Kişilər sosial şəbəkələrdə

1. Dərin fikirlər həvəskarı
«Dostlar — özümüzün seçdiyimiz bir ailədir».
O, özünə çox ciddi yanaşır, ona hər zaman güvənmək olar. O, hər şeyi yaxşı-yaxşı düşünüb, daha sonra hərəkətə keçməyə meyllidir.

2. Şikayətçi
«Fürsətdən istifadə edərək, bu gün dördyol ayrıcında qabağıma çıxana salam deyirəm».
Əgər sosial şəbəkələrdən bütün dünyaya öz kədərini çatdırmaq üçün istifadə edirsə, adi həyatda diqqətə ehtiyacı var. Çünki insan qəmli, kədərli halında daha çox diqqət qazanır.

Davamı →

Kişilər hansı qadınları əsla tərk etmir

Sizcə, kişilər hansı qadınları tərk edir? Cavab: Hamısını!
Amma gəlin, bir az obyektiv olaq. Kişilərin birinci düşməni ərköyün, isterik, baxımsız, yaxınlıqdan imtina edən qadınlardır. Bəlkə də problemin özəyi daha dərin qatlarda yatır.
Vazkeçilməz qadının əsas cəhətlərini təqdim edirik.

Davamı →

Kişilər başqa qadınlara niyə baxır?

Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır.

“Daily Telegraph” qəzetinin yayımladığı araşdırmada qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir.
Davamı →

Handikap prinsipi

Qadınlar niyə «pis» oğlanları seçirlər?
Məni düzgün başa düşün; klassik sentimental şeylərdən danışmayacağam burada. Sadəcə izah edəcəyəm. Fikir vermisiniz yəqin, aqressiv, bəzən isə əksinə, uşaq sifətli erkək cinsi nümayəndələri qadınların daha çox xoşuna gəlir. Xüsusilə də macərapərəstlər. Oğlanlardan biri paraşutla tullanır. Özü də dağlardan. O dəqiqə başına qadın cinsi nümayəndələri yığışır. Oğlan qumarbazdır. Bütün günü başı qovğadadır. Amma qızlara şirin gəlir.

Normadan kənara çıxan, özünü təhlükəyə atan nə varsa, qızların xoşuna gəlir. Lakin belə yaxından baxanda, başı bəlalı adam çox da çəkici olmamalıdır axı. Sabah bəlkə qumar borcu üstündə bıçaqladırlar? Ya da paraşut açılmadı və adam həlak oldu? Və s. Və s.

Fakt sadədir: qadınlar öz həyatını və varidatını təhlükəyə atan oğlanları daha çox bəyənirlər. Təbiətdə də belədir. Tovuz quşunun erkəyinin quyruğu əslində erkəyin özü üçün zərərlidir. İstənilən çaqqal böyük quyruğu olan tovuz quşunu yaxalayıb yeyə bilər.
Davamı →

Kişilər haqqında 10 fakt

Subay kişilərin yarı faizi 27 yaşına qədər ailəsiylə yaşayır.

Bir çox kişi 25-30 yaşına kimi evlənməyi düşünür, ancaq çox azı bu xəyalı gerçəkləşdirir.

Kişilər xoşladıqları qadın tiplərini axtarsalar da, çox vaxt sevdikləri xanım həmin kriteriyalara uyğun olmur.

Subay kişilər online vasitəsilə daha çox alış-veriş edirlər.

Subay kişilərin 66 faizi gələcək xanımları ilə bağlı xəyallar qurarlar.

Kişilərin çoxu ciddi münasibətə başlamazdan öncə 4-6 qeyri-ciddi münasibət yaşayarlar.
Davamı →

Kişilərin ağlından nələr keçir?

???Yaşını gizləyən qadın təhlükəlidirmi? 
Kişilər, yaşını deməməkdə israrlı olan qadınların biloji saatının çox sürətlə hərəkət etdiyini düşünür. Kişilər bu qadınlardan uzaq durmağa üstünlük verir. Çünki düşünürlər ki, tanışlıqdan 3 həftə sonra belə qadınlar çox güman ki, evlilik haqqında planlar qurmağa başlayır. 

İdaman salonuna gələn xanımlar
Kişilər idmana gedərkən ancaq idman haqqında düşünür və belə olmalı lazım olduğunu fikirləşir. Lakin idman salonuna baxımlı geyimlərdə gələn qadınların məqsədinin başqa olduğunu düşünür. Həmin qadınların ancaq özünü göstərmək və nümayiş etdiyi üçün gəldiyini düşünürlər. Əslində, bu məsələdə haqsız da deyillər. 

Yeniyetməlikdən ayrılmayan qadınlar 
Kişilər çəhrayı və əlvan rənglərə düşkün qadınları yetkinlik yaşına çatmış hesab etmir. Bütün əşyaları çəhrayı rəngli olan qadınların uşaq xarakterli olduğunu düşünür. 

Rəqabət mühitində narahat olurlar.
Kişilər sevgililərinə dostluq hekayələri anlatmağı sevdiyini deyir. Fəqət, sevgililəri qarşılığında daha maraqlı hekayələr danışırsa, kişilər rəqabət mühitində özlərini yaxşı hiss etmir. Hətta bundan narahat olduğunu gizlətmirlər.
Ardı →

Kişilər, kişilər...

Marqaret Dürasın «Məşuq» povestinin təsirindən tez çıxsaydım və homoseksualla xoşbəxt həyat sürən yazıçının indi yazacağım fikirləri ilə rastlaşmasaydım, heç bu yazını da yazmayacaqdım. Madam Düras müsahibələrinin birində belə deyib: «Rober Antelm, gecə-gündüz yolunu gözlədiyim, düşərgələrdən qayıdıb gizlicə təqib etdiyim, bağlandığım, nə inkar, nə də unuda bildiyim insandır. Onu bundan artıq sevə bilməzdim. Dionis Maskolo isə, sadəcə mənə həyatın mənasını və oğlum Janı bağışladı.»
Davamı →