Qadın enerjisində ən önəmli məqam

Ailədə maliyyə məsələlərinə görə cavabdehlik kişinin üzərinə düşür. Kişilik ailəsinin rifahını yaxşılaşdırmaq bacarığı ilə özünü göstərir. Lakin o, qadın sevgisinin axınını hiss etmirsə, pul qazanmaq yolları bağlanmağa başlayır. Kişinin onu sevən qadına həmişə ehtiyacı var: öyrətməsin, tərbiyə etməsin, sadəcə olduğu kimi qəbul etsin.

Qadınlığın açarı hadisələri qəbul etməyi bacarmaqdır. Qadın onun qərarlarını, reaksiyaları və bütünlüklə varlığını qəbul etməyi öyrənməlidir. Bir qadının öz ərini mühakimə etmədən qəbul etməsi kişinin bütün gücünü qadınlara yönləndirmək qabiliyyətini inkişaf etdirir. Qadının sevgisi kişini qəbul etməkdən ibarətdir.

Sevgisi ilə emosional enerjini yaxalamaq bacarığı qadını xeyirxahlar sırasına daxil edir. Əgər qadın bu enerjiyə sahibdirsə, onda kişi səxavətli olur və onun ətrafında qoruyucu bir enerji şarı meydana gəlir:
Davamı →

Kişi-qadın münasibətlərinin 10 sirri

1. Münasibətlərdə hər kəs özünə qarşı diqqət axtarır.
Əgər tərəflərdən hər hansı biri kifayət qədər diqqət görmürsə, belə münasibətlərin aqibəti uğursuzluğa məhkumdur. Heç nə münasibətləri biganəlik və etinasızlıq qədər riskə atmır. Pis hərəkətlər, pis xarakter və ya zərərli vərdişlər, bununla müqayisədə əhəmiyyətsizdir.

Diqqətin iki növü var: kişi və qadın. Qadından gözlənilir ki, o, həmsöhbətinə qulaq assın. Qadın diqqət forması — müqavimət göstərmir və etiraz etmir, o, kişinin təklifləri ilə tam razılaşır. Kişi qadında məhz bu tip diqqəti axtarır. Ona lazımdır ki, qadını dediklərinə və ya təkliflərinə həmişə diqqətlə, anlayışla qulaq assın və hər şeyə maraqla yanaşsın, eləcə də cinsəl istəklərinə qarşılıq versin.
Davamı →

Kişilərlə tanış olmaq üçün yollar

  • Qadın
Uzun zamandır ki, ətrafınızda dolanan bir adam var və onunla nə danışacağınızı bilmirsən. Ya da ki, sənin ətrafında dolandığın biri var və yenə də onunla söhbətə necə başlayacağını bilmirsən. Kişilərlə danışmaq üçün yollar axtarırsınızsa, bu yazı tam sizlikdi.

Kişilərlə söhbət edərkən dəqiq ol
Əvvəlcə söhbət etmək istədiyin kişi ilə hansı mənada maraqlandığını təyin etməlisən. Ondan xoşun gəlir, yoxsa sadəcə bir dost kimi yanaşırsan? Buna qərar verməlisən.

Tanış olmaq mərhələsi
Uzun müddətdir tanış olmaq istədiyin bir adam varsa, ortaq dostlarınızdan faydalana bilərsiniz. Məsələn, dostlar arasında oturduğunuz zaman söhbət əsnasında ona bir sual yönəldərək tanış olma mərhələsinə başlaya bilərsiniz. Unutmayın ki, adi bir mövzu sizin maraqlı söhbətiniz üçün zəmin ola bilər. Qarşındakı insanın bir kişidən çox bir insan olduğunu anlasanız münasibətləriniz gözəl alınacaq.
Davamı →

Ailədə kişi- qadın münasibətlərində önəmli olanlar

1. Gözəl danışıq qabiliyyəti - Həyat yoldaşı onunla gözəl və mülayim rəftar etdikdə kişidə gözəl, mükəmməl danışıq qabiliyyəti əmələ gəlir. Belə ki, kişi qadınının ona olan münasibətini özündə əks etdirir və gözəl rəftarı mənimsəyir.

2. Ərin yüksək iş qabiliyyəti- Ailədə sakit atmosfer olduqda və ər evdə dincəlib rahatlıq tapdıqda onun yaddaşı, məntiqi, psixi funksiyaları yaxşılaşır və cəmiyyətdəki statusu yaxşılığa doğru dəyişir.

3. Tədbirlilik- Qadın ərinə tabe olduqda, kişi daha tədbirli və məntiqli insana çevrilir.

4. Məqsədyönlülük- Qadın ərinin həyatındakı maraqları qəbul etdikdə o inanılmaz dərəcədə məqsədyönlü insana çevrilir və məqsədlərinə nail olmaq üçün onda əlavə imkanlar yaranır. Yox əgər qadın ərinin maraqlarını mənasız və boş hesab etdikdə onun məqsədinı nail olmaq imkanalrını da blok edir.

5. Səbr- Qadın ərinin nöqsanlarına göz yumduqda, kişi də kaprizlərə və emosiyalara bir o qədər səbr edən birinə çevrilir.

Davamı →