kursunuzu dəyişdirmək üçün nə edə biləcəyinizi tapmaq üçün özünüzə düzgün suallar verməlisiniz.
Nə istədiyiniz bildikdə, sizi buna aparacaq qərarlar qəbul etmək daha asan olur. Karyeranızın düzgün istiqamətdə yönəldildiyinə əmin olmaq üçün bu beş sualdan istifadə edin.

Davamı →

İşdə yüksələ bilməməyinizin səbəbləri nələrdir?

Ara-sıra şirkətinizdə və ya təşkilatınızda boş vakansiyalar olur. Sizin vəzifənizdən daha maraqlı və daha sərfəli olan bu vakansiyaların niyə sizə yox, bir başqasına nəsib olduğunu heç düşünmüsünüzmü? “Work.ua”nın bu ədalətsizliyin niyə baş verdiyinə dair bir neçə versiyası var.
Karyera artımınızı müzakirə etmirsiniz
İşçilərin istər vəzifələrdə, istərsə də maaşlarda irəli çəkilməmələrinin ən yayılmış səbəblərindən biri sadəcə bunu dilə gətirməmələridir. Rəhbərliklə bu cür söhbətlər çoxlarını qorxudur. Bəzi işçilər bununla çox iddialı, acgöz və qeyri-adekvat görünməkdən çəkinirlər. Rədd cavabı və ya hər hansı digər mənfi reaksiya irəliləmə barədə danışmaq niyyətini əvvəlcədən öldürür.
Davamı →

Bir neçə iş təklifi alsanız nə edəcəksiniz?

İş axtarmaq olduqca stressli bir proses olsa da, bəzən işlər çox yaxşı gedə bilər və siz eyni anda birdən çox iş təklifi ala bilərsiz. Belə, bir vəziyyətdə qərar vermək çox çətindir, ancaq ən yaxşı seçim etmək əlinizdədir.
Eyni anda, birdən çox iş təklifi almaq ilk növbədə həyəcanlı olsa da, bir müddətdən sonra bu duyğu qərarsızlığa çevrilir. Ekspertlər bir çox iş təklifi almağın yaratdığı stressin öhtəsindən gəlmək üçün təhlil edib müqayisə aparmağınızı məsləhət görür.
Davamı →

Təhsilini buraxır və mərhum atasının camaşırxana biznesini dirçəldir

Atası xərçəng xəstəliyindən vəfat edəndə Yakub Hijazinin 19 yaşı vardı. Livandan mühacir olan atasından ona qalan iflasın bir addımlığındakı çamaşırxana olur. Gənc sahibkar atasının biznesini yenidən “ayağa qaldırmaq” üçün təhsilini yarımçıq qoyur.
“Mən atamın adına xələl gəlməsinə yol verə bilməzdim. İflasa uğradınsa artıq nüfuzun da itmiş olur” deyə, artıq 27 yaşında olan Yakub Hijazi bildirir. O, Star Laundry şirkətinin prezidentidir. Şirkət Nyu-Cersi ştatında, Paterson şəhərciyində yerlışir. Atası rəhmətə gedəndən sonra Yakub  görür ki, atasının əsasını qoyduğu illik 4 mln. dollar gəlirli camaşırxana və quru təmzləmə iflasa doğru gedir.
Davamı →

Yay tətilini məhsuldar etmək üçün 5 tövsiyə

Məktəb və universitetlər bağlandı. Gərgin bir tədris ilini geridə buraxan bir çox tələbə üçün bu, tətil və istirahət deməkdir. Əlbəttə tətil etmək önəmli və gərəklidir. Ancaq, yeni tələbəlik dönəmi başlayana qədər təxminən 2 aylıq bir zaman var və bunun tamamını tətil edərək keçirmək çox da məhsuldar bir qərar deyil.


Hətta yeni tədris ilinə daha çox adaptasiya ola bilməməkdə, motivasiya itkisi kimi bəzi əskikləri də var. Uğurlu bir karyera hədəfləyən gənc istedadlara yay tətilində səmərəli vaxt keçirmək üçün tövsiyələrimiz: könüllü işlərə qatılmaları, zehinlərini qidalandırmaları, səyahət, idman etmələridir.
Davamı →

Evlənmək karyeramız üçün niyə önəmlidir?

Texnologiya və ya digər sahələrdə güclü qadın olmaq istədiyimizdə atacağımız addımlar vardır, alacağımız biznes riskləri, yeni iş ortaqları, yeni layihələr, vəzifəmizdə yüksəlmək və ya hər hansısa inkşafımıza yönələn bir şey. Bütün bunlardan əlavə karyeramıza təsir edən başqa bir şey isə kiminlə evlənməli olmağımızdır. Ümumiyyətlə karyera istəyiriksə, evlənməlimiyik?

Varen Bafet, “Berkshire Hathaway” şirkətinin CEO-su 2009-cu ildə bir görüşdə deyib: “Doğru insanla evlənin. Mən ciddiyəm. Bu sizin həyatınızda böyük fərq yaradacaq, boşluqlarınızı dolduracaq və hər şeyi dəyişəcəkdir.
Davamı →

Sevimli işinizi necə tapmalı?

Məktəb illərindən, daha dəqiq desək, ta birinci sinifdə oxuyandan özümüzü olmaq istədiyimiz sənətlərdə təsəvvür edirik. Kimimizdə bu, vaxtı gələndə real olur, kimimizdə isə dəyişmiş fikirlər olur. Bu mərhələyə gələnə qədər gah müəllimə, gah həkim, gah kosmonavt, gah stilist, gah da bank işçisi oluruq.

