Kişilər hansı qadınları əsla tərk etmir

Sizcə, kişilər hansı qadınları tərk edir? Cavab: Hamısını!
Amma gəlin, bir az obyektiv olaq. Kişilərin birinci düşməni ərköyün, isterik, baxımsız, yaxınlıqdan imtina edən qadınlardır. Bəlkə də problemin özəyi daha dərin qatlarda yatır.
Vazkeçilməz qadının əsas cəhətlərini təqdim edirik.

Davamı →

Kişilər analarına bənzəyən qadınlara aşiq olurmuş

Bir çox hallarda qadınlar həyatında olan kişinin anasına bənzədiyinin fərqinə varır. Qadınlar bunu büruzə verməsə də, bu kimi hallar dünyanın hər yerində yaşanır.
 Finlandiyada aparılan araşdırmalar nəticəsində kişilərin onların analarına bənzəyən qadınlardan daha çox xoşlandığı məlum olub.
Davamı →

Kişilər qadınları niyə tərk edir?

Sevgilinizin sizi niyə tərk etdiyini heç cür anlaya bilmirsinizsə, bu yazı məhz sizin üçündür. Kişilərin ayrılıq zamanı etiraf edə bilmədiyi əsl tərk etmə səbəblərini bilmək istəyirsinizsə, yazını sona qədər oxumağınızı tövsiyə edirik.

Yaxşı davam edən bir münasibətiniz birdən-birə səbəbini anlamadığınız bir şəkildə tərk edilməyiniz ilə nəticələndi? O, sadəcə “problem səndə deyil, məndədir” deyib getdi? Həqiqətən də problem sizdə yox, onda ola bilər. Ancaq həm də münasibətinizdə fərqinə varmadığınız bir çox problem də ola bilər. Münasibətlərinizdə eyni səhvləri təkrarlamamaq üçün bu problemlərin fərqinə varmağınızda fayda var.
Davamı →

Kişilər haqqında 10 fakt

Kişilər də ən az qadınlar qədər çətin varlıqlardır. Söhbət sevgi münasibətlərindən gedirsə, bu vəziyyət iki qat artır.
1. Hər kəs qadınların daha tez aşiq olduğunu düşünür. Lakin aparılan araşdırmalar sübut edib ki, kişilər qadınların düşündüyündən daha sürətlə aşiq olurlar.
2. Seksə başlayan tərəf hər zaman kişilər olmaq məcburiyyətində deyil. Buna görə də qadın ilk addımı atdıqda, bu, kişilərin çox xoşuna gəlir. Eyni zamanda, fərqli təcrübələr yaşamaq da onları başdan çıxarır.
3. Evli cütlüklər üzərində aparılan araşdırmalardan biri sübut edib ki, yenidən evlənmə şansları olsa, kişilərin 90%-i yenə eyni qadını seçər. Yəni münasibətlərdə bağlılıq yalnız qadınlara məxsus deyil.
Davamı →

Kişilər haqqında 10 fakt

Subay kişilərin yarı faizi 27 yaşına qədər ailəsiylə yaşayır.

Bir çox kişi 25-30 yaşına kimi evlənməyi düşünür, ancaq çox azı bu xəyalı gerçəkləşdirir.

Kişilər xoşladıqları qadın tiplərini axtarsalar da, çox vaxt sevdikləri xanım həmin kriteriyalara uyğun olmur.

Subay kişilər online vasitəsilə daha çox alış-veriş edirlər.

Subay kişilərin 66 faizi gələcək xanımları ilə bağlı xəyallar qurarlar.

Kişilərin çoxu ciddi münasibətə başlamazdan öncə 4-6 qeyri-ciddi münasibət yaşayarlar.
Davamı →

Kişilər özlərinə bənzəyən qadınları sevgili seçirlər

Kişilər üz xətləri özlərinə bənzəyən qadınları daha cazibədar hesab edirlər. Fransadakı Monpelye Elm İnstitutunun mütəxəssisləri yeni araşdırmalarından sonra bu qənaətə gəliblər.

Sən demə, güclü cinsin nümayəndəsi göz rəngi, yanağında qəmzə kimi özəllikləri üst-üstə düşən qadınlarla birlikdə olmağı üstün tuturlar.

Belə ki, araşdırma çərçivəsində könüllülərə 100 qadının fotosu göstərilib. Onlardan üzərində fotoşopla əməliyyatlar aparılan şəkillərdəki qadınlardan xoşlarına gələnləri seçmək tələb edilib. Nəticədə kişilərin çoxu özləri ilə eyni göz-saç rəngi, eyni dodaqlara sahib olan qadınları seçiblər. Onlar özlərinə bənzəyən qadınların daha cazibədar olduqlarını düşünürlər. Ən azı bir uşağı olan onlarla cütlüyün qatıldığı digər araşdırma da eyni nəticəni verib.

Ümumiyyətlə isə, kişilər özlərinə həyat yoldaşı, sevgili seçərkən daha çox fiziki özəlliklərə, qadınlar isə insanlığa, sosial statusuna diqqət edirlər.
Davamı →

Kişilər hansı yaş dövründə romantik olurlar?

Cim Forvard İngiltərədə apardığı bir araşdırma nəticəsində məlum olub ki, kişilərin ən romantik yaşı 53-dür.
Araşdırmaçılar 18 və 65 yaş arasında 2 min nəfər arasında aparılan araşdırmada 51 və 55 yaş aralığındakı kişilərin 4-də 3-nün hər gün ən romantik jest hesab olunan “səni sevirəm” ifadəsini istifadə etdiyini bildiriblər.

Araşdırmaçılar 50-55 yaş arasında olan kişilərin gənc kişilərə nisbətən eşqə daha çox həvəsli olmasını və tərəf müqabillərinə sürpriz etməyi daha çox sevmələrini açıqlayıb.

Bu tip kişilərin yarısı şeir yazaraq, yarısı isə romantik həftə sonu gəzintilər təşkil edərək tərəf müqabillərinə sürpriz etməyi sevirlər.


Ardı →

Kişilər haqda bilmədiklərimiz

— Əsl kişini qadını sevməlidir! Bütün qadınların da arzuladığı ən əsas məqam budur. Kişilər isə  çox vaxt sevmir, daha doğrusu sevə bilmir.

— Əsl kişi həmişə qadının istəyini yerinə yetirər

— Əsl kişi odur ki, həyat yoldaşının doğum gününü yadında saxlayar, ancaq bilmir ki, onun neçə yaşı tamam olur. Həyat yoldaşının yaşını bilib doğum gününü unudan kişi isə...

— Kişi heç vaxt yaşını gizlətmir məhz bu səbəbdən onlar arasında uzun ömürlülər daha çoxdur. 

— Adi kişilər həyatda heç bir iz qoya bilmir ancaq əsl kişilər möhür qoyub gedənlərdir.

— Qadınsız kişi “sepsis” velosiped kimidir. 

— Kişilər həyatı boyu gördükləri işləri yalnız özü üçün edir, yalnız avarçılığı özləri üçün edirlər. 
Ardı →

Kişilər hisslərini niyə gizlədir?


Mütəxəssislər müasir kişilərin hisslərini gizlətməsinin bir neçə səbəblərini açıqlayıb. 

  • Kişilərin hisslərini açıq şəkildə etiraf etməməyinin əsas səbəbi bir qadına tam bağlanıb, azadlığını itirmək istəməməsidir. Bundan başqa müasir kişilər üçün tanışlıq və seçimlər çoxdur. Kişi fikrini dəyişə bilər ehtimalını düşünür və sevgisini tam hiss etdirmir. Təbii ki, bütün kişilər belə deyil. Əsl sevgini gizlətmək qeyri-mümkündür.
  • Kişilər hər şeyi qapalı edir. Hissləri də bu kateqoriyaya daxildir.
  • Kişilər qadınlar tərəfindən  rədd edilməyə alışıblar. Bu səbəblə də, hisslərini dilə gətirmir və qorxurlar. Başlanğıcda kişilər məntiqli olur və duyğysallığa qapılmır. Duyğusal olmağı zəiflik hesab edirlər. Çərşənbə axşamı öz-özünə “Ona çərşənbə günü zəng edəcəyimi düşnürəm” deyir. Bir çox kişilərin qadının ona çərşənbə günü deyil, başqa bir gün ethyacı olduğunu ağlına gətirmir. Elə isə niyə belə davranırlar? Bunu, “özlərini qorumaq və vəziyyəti nəzərət altında saxlamaq üçün edirlər”.

Ardı →

Kişilərin ağlından nələr keçir?

???Yaşını gizləyən qadın təhlükəlidirmi? 
Kişilər, yaşını deməməkdə israrlı olan qadınların biloji saatının çox sürətlə hərəkət etdiyini düşünür. Kişilər bu qadınlardan uzaq durmağa üstünlük verir. Çünki düşünürlər ki, tanışlıqdan 3 həftə sonra belə qadınlar çox güman ki, evlilik haqqında planlar qurmağa başlayır. 

İdaman salonuna gələn xanımlar
Kişilər idmana gedərkən ancaq idman haqqında düşünür və belə olmalı lazım olduğunu fikirləşir. Lakin idman salonuna baxımlı geyimlərdə gələn qadınların məqsədinin başqa olduğunu düşünür. Həmin qadınların ancaq özünü göstərmək və nümayiş etdiyi üçün gəldiyini düşünürlər. Əslində, bu məsələdə haqsız da deyillər. 

Yeniyetməlikdən ayrılmayan qadınlar 
Kişilər çəhrayı və əlvan rənglərə düşkün qadınları yetkinlik yaşına çatmış hesab etmir. Bütün əşyaları çəhrayı rəngli olan qadınların uşaq xarakterli olduğunu düşünür. 

Rəqabət mühitində narahat olurlar.
Kişilər sevgililərinə dostluq hekayələri anlatmağı sevdiyini deyir. Fəqət, sevgililəri qarşılığında daha maraqlı hekayələr danışırsa, kişilər rəqabət mühitində özlərini yaxşı hiss etmir. Hətta bundan narahat olduğunu gizlətmirlər.
Ardı →