Hansı səbəblərdən kişilərdə sonsuzluq yarana bilər

Requlyar cinsi həyat fonunda 1 il ərzində, heç bir qoruyucu vasitədən istifadə etmədən hamiləliyin olmadığı hal sonsuzluq (dölsüzlük) adlandırılır.
1 il müddəti də təsadüfi seçilməmişdir, statistik rəqəmdir. Məlum olmuşdur ki, hamilə olan qadınların 30 % – də birgə həyatın birinci 3 ayında, 60 % – də 7 aylığına qədər, qalan 10 % – də isə 11 – 12 aylığında hamilə qalmışlar. Ona görə də bir il müddət həm mayalanmanın baş tutması üçün, həm də hamiləlik olmadığı halda sonsuzluq haqqında danışamaq üçün kifayət qədər əsas verir.
Davamı →

Kişi sonsuzluğu

Hər bir kişi müəyyən yaşdan sonra nəslin davam etdirilməsi və dünyaya varisin gətirilməsi haqqında düşünür. Özünə həyat yoldaşı seçdikdən sonra ailə həyatına başlayır. Əksər hallarda nigahın artıq ilk aylarında hamiləlik baş verir, lakin bəzən problemlər meydana çıxır. Statistikaya əsasən, hər 10 ailədən biri sonsuz olur, yəni tibbin köməyi olmadan hamilə qalmaq iqtidarında olmur.
“Sonsuz nigah” – müxtəlif kontrasepsiya metodlarından istifadə etmədən cinsi həyatın 12 ayı ərzində hamiləliyin olmadığı nigah adlandırılır.

Davamı →