Kişi tərzində vacib məqamlar

1. Geyimləri doğru ölçüdə seçin. Bir çox insanlar səhfən geyimləri bir ölçü kiçik və ya böyük geyinirlər. Öz ölçülərinizi dəqiq bilin və satıcılara imkan verməyin sizlərə səhv ölçüdə geyimləri “soxuşdursunlar”.

2. Kəmər, ayaqqabı və çantanın rənglərini müqayisə edin. Bu rənglər eyni və ya yaxın olmalıdırlar. Qara, qəhvəyi və boz rənglər klassika olaraq qalır.

3.
Qarnın olması daha enli bel şalvarın seçiminə məcbur edir.

4. Yaxşı olar ki, köynək kostyumun rəngindən açıq olsun. Bu sizi daha sport və səliqəli göstərəcək.

5. Eyni zaman kəmər və çiyinbağından (подтяжки) istifadə etmək olmaz.

6. Kök kişilər daha enli qalstuklara üstünlük verməlidirlər.
Davamı →

İşgüzar görkəmdə buraxılan 10 səhv

Bəzən iş rejiminiz “cəhənnəmi” əvəz etsə də, görkəminizə mütləq diqqət yetirməlisiniz. Kişilərin işgüzar görkəmlərində buraxdıqları səhvlər bunlardır:

1. Bel çantası (pюкзак)
Unutmayın ki, siz karyera pilləkənlərini qalxmağa çalışırsınız, dağa yox. Çalışın bel çantasını daha klassik ya da ən azından “messenger bag” tipli çantalarla əvəzləyin. Yox əgər idman çantası sizin üçün vacibdir isə, bu zaman daha bahalı və şık görkəmli çantaya müraciət etməlisiniz.

2. Rəng çoxluğu və ya qışqıran rənglər
Rəng çoxluğu yalnız kinoaktyorlarda yaxşı görsənir. Siz isə maksimum 3 rəngdən istifadə etsəniz yaxşı olar.
Davamı →

Kişinin özünə inamını artıran geyimlər hansılardır?

Modanın tendensiyasına uyğun geyinən kişilər hər zaman diqqəti özlərinə cəlb etmişlər. Dəbli kişi yaraşıqlıdır və müasirdir. Dəbli kişi özünə inandığından uğur qazanmaq şansları daha yüksək olur. 

Bir müddət öncə kişi moda stili kifayət qədər sərt çərçivəyə malik idi. Kişilər yeganə dress-koda uyğun olaraq geyinirdilər. Kişi geyiminin rəng qamması qara, boz və qəhvəyi rəngin çalarları ilə məhdudlaşırdı. Yalnız aksessuar seçimində müəyyən azadlıqlar var idi.

Müasir kişi modası isə kişilər qarşısında geniş imkanlar yaradır, onlara azadlıq bəxş edir. İsti, parlaq rənglər nəinki xanımların, həmçinin kişilərin qarderobundan mövcuddur. Kostyum seçərkən kişi ovqatına uyğun seçim edə bilər və ən əsası fərdi üsluba malik olmağın kefini yaşaya bilərsiniz.

Müasir modanın tendensiyası kişilərə həyat tərzlərinə, imic və xarakterlərinə uyğun paltar seçərkən azad üslubla rəng çalarlarını qarışdırmağa imkan verir.
Davamı →

Kəmərlər

Kişi kəmərini necə seçmək lazım olduğu barədə hər şeyi bilməlisiniz. Üstəlik, şalvarı kəmərsiz geyinmirlər, bu dəyişilməz bir qaydadır! Kişi kəmərlərinin tarixi uzun əsrlər boyu davam edir.

Qədim zamanlarda kəmərin(toqqanın) varlığı onun sahibinin sanballılığının və varlı olmasının göstəricisi idi. Kəmərlərin içində qəpik və qiymətli əşyaları saxlayırdılar. Cəngavər üçün kəmər şərəf və ləyaqət rəmzi idi. Onu itirmək böyük rüsvayçılıq sayılırdı.

Bu gün hər kişi asanlıqla öz zövgünə, büdcəsinə və geyim tərzinə uyğun kəmər seçə bilər. Beləliklə, gəlin kişi kəmərini necə düzgün seçmək və almaq, onu necə və nə ilə geyinmək və onu necə düzgün saxlamaq lazım olduğu barədə danışaq.
Davamı →

Düzgün ayaqqabı, corab, şalvar seçimi

Geyindiyiniz şalvarın ayaqqabı və corab ilə uyğun olması çox önəmlidir. İdman tərzində geyinərkən ayaqqabı və corabı seçəndə nələrə diqqət etmək lazımdır? 

Şort və idman şalvarı geyinərkən corab və ayaqqabı kombinasiyası necə olmalıdır?
Əgər, aktiv idmanla məşğulsunuzsa, bu nümunələr işinizə yaramaya bilər. Lakin gündəlik olaraq idman tərzində geyinirsizsə bunlara diqqət etməyinizdə fayda var.

Ayaqqabıdan çox da görünməyən uzunluqda qara və ya şort rəngində olan corablar geyinilməlidir. Tennis ayaqqabıları tipli idman ayaqqabıları, bağı olmayan parça ayaqqabılardan istifadə edilməlidir.
Davamı →

Gözəl saqqal üçün bunları edin

Saqqal saxlamaq indi dəb halını alıb. Amma hansı səbəblərdənsə bəzi kişilərin üzündə tüklər tez uzanır və cod olur, bəzilərində isə gec uzanır. Əgər siz də üzünüzdə sağlam və cod tüklərin çıxmasını istəyirsinizsə, o zaman bir neçə texniki hiyləgərliyə əl atmaqla buna nail ola bilərsiniz.

1. Üzünüzü daima təmiz saxlayın və qulluq edin.
Piy, çirk və toz dəridə təbəqə əmələ gətirib follikulların inkişafının qarşısını alır. Üzün təmizliyi follikulların inkişafına təkan verir və tüklərin tez uzanmasına səbəb olur. Bunun üçün aşağıdakılara əməl etmək lazımdır:

— Üzünüzü isti su və az miqdar təmizliyici vasitə ilə gündə iki dəfə yuyun. Yuyucu vasitənin sadə yuyucu vasitə olmasına çalışın ki, dəriniz qıcıqlanmasın.
— Günün istənilən vaxtı üzünüz kirləndikdə, tərlədikdə və yağlandıqda onu isti su ilə yuya bilərsiniz.
— Əgər üzünüzdə tük əvəzinə səpgilər meydana gələrsə, o zaman həftədə iki dəfə kəpək əleyhinə şampunla üzünüzü yuya bilərsiniz. Bu zaman çalışın dərinizi qıcıqlandırmayasınız.
Davamı →

Çimərlik şortu seçərkən diqqətli olun

Əgər hələ də çimərlik şortunu almamısınızsa bu yazı sizin üçündür.
Çimərlik şortu seçmək üçün dəniz geyim firmaları yaxşıdır. Çimərlik şortu alarkən ilk diqqət etməli olduğunuz şey parçanın növüdür. Parça çox qalın və ya çox incə olmamalıdır. Çimərlik şortları diz qapağının üstündə qalacaq şəkildə seçilməlidir.

Yaş xüsusiyyətlərinə görə bu uzunluq arta bilər. İdeal çimərlik şort uzunluğu isə diz qapağının bir neçə santimetr yuxarısında olmalıdır.

İndiki vaxtda bir çox rəng, model və naxışda çimərlik şortları istehsal edilir. Şortu yay dəbinə uyğun da seçə bilərsiniz. Bəzi çimərlik şortlarının gizli cibləri olur. Bu ciblər çimərlikdə çox vaxt keçirirsinizsə köməkçiniz olacaq.

Alacağınız şortun kəmər hissəsinə də diqqət etməlisiniz. Şortun kəmər və iplərinin möhkəmliyi alınan zaman test edilməlidir. Əgər tikiş sökülübsə almayın.
Davamı →