Alicənablıq: seks, qadınlar, xəyanət...

  • Sevgi
Dünya dəyişsə də müəyyən təməl prinsiplər dəyişilməz qalır. Bunlar əsasən əlxaqla, etik qaydalarla bağlı prinsiplərdir. Bunlardan biri də centlmen, yəni alicənab olmaqla bağlı qaydalardır. Müasir dövrümüzdə alicənablıq qaydalarının daha mövcud olmadığını düşünə bilərik, amma bu hər kəsin özündən asılır. Hər bir kişi centlmen olmalıdır, çünki bundan daha yaxşı bir şey yoxdur.
1. Dürüst olun və niyyətinizi nədirsə, onu bəlli edin.
Sevgili olmağı düşünmürsünüzsə, bunu ona deyin. Axtardığınız şey başqadırsa, zatən bu münasibət alınmayacaq, aldatmağın mənası yoxdur. Qadınlar əşya deyil, fərddir. İstifadə edib atacağınız insanlar deyillər. Əgər bir gecəlik münasibət axtarırsınızsa, bunu əldə etmək üçün yalan danışmağınıza ehtiyac yoxdur. Küçədə sizin kimi düşünən və kağız üzərində qələbə əldə edə biləcəyiniz xeyli qadın var.
Davamı →

Məsuliyyətsiz kişilər

Bu yazımda azərbaycanlı kişilərdən yazmışam. Bizim qadınlardan yazılmış onlarla publisistik məqa var. Həmin məqalələrin çoxu da tənqidi xarakterlidir. Orda qadınların təhsildən, bilgidən uzaq düşmələrindən tutmuş, sosial həyatdakı passivliyi, eyni zamanda intim sferadakı səriştəsizlikləri də qatı şəkildə tənqid olunur.

O cür məqalələr də məhz qadınlarımız tərəfindən birmənalı qarşılanmır. Qadınların çoxu yazılara sərt təpkilər verir, qıcıqlanır, özlərindən çıxırlar. Bu da təbii haldır. Ümumiyyətlə, bizim xalqın əksəriyyətinin tənqidə dözümü yox dərəcəsindədir. Az sayda qadın o yazılardan nəticə çıxarmağı üstün tutur.

Qadınlara qarşı həmin tənqidi məqalələrin müəllifləri də çox vaxt məhz kişilər olur. Mənim özümün də bu qəbildən olan məqalələrim var və oxşar reaksiyaları da görmüşəm.
Davamı →

Xaraktersiz kişilər

Çətin proseslərdən keçirik. Ölkədə külli miqdarda problem var. Xalq olaraq problemlər dəryasındayıq və 90 faizimiz üzə bilmir. Batmaq üzrəyik. Düzdür, hələ batmamışıq. Vücudları vicdan və ədalət duyğuları ilə dolu əzmkar insanların mənəvi qolları və təşəbbüsü hesabına bizi tam batıra bilməyiblər. Onlar bir çoxumuz üçün də təhlükəsizliyi təmin edən hava balonu rolunu oynayırlar. Ümid edirəm, uduzan, batan tərəf biz olmayacağıq.

Bu cür batmağımıza səbəblər o qədər çoxdur ki… Tənbəllik, laqeydlik, yaltaqlıq, qorxaqlıq, ümumi passivlik – bu ünsürlərin hər biri öz-özlüyündə bu gün bizə bu sularda üzməyimizə mane olan, ağırlıq yaradan şeylərdir.

Sadaladığım ünsürlərin hər biri insanın bütövləşməsinin qarşısını alır və onun həyat dənizində batmasına xidmət edir. Bu xoşagəlməz şeyləri, üzərində daşıyan insan isə çox zəif xarakterli və ya xaraktersiz biri sayılır.
Davamı →

İdeal kişi

Hər bir qadın yanında güclü, diqqətli, xeyirxah və anlayışlı kişi görmək istəyir. Qadınlar zəif kişilərə dözümsüz yanaşırlar. Hətta münasibətin ilkin çağlarında təbiətcə hikkəli və hökmranlığa meyilli qadın kişi üzərində ağalıq etməyə başlasa belə, bir müddət sonra o, bu vəziyyətdən bezməyə başlayır. Bəzən elə olur ki, bunu özünə etiraf etməsə belə, yanında özündən qat-qat güclü kişi görmək və onun ədalətli hökmranlığının enerjisini hiss etmək istəyir.

Əslində bunu bir çoxu qəbul etməsə də, reallıq ondan ibarətdir ki, istənilən münasibətdə iki nəfərdən biri mütləq dominant olur. Burda xüsusi xəyali tərəzi ilə mizana gələcək bölgü yoxdur ki, münasibətdəki dominantlıq əlli-əlliyə bölünsün. Həmişə bir nəfərin sözü daha keçərli olur. İstənilən halda münasibətdə dominant qadındırsa, bu, çox sıxıntılı hallar gətirə bilər. Bu sıxıntını daha çox elə qadının özü çəkir. Çünki qadınlar daha çox xaraktercə güclü kişiləri sevirlər. Bu, onlarda təkamülün ilkin çağlarından qalma irsi haldır. 
Davamı →

Toksik kişilər kimlərdir?

Bir kişinin bizə nə qədər zərər verə biləcəyini gözündən anlamağımız mümkünsüzdür təəssüf ki. Xüsusilə də “toksik kişi”ləri. Bəzən olduqca kübar, anlayışlı və romantik bir kişi olan partnyorunuz, bəzən də dünyanın ən anlayışsız insanınamı çevrilir?

Bir tərəfdən münasibətiniz sizi yorur, bir tərəfdən də görəsən, ona haqsızlıqmı edirəm deyə düşünürsünüz? Böyük ehtimalla haqsızlıq etmirsiniz. Çünki bu sürətlə dəyişən hisslər “toksik kişi”lərin də əsas xüsusiyyətidir. Gəlin keçək onların digər xüsusiyyətlərinə.
Davamı →

Yetkin kişini tanıdan 6 davranış

Yetkin kişi xarici görünüşünüzü tənqid etməz
«Saçlarını niyə boyamısan?», «Kaş, bir az arıq olardın». Sizi həqiqətən də sevən bir kişi xarici görünüşünüzlə bağlı əsla müzakirə aparmaz. Bir kişi bu cür cümlələri hətta sizə məsləhət vermək üçün də işlətməz və sizi müzakirə edəcək qədər öz səviyyəsini aşağı salmaz.

Şəxsi həyatınıza qarışmaz
Münasibətləriniz sağlamdırsa, bir-birinizdən heç bir şey gizləmək məcburiyyətində deyilsiniz. Telefonunuzdakı şəxslərin və ya mesajların gizli saxlanması lazım deyil. Ancaq bu, tərəf müqabilinizin ciblərinizə, telefonunuza baxmaq, qarışdırmaq, şəxsi mesajlarınızı oxumağa haqqı olduğu mənasını vermir. Bunları edən kişi ya özündən şübhə edir, ya da sizə hörmət etmir.
Davamı →

Belə geyinən kişilərdən uzaq durun

Sevgilinizin geyim seçimlərinə, tərzinə önəm verməyə, yaxud fərqinə varmaya bilərsiniz. Bəlkə də düşünürsünüz ki, «mən onu geyiminə görə sevmirəm ki…»

Amma kişilərin geyim tərzini önəmsəyən qadınlar üçün bəzi məlumatlarımız var. İstər geyim detallarına fikir verməməkdən, istərsə də ətrafa qarşı laqeydsizlikdən qaynaqlanan pis hallarla qarşılaşa bilərsiniz. Bu dünyada geyimilə sizi özündən soyudan kişilər də ola bilər. Kişini kişi edən geyimləridir — bunu unutmayın! Kişilərin geyim tərzinə görə xasiyyətləri bunlardır:

1. Dərin V formasında yaxalı köynək geyinən kişilər möhtəşəm biri olduqlarını düşünürlər.

2. Qara ayaqqabı ilə ağ corab geyinən kişilər uşaq kimirdilər. Onlara bir az daha böyümək lazımdır.

3. Ağzı iplə bağlı parçadan çantalar daşıyan kişilər ciddi iş ortamlarına qoşulmurlar.

4. Basketbol oynamadığı vaxtlarda da basketbol şortikini geyinən kişilər çox tənbəldirlər. Yuxudan oyananda belə, paltarlarını dəyişmək istəməzlər.


Ardı →

Kişilər,ax,kişilər...

  • Qadın
  • Kişilərin bir prinsipləri var: məqsəd vəzifəni doğrultur. Və bu, bütün hallarda keçərlidir.
  • Kişilər bizdən hündürdülər. Amma tənbəlliklərindən divandan qalxıb yuxarı rəfdəki kitabı verməzlər.
  • Kişilər bizə kirli corablardan və məişət problemlərindən başqa heç nə bağışlamırlar, əvəzində biz onlara bütün məhəbbətimizi və qayğımızı bağışlayırıq.
  • Kişilər qala bilməyəndə min bir bəhanə uydurub yalan danışır, bizi də onu anlamamaqda günahkar çıxardırlar.
  • Kişilər bizimlə kafeyə və kinoya getməyə nifrət edirlər. Birinci səbəb, bütün hesabı onlar verir, ikincisi, istədikləri yeməkləri və filmi seçə bilmirlər. Ən əsas səbəbisə, bu onları sevimli divanlarından və televizordan uzaq salır.

Davamı →