Kəlağayı - İpək kimi tarix

İncəlik və zəriflik nümunəsi olan kəlağayı, qədim zamanlardan günümüzədək xanımlarımızın sevimli aksesuarıdır. Bu zərif baş örtüyü müasir dövrdə də öz aktuallığını qoruyub saxlayır. Qədim zamanlar gəncliyə addım atan hər bir xanıma, elçilikdə ailə həyatı quracaq xanıma kalağayı hədiyyə edərdilər. Kalağayı Azərbaycan adətlərinə xüsusi rəng qatan dəyərdir. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılığı ona kəlağayısını verməklə bildirərdilər. Kəlağayını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Ənənəyə görə, yeni qurulan ailədə uşaq dünyaya gələn zaman onu, anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərmişlər. Gənc qızların, orta və yaşlı qadınların örtdüyü kəlağayılar bir-birindən fərqlənirdi. Adətən, toy zamanı gəlinin başına qırmızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayıya bürünərdi. Gənc qadınlar və qızlar kəlağayını “örpək”, yaşlı qadınlar isə “çalma” və ya “dingə” üsulu ilə bağlayardılar. Bu adət indi də davam edir. Qısacası kalağayı Azərbaycan xanımının qarderobunda daim xüsusi yerdə olub və olmağa da davam edir. 

Davamı →

Azərbaycan kəlağayısı

Azərbaycanda istehsalı qədimdən məlum olan kəlağayı ipək sapdan toxunmuş dördkünc formalı qadınlar üçün nəzərdə tutulmuş baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat” da deyilir. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı.

Kəlağayının haşiyəsi, bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları ornamentlərinə görə bir-birindən seçilirdi.

Yaşlı və qoca qadınlar kəlağayını çalma, yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.
Davamı →

Kəlağayı

Kəlağayı — ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna “çarqat”da deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı. Mənbələrin məlumatına görə hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.
Davamı →