Bəzən isə sevimli işimizi tapa bilmirik. Buna görə də, öz sevimli işinizi tapmaq üçün sizin üçün araşdırma apardıq. Bu yazını oxumaqla siz sevimli işinizi tapmaqda bəzi hiylələri öyrənəcəksiniz.

Nədən başlamalı?

Xatırlayın
Ola bilsin ki, indi elə bir işlə məşğul olmaq istəyirsiniz ki, onunla artıq əvvəllər məşğul olmusunuz. Bəs hardan bilə bilərdiniz ki, bu iş sizin sevdiyiniz iş olacaq? Cavabı özünüzdə axtarın: yəqin ki, siz bir neçə il öncə rəfiqənizlə oturub ssenari yazırdınız ya da ki, kimya dərsində təcrübə etməyi çox sevirdiniz. Bu nüanslar sevdiyiniz işi tapmaqda ilk pillə ola bilər.
Davamı →

Gözəlliyin karyerada rolu

Aparılan araşdırmalar nəticəsində bəzilərinin «Bu, ədalətsizlikdi...», — deyə yanaşdığı çox maraqlı bir nəticə ortaya çıxıb.

Bir insan çox zəkalı olmasa da, gözəldirsə, iş həyatında müəyyən bir zirvəyə sürətlə gəlib çıxa bilər.

Çoxlarının acı həqiqət kimi qəbul etdiyi bu nəticə çox təəssüf ki, müasir dünyada özünü doğruldub. Dünyanın bir çox şirkətlərində zəkalı olmayan, ancaq gözəl xanımlar sürətli şəkildə karyera qura bilirlər.

Araşdırmaçılar məktəbi bitirən məzunların həyatlarını bir müddət araşdırıblar.

Nəticədə  zəkası olmasa da, gözəl simaya sahib olan insanların karyerasının daha sürətlə irəlilədiyi ortaya çıxıb.

Mütəxəssislər bunu özgüvənlə əlaqləndirirlər. Çünki gözəl üzü olan insanlar özlərinə daha çox güvənirlər və risk etməkdən çəkinmirlər. Buna görə hər iş fürsətini daha rahat dəyərləndirib sürətlə irəliləyirlər.


Davamı →

Kiçik biznes qurmağın yolları

Məqsədli şəkildə bir işə başlamaq sizin həyatınızı dəyişəcək bir qərara çevrilə bilər. Ancaq düşünməli olduğunuz bəzi məqamlar da var.

Beləliklə, sizi uğurlu işə aparacaq 10 addım:

1. İlham alın.
Bütün işlər kiçik ideyaların böyüməsi nəticəsində həyata keçir. Sizin illərlə arzuladığınız bir işi həyata keçirmək üçün xəyallarınız ola bilər. Mənbəyindən asılı olmayaraq, quracağınız iş biznes ideyası ilə yaranır.

2. Araşdırma aparın.
Böyük ideyalarınızı müəyyənləşdirin və onları reallaşdırmağa çalışın. Siz, həqiqətən də, biznesə qoşulmağa hazırsınızmı? Özünüzü hazır hiss etdiyinizi təsdiqləmək üçün kiçik bir test etməkdən çəkinməyin. Quracağınız işi öncədən araşdırmaq, onun haqqında məlumat toplamaq, növbəti uğurlarınızın təminatına çevriləcəkdir.

3. Plan qurun.
Sizin biznes ideyanızı reallaşdırmaq üçün bir plana ehtiyacınız var. Əgər bir investor və ya maliyyə dəstəyi axtarırsınızsa, yazılı və rəsmi iş planı məcburidir. Ümumilikdə, sizin biznes planınız sizin hədəflərinizi və onların arxasındakı motivasiyanızı, marketinq və maliyyə baxımından məqsədlərinizə çatmağınızın yollarını özündə əks etdirməlidir.
Ardı →

Şəxsi biznesimizi necə quraq?

şəxsi biznesSiz özünüzü şəxsi biznesiniz üçün hazır hesab edirsiz? Yoxsa hələ hazır olduğunuzu düşünmürsüz? Onda niyə bu məqaləni oxuyursuz? Belə ki, sizin artıq bir iş adamı olmaq üçün şansınız var. Lao Tzu deyir ki, «Minə gedən yol bir addım ilə başlayır.» Bu məqaləni açmaqla siz belə bir hərəkət etdiniz. Qalan addımlar üçün kifayətdir. Bu məqalədə mən şəxsi biznesinizi başlamaqdan əvvəl nəzərə alacağınız beş qaydanı göstərəcəm.

Belə ki, bütün biznes nədən başlayır? Heç vaxt təxmin etməyin… Əlbəttə ki, arzu ilə! Ancaq bildiyiniz kimi hər şeyin xırdalıqları var. Əgər siz yalnız öz maliyyə vəziyyətinizi yaxşılaşdırmaq istəyirsinizsə, onda bu tək mənalı deyil… sizin biznesə ehtiyacınız var. Məsələn, hər hansı bir «alverçi» işləyən bir iş adamıdır, toxum satan nənələr kimi. Amma yalnız bu insanı zəngin etmir. Digər tərəfdən, öz-özünə işləyərək çox yaxşı əmək haqqı əldə edə bilərsiniz. Mənim gənc bir dostumun aylıq əmək haqqı 180.000 rubldur. Üstəlik ayrıca xaricə səfərlər, bahalı otellər, biznes avtomobili… Buna onun baş ağrıları və riskləri ilə şəxsi biznes lazımdırmı? Qorxuram ki, yox. Böyük bir koorporasiyada karyera qurmaq üçün cəhd edin. Birinci qayda hansını ki, siz yadda saxlamalısınız: «Sərvət və şəxsi biznes arasında bərəbərlik yoxdur.»


Ardı →