Xəyanət edən kişilərdə müşahidə edilən davranışlar

Qadınların bir qismi sevgililiyin, evliliyin müəyyən bir dövründə xəyanətə məruz qala bilərlər. Bilərlər deyirəm. Amma bunu normallaşdırmaq doğru deyildir. Qadın xoşbəxtlikdir. Xoşbəxtliyin yaradıcısıdır. Xəyanətin olmasında kişi ilə bərabər özünün də günahı vardır… Lakin burda bir şey söyləmək istəyirəm: insan övladı əlindəki ilə kifayətlənmir, hər zaman daha çoxunu, daha yaxşısını axtarır ...
Xəyanətə məruz qalan qadınlar xayanət edildiyini hiss edirlər. Bu hisslər boş boşuna deyildir. Bəzən yanlış hislər ola bilər. Amma əgər qadın nəyisə sezirsə, bu çox vaxt doğru çıxır. Xəyanət edən kişilərin əksəriyyətində müəyyən hərəkətlər, davranışlar olur. Həmişə davrandığından fərqli davranışlar sərgiləyirlər.

Davamı →

Kişiləri xəyanətə sürükləyən səbəblər

Bitmiş sevginin ardından çoxları özünü günahkar hesab edir və “mən harada səhv etdim?” sualı ilə başını yorur. Bu sualla başı yormamaq üçün əvvəlcə kişiləri qadınlardan soyudan səbəbləri bilmək lazımdır. 

Yaxınlıq üçün tələsməyin. Təzə tanış olmusunuzsa, bir-birinizi tanımaq üçün fürsət verin. Kişilərin qadınları tapmaca kimi kəşf etməyi sevdiyini unutmayın.

Kişilərin seks üçün aldatdığını düşünürsünüzsə, yanılırsınız. Kişilər mənəvi duyğularını təmin edə bilməyən və ehtiyacı olduğu diqqətini görməyən zaman təsəllini başqa qadınların yanında axtarır.

Ehtirası təmin etmək məqsədilə — Kişilər sevdiyi qadında axtardığı həyəcanı artıq hiss etmədiyi zaman bir gecəlik eşqlərə baş vurur.

Bir çox məsələlərdə qadınların bacarıqlı və hiyləgər olduğunu bilirik. Ancaq kişilər bunu başa düşən zaman qadınlara nifrət edir. Çünki özünü aldadılmış hiss edir.

Kişilərin danışmaqdan çox xoşu gəlmir. Buna görə də hər detal haqqında məlumatlandıraraq kişiləri boğmayın. Sizin həyatınızda baş verən hər xırda şeyin onu maraqlandırmadığını unutmayın.
Ardı →

Kişilərin qəribə xəyanət arqumentləri

Kişilərin qadınlardan daha çox xəyanət etdiyini hamımız bilirik. Bəs kişilər nəyə görə sevgililərinə, həyat yoldaşlarına xəyanət eetməyə vadar edən səbəblər nələrdir?

Başqa biri ilə əvəz olunduğumuz vaxt ağlınıza “niyə” sualı gəlir. Bu çox normaldır. Çünki heç bir qadın aldadılmağa layiq deyil. Kişilər üçün “niyə” sualının cavabını vermək sizə düşündüyüz qədər asan gəlməsin. Bəzən ehtiraslı  baxış, bəzən bir az qəzəb, bəzən də seksual istəklər aldatmaq üçün səbəbdir. 


Ardı →

Aldadılan qadınların intiqamı

Aladadılan qadın mütləq intiqam alır...

Qadınlar ilk olaraq xəyanətin qoxusunu hiss edirlər. Daha sonra şübhələrin arxasınca gedirlər. Aldatıldığından şübhələnən qadını durdurmaq mükün deyil. 

Kişilər niyə xəyanət edir? Bütün kişilər xəyanət edirmi? Xəyanət edən kişi vicdan əzabı çəkirmi?

Bu kimi sualları başqa bir vaxta saxlayıb aldadılan qadınların nə etdiklərindən danışacağıq.
Kişilər xəyanət etdikləri zaman bunu sevdiyi qadından gizli qalacağını düşünsələr də, xəyanətləri bir gün ortaya çıxır. Qadınlar əvvəlcə şübhələnir və daha sonra başlarına gələn ən pis şeyin izinə çıxırlar. Qadınları şübhəyə salan məqam kişinin davranışındakı dəyişiklikdir. 

Ona olan diqqətini itiribsə, dalğın, gərgin və stresslidirsə, deməli, nəsə var… Heç bir səbəb olmadan əsəbi davranır, hətta mənasız davalar belə çıxara bilir. Bundan başqa huzursuz olur və cinsi istəkləri də azalır. Evə gəldikdə isə mobil telefonunu yanından ayırmır və gələn zənglərə ehtiyatla yanaşır. Ya da evə gəldikdən sonra telefonu səssiz rejimə qoyur. Bəziləri isə telefonu söndürür. Məşhur bir psixoloqun yanına gələn qadınlardan biri isə “Telefonu alt paltarında gizlətdiyini gördüyüm zaman məni aldatdığını anlamışdım”  deyib. Qısası, qadınlar bunu yaxşı hiss edirlər. 
Ardı →

Hansı xəyanət daha pisdir?

Duyğusalmı, ya cinsi xəyanət daha pisdir? 
Kişilər və qadınlar hər mövzuda fərqli düşündüyü kimi bu barədə də fərqli düşünür. Qadınlar duyğusal xəyanəti bağışlaya bilməzkən, kişilər də başqası ilə birlikdə olan qadını bağışlaya bilmir. 

Aparılan araşdırmalarda göstərilir ki, qadınlar həyat yoldaşını uşaqlarını birlikdə böyüdüb boya-başa çatdırcağı şəklində seçir. Lakin duyğusal olaraq xəyanət onların bu arzusunu öldürür və güvənlərini sarsıdır.

Kişilər isə həyat yoldaşlarının başqa bir ilə cinsi olaraq xəyanət etməsini bağışlaya bilmir. əgər uşaqları varsa, onları şübhə bütün həyatları boyu didib-dağıda bilər. Beləki, uşağın kimdən olması sualı onları heç vaxt rahat buraxmayacaq. 

Kişilər cinsi xəyanətdən qadınlar isə  duyğusal xəyanətdən olduqca peşman olur və vicdan əzabı çəkir. Aralarında inam olan qadın və kişilər münasibətlərini azad şəkildə yaşamalarına baxmayaraq, bir az qadağalar problem yarada bilmir. Çünki onlar münasibətlərini birlikdə qərar veriblər. buna görə də aralarında tam güvən olan sevgililərin xəyanət etməsi və aldatması olduqca aşağı səviyyədədir. 

Buna görə də duyğusal xəyanət hər iki tərəfə olduqca təsir edir.  Lakin aralarında güvən olmayan cütlüklərdə cinsi xəyanət daha böyük hadisəyə səbəb ola bilər.
Davamı →