Hamının diqqətinə

Saytda decentralization(mərkəzləşmənin əksi) istiqamətində bəzi yeni tədbirlər görmək zamanıdır.
Hazırda sayt administrasiyasında bəzi yazılar var. Onları qəbirə aparmaq istəmirik kayzen ideyasına uyğun olaraq bölüşmək istəyirik. Kim onları yaxşı şəkildə hazırlayıb təqdim etsə ona həmin yazılar veriləcək. Yazıların mövzusu:
Ardı →

1. addım-Özünü kəşf etmək

Özünü tanımayan insanlar öz
həbsxanalarını inşa edən məhkumlar kimidir.
Con U.Qardner


Sirakuza kralı Giyeron onun üçün qızıl tac düzəldən zərgərin taca gümüş qatması mövzusunda şübhəyə düşür və məsələni aydınlaşdırmağı o dövrün ən məşhur alimlərindən biri olan Arximedə tapşırır. Arximed gecəsini gündüzünə qatır və hər an bu məsələni düşünür. Taca zərər vermədən ona gümüş qatılıb-qatılmamasını öyrənmək istəyi artıq Arximed üçün vazkeçilməz duyğu halına gəlir.
Bir gün çimərkən Arximedin ağlına bir fikir gəlir. Suyun qaldırma qüvvəti sayəsində taca gümüş qatılıb-qatılmamasını öyrənmə fikri. Kəşfinin həyacanıyla çıl-çılpaq küçəyə çıxaraq qışqırmağa başlayır:
— Evrika, Evrika! Tapdım! Kəşf etdim!
Ya sizin bir kəşfiniz yoxdurmu? Hər il minlərlə kəşf olunarkən siz sadəcə tamaşaçımı qalacaqsınız? Bəlkə kəşf etməyi düşünməmisiniz? Ola bilsin, bu mövzuda heç də fikirləşməmisiniz? Bəlkə nəyi fikirləşəcəyiniz sizə məlum deyil? Ya edə biləcəyiniz ən böyük kəşfdən xəbəriniz varmı?
Bir az sonra oxuyacağınız sətirlər sizi ən böyük kəşfinizlə tanışlığa çıxaracaq. Amma əvvəlcə ABŞ Templ Universitetinin qurucusu Dr. Russel H. Convelin qələmə aldığı «Almaz ərazisi» hekayəsi.


Ardı →