Keçəl kişilər təhlükədədir!

Mütəxəssislərin müşahidələrinə bütün dünyada ildən ilə prostat vəzi xərçəngi halları artmaqdadır. Health.usnews.com saytının ekspertlərinin məlumatına görə, keçəl kişilərdə prostat vəzi xərçənginin riski artımış olur.

Aşkar olunub ki, 45 yaşına qədər xeyli keçəlləşmiş kişilərdə saçlarla problem yaşamayan kişilərlə müqayisədə prostat vəzi xərçənginin riski 40% artmış olur. Cavan kişilərdə yaşlı kişilərlə müqayisədə prostat vəzi xərçəngi daha ağır keçir və daha tez-tez hallarda ölümə səbəb olur.
Davamı →

Keçəlləşmə problemi

Saç insanların xarici görünüşünün əsas elementlərindən biridir. Yaxşı qulluq edilən, zövqlə daranan saç forması təkcə xanımların deyil, kişilərin də xarici görünüşünü dəyişdirən amillərdəndir. Beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada saç tökülməsi, keçəlləşmə geniş miqyas alıb. 30-40 il öncə saç tökülməsi əsasən orta yaşlı və qoca kişilərin problemi sayılırdısa, artıq keçəlləşməni özünə dərd edənlər arasında qadınlar  və uşaqların da sayı sürətlə artmaqdadır.  

Araşdırmalar göstərir ki, Avropada (avropoid irqinə mənsub insanlarda) keçəlliyə daha çox rast gəlinir. Neqroid və monqoloid irqinə mənsub insanlarda isə keçəlləşmək nadir hallarda baş verir. Ümumilikdə isə saç tökülməsi dünyada çox geniş yayılmış problemə çevirilib. Həyatın hansısa çağında baş verən keçəlləşmə bəzən xəstəlik kimi də dəyərləndirirlər. İllər ötdükcə əzələlərimiz, sümüklərimiz, dərimiz kimi saçlarımız da qocalmağa başlayır: ağarır və seyrəlir. Saçın ağarması təbii proses olsa da, bu, ən azı seyrəlmə kimi böyük problem yaratdığına görə narahatlıq doğurur. Saç tökülmələri 18 yaşından başlayaraq davam edir.
Ardı →