Peter Pan sindromu

Adından da məlum olduğu kimi “Peter Pan sindromu” James Matthew Barrienin yazdığı eyniadlı romanındakı böyüməyi rədd edib, həmişə uşaq qalmaq istəyən qəhrəmanın adından bəhrələnilib. İlk dəfə 1983 cü ildə psixoanalitik Dan Kiley tərəfindən işlədilən bu sindrom fərdi ictimai vəzifələrin və məsuliyyətlərin başlaması ilə ortaya çıxır və asasən 25-40 yaş arası kişilərdə daha çox rast gəlinir.

Peter Pan sindromlu insanlar böyümək və yaşlanmaq istəmir, işə başlamaq, ailə qurmaq, övlad sahibi olmaq kimi yetkin insanlar üçün normal olan fəaliyyətlərin heç birini həyata keçirə bilmirlər.

Davamı →

Kişilərə aid psixoloji sindromlar

Boss sindromu – deyə bilərik ki, anadangəlmə xarakter daşıyır və valideynlər qeyri-ixtiyarı uşaqlarda bu “ağa” hissini inkişaf etdirir, “yumuşaqlıq” xüsusiyyətlərinə  qarşı isə ikrah hissini yaradırlar. Bu xarakterli kişilərin 70%-i qadın rəhbərinin əmri altında işlədikdə, 65%-i isə həyat yoldaşları onlardan daha çox pul qazandıqda əziyyət çəkirlər. 58%-i isə uğurlu kariyera əldə etmiş qadın həmkarlarına qarşı dəhşətli qısqanclıq və paxıllıq hissi keçirirlər. Bu sindromdan azad olmaq demək olar ki, mümkün deyil.
Davamı →