Kefirin hazırlanması

Lazım olan ərzaqlar:
1 litr süd
1 yemək qaşığı kefir mayası
Şüşə qab
Plastik süzgəc

Hazırlanması:
Əvvəl südü qaynadın və qaymağını üzərindən təmizləyin. Ardından südə kefir dənələrini əlavə edin. İstifadə etdiyiniz qabın metal olmamasına diqqət edin.

Taxta qaşıqla yaxşıca qarışdırın və qabınızın üzərini təmiz bir bezlə bağlayın. 20-25 dərəcədə qaranlıq bir mühitdə 2 günə qədər südü saxlayın.

Bu müddətdə süd mayalanacaq. Mayalanmış südü plastik bir süzgəc, ya da tənziflə süzün. İstəsəniz, kefiri bu şəkildə sadə, ya da içinə meyvə dənələri əlavə edərək içə bilərsiniz.
Davamı →

Kefirin faydaları

Həzmə kömək edir. Bağırsaq florasını tənzimləyir.

Qidaların həzm edilməsinə və əmilməsinə yardımçı olur.

Bağırsaqlarda bu faydalı mikroorqanizmlər azaldığında ishal, qəbizlik, udma pozuqluqları yarana bilir. Kefir tərkibindəki təbii mikroorqanizmlərlə bu problemlərin qarşısını almağa kömək olur.

Həmçinin immuniteti gücləndirir, betakaroten olan tərkibi ilə immunitet sistemini dəstəkləyir, bədəndə yığılan toksin maddələrin törəməsini önləyərək, immunitet sistemini gücsüzləşdirən mikroorqanizmləri məhv edir.

Tərkibindəki yüksək miqdarda kalsiumla sümüklərin inkişafını dəstəkləyən kefir, böyümə dövründəki uşaqlara və yaşlıların artan kalsium ehtiyacına dəstək verir.

Gün ərzində 2 stəkan kefir içmək gündəlik kalsium ehtiyacının təxminən yüzdə 60 faizini təmin etmiş olur.
Davamı →

Kefirin faydaları

Probiotik qaynağı kimi tanınan kefirin insan sağlamlığına bir çox faydası var. Kefir süd turşusu və spirt fermentasiyası ilə əmələ gələn qatığa bənzər tünd konsistensiyalı, köpüklü, dadı yüngül turş süd məhsuludur.

Kefirin tərkibində insan bədəninə olduqca faydalı təbii bakteriyalar var. Bu faydalı bakteriyalar immun sistemini gücləndirməkdə, başda xərçəng olmaqla allergiya narahatlıqları, iştahsızlıq, yuxusuzluq, vərəm, bronxit, astma, eqzema və bir çox başqa xəstəliyə müsbət təsir edir. Ən əhəmiyyətlisi isə odur ki, xəstəliklərə qarşı müqavimət qazandırır. 
Davamı →