Əlcək seçərkən nələrə fikir vermək lazımdır?

Model, faktura, rəng və forma baxımından zəngin müxtəlifliyi olan əlcəklər, müasir gündə çoxluq təşkil edir. Bəs, əlcək seçərkən nələrə fikir vermək lazımdır? Düzgün əlcək seçmək üçün ilk öncə büdcəni və məqsədi dəqiqləşdirmək və yalnız bundan sonra alış-verişə çıxmaq lazımdır.

Rənglər
Əgər qara və qəhvəyi rənglər sizə çox darıxdırıcı gəlirsə, palto və ya gödəkçənizə uyğun digər bir rəng seçimi edin. Üst geyiminizin rəngindən biraz tünd və ya açıq rəng seçə bilərsiniz, həmçinin zümrüd rəngi, tünd göy rəngləri də bu il seçiminiz ola bilər. Müxtəlif printlərdən də seçim edə bilərsiniz: həndəsi və animasiya.
Davamı →

Kişinin özünə inamını artıran geyimlər hansılardır?

Modanın tendensiyasına uyğun geyinən kişilər hər zaman diqqəti özlərinə cəlb etmişlər. Dəbli kişi yaraşıqlıdır və müasirdir. Dəbli kişi özünə inandığından uğur qazanmaq şansları daha yüksək olur. 

Bir müddət öncə kişi moda stili kifayət qədər sərt çərçivəyə malik idi. Kişilər yeganə dress-koda uyğun olaraq geyinirdilər. Kişi geyiminin rəng qamması qara, boz və qəhvəyi rəngin çalarları ilə məhdudlaşırdı. Yalnız aksessuar seçimində müəyyən azadlıqlar var idi.

Müasir kişi modası isə kişilər qarşısında geniş imkanlar yaradır, onlara azadlıq bəxş edir. İsti, parlaq rənglər nəinki xanımların, həmçinin kişilərin qarderobundan mövcuddur. Kostyum seçərkən kişi ovqatına uyğun seçim edə bilər və ən əsası fərdi üsluba malik olmağın kefini yaşaya bilərsiniz.

Müasir modanın tendensiyası kişilərə həyat tərzlərinə, imic və xarakterlərinə uyğun paltar seçərkən azad üslubla rəng çalarlarını qarışdırmağa imkan verir.
Davamı →

Kişilər üçün düzgün geyim formaları

Düzgün və zövqlə seçilmiş geyim ətrafdakı insanlarda, xüsusilə də əks cinsdə xoş təəssürat yaratmağın ən yaxşı yoludur. Forması və ölçüsü düzgün olmayan geyimlər isə sizin haqqınızda yanlış fikir formalaşdıra, sizi səliqəsiz və zövqsüz biri kimi qələmə verə bilər.

Bu postumuzda isə sizə bir neçə kişi geyimlərinin düzgün formasını təqdim edirik:
Davamı →

Belə geyinən kişilərdən uzaq durun

Sevgilinizin geyim seçimlərinə, tərzinə önəm verməyə, yaxud fərqinə varmaya bilərsiniz. Bəlkə də düşünürsünüz ki, «mən onu geyiminə görə sevmirəm ki…»

Amma kişilərin geyim tərzini önəmsəyən qadınlar üçün bəzi məlumatlarımız var. İstər geyim detallarına fikir verməməkdən, istərsə də ətrafa qarşı laqeydsizlikdən qaynaqlanan pis hallarla qarşılaşa bilərsiniz. Bu dünyada geyimilə sizi özündən soyudan kişilər də ola bilər. Kişini kişi edən geyimləridir — bunu unutmayın! Kişilərin geyim tərzinə görə xasiyyətləri bunlardır:

1. Dərin V formasında yaxalı köynək geyinən kişilər möhtəşəm biri olduqlarını düşünürlər.

2. Qara ayaqqabı ilə ağ corab geyinən kişilər uşaq kimirdilər. Onlara bir az daha böyümək lazımdır.

3. Ağzı iplə bağlı parçadan çantalar daşıyan kişilər ciddi iş ortamlarına qoşulmurlar.

4. Basketbol oynamadığı vaxtlarda da basketbol şortikini geyinən kişilər çox tənbəldirlər. Yuxudan oyananda belə, paltarlarını dəyişmək istəməzlər.


Ardı →

Qalstukun tarixi, yoxsa Tarixi qalstuk?

Halstuck1660-cı ildə Fransız Kralı XIV Luinin ordusunda döyüşən əsgərlər arasında bir qrup əsgər vardı ki, paltarlarındakı bir detal səbəbiylə digər əsgərlərdən rahatlıqla fəqlənə bilirdi.

  Orduda xidmət edən xorvat əsgərlərini fərqli edən boyunlarına taxdıqları şallar idi. Döyüşə gedən xorvat əsgərlərini yola salan yoldaşları, anaları başlarından çıxartdıqları örtükləri sevdikləri adamların boyunlarına bağlayır və bir düyün atırdılar. Bir tərəfdən evlərindən uzaqda olduqları müddətcə bu örtükləri hər gördüklərində özlərini və evlərini xatırlamalarını istəyir, bir tərəfdən də atdıqları xüsusi düyünlərin kişiləri pisliklərdən qoruyacağına inanırdılar.

   Fransızlar taxdıqları bu örtüyə «Ala Croate- Xorvat Üsulu» adını verdilər. Amma biz bu addan deyil, qalstuk adından istifadə edirik. Qalstuk ― alman dilində  Halstuck kimi səslənir, tərcüməsi isə  “boyun yaylığı” deməkdir. Bu söz bizə almanlardan gəlmişdir. Qalstuk XVII  əsrdə  Fransız aristokratları arasında dəbə çevrildi.

Onun kişilərin həyatına daxil olmasıyla bərabər, problemlər də meydana gəldi.


Ardı →

Dar şalvar kişilərdə sonsuzluğa səbəb olur


ABŞ-da fəaliyyət göstərən İnvestigation of Childlessness dərnəyinin apardığı bir tədqiqat zamanı əsasən, gənclərin üstünlük verdiyi dar şalvarlar sonsuzluq probleminin baş qaldırmasına səbəb ola bilər.

Dar şalvar geyinən zaman kişilərdə yumurtalıqlar bədənə yapışır və bu zaman həmin bölgədə bədənin temperaturu artır bu isə sperma hüceyrələrinin hərəkətinə mənfi təsir etməklə yanaşı həm də sperma hüceyrələrinin miqdarının artmasına mane olur.

Tədqiqat əməkdaşları qadınlarda isə sonsuzluq problemlərinin əsasən iltihabi xəstəliklərdən meydana gəldiyini bildirirlər.
Davamı